qısa koordinatları deyilir. Kiçik ərazidə, məsələn, tək xəritə vərəqi üzərində işləyən zaman qısal
-
dılmış koordinatlardan istifadə olunur. Koordinatların qısa yazılışı 5 rəqəmlə ifa
-
də olunur: kilometrlərin sayı onluq və təklik, metrlərin sayı isə yüzlük, onluq və
təklik mər tə bəyə qədər göstərilir.
Nöqtənin
tam koordinatlarını yazmaq üçün kilometr xətlərinin ekvatordan
və ox meridianından olan məsafəsini tam yazmaq lazımdır.
A nöqtəsinin yerləş
-
diyi kvadratın cənub-qərb küncünün tam koordinatları
X =
6074000,
Y =
4315000 olduğu üçün nöqtənin tam koordinatları
X =
6074560,
Y =
4315410
olacaqdır.
Düzbucaqlı koordinatlarına görə nöqtənin xəritəyə köçürülməsi. Koordi natları
X =
6074930,
Y =
4316825 olan
B nöqtəsini xəritəyə köçürmək la
-
zımdır. Əv vəlcə nöqtənin yerləşdiyi kvadrat tapılır. Koordinatların son üç rəqə
-
mini çıxdıqdan sonra yerdə qalan kilometrlərə görə kvadratı tapırıq – bu, 7416
kvad ratıdır.
Kvadrat daxilində nöqtənin yeri belə təyin edilir: Nöqtənin absisindən 6074
km çıxılır, alınmış məsafə (930 m) kvadratın sol və sağ tərəfində aşağıdan
yuxarıya doğru xəritənin miqyasına görə ölçülərək düz xətlə birləşdirilir. Eyni
qaydada ordi natın qiymətindən 4316 km çıxdıqda alınmış məsafə (825 m) çə
-
kilmiş xəttin üzə rində soldan sağa doğru xəritənin miqyasına uyğun ölçülür və
qeyd edilir. Beləliklə, koordinatları verilmiş nöqtə xəritə üzərinə köçürülmüş olur.
S / T su
al ta
p
şırıq
1.
Verilmiş xəritə çərçivəsi üzrə ixtiyari nöqtənin coğrafi koordinatını təyin
edin.
2. Verilmiş xəritə çərçivəsi üzrə ixtiyari nöqtənin düzbucaqlı koor dinatını tə
yin edin.
3. Sizcə, hərb işində ixtiyari nöqtənin koordinatlarının dəqiq müəy yən edil
məsi lazımdırmı?
4. Düzbucaqlı koordinatları verilmiş nöqtəni (X = 6658725, Y = 7363375) xə
ritəyə köçürün.
5. Coğrafi koordinatları verilmiş nöqtəni (
φ
= 54°30′40′′;
λ
= 45°02′00′′) xə
ritəyə köçürün.
Layih
ə