40
Şəkil 4. Yerində əsgəri salamlaşma
Əsgəri salamlaşma, sıradan çıxma və rəisə yaxınlaşma
Silahsız yerində və hərəkətdə əsgəri salamlaşma.
Əsgəri
salam dəqiq
və cəld, sıra duruşu və hərəkəti qaydalarını düzgün yerinə yetirməklə verilir.
Əsgəri salam verilərkən sağ əlin orta barmağının ucunu sağ qaşın sağ
ucuna yaxınlaşdırmalı, barmaqlar bir yerdə, ovuc düz, dirsək çiyin səviyyəsində
olmalıdır. Başı rəisə tərəf döndərdikdə əlin vəziyyəti dəyişmir (şəkil 5).
Sıradan kənarda yerində əsgəri salamlaşma üçün rəisin çatmasına 5-6 addım
qalmış ona tərəf dönmək,
“Farağat”
durmaq, rəisə baxaraq sağ əlin orta bar-
mağının ucunu sağ qaşın sağ ucuna yaxınlaşdırma, rəis ötüb keçəndən sonra
əli aşağı salmaq lazımdır (şəkil 4.
c, d
).
Dostları ilə paylaş: