Qilman eyvazov iNTİqam əSGƏrov



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə109/139
tarix25.12.2023
ölçüsü3,72 Kb.
#194915
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   ...   139
quot-cagirisaqadarki-hazirliq-quot-fanni-uzra-11-ci-sinif-ucun-darslik-1671017202-190-backup

Bioloji zədələnmə ocağı
Bioloji silah tətbiq olunan ərazilərdə bioloji zədələnmə ocağı yaranır.
Bakterioloji 
(bioloji) 
zədələnmə ocağında infeksion xəstəliyin yayılmasının 
qarşısını almaq üçün xüsusi rejim – karantin rejimi qoyulur.
Karantin
bakterial zədələnmə ocağını tam təcrid etmək, infeksion xəstə liyin 
yayılmasının qarşısını almaq və yoluxmanı aradan qaldırmaq məqsədilə yerinə 
yetirilən epidemiya əleyhinə rejimli profilaktik tədbirlər sistemidir. Karan tinin 
məqsədi zədələnmə ocağını tam təcrid etmək və xəstəliyi aradan qaldır maqdır. 
Rejimli tədbirlərə bunlar aiddir: zədələnmə ocağını təcrid etmək, əhalini kiçik 
qruplara bölmək, komendant xidməti yaradaraq əraziyə giriş və çıxışı qadağan 
etmək, ev əşyalarının və heyvanlarının ərazidən çıxarılmasına qadağa qoymaq, 
ocağın içərisində hərəkəti məhdudlaşdırmaq.
Epidemiya əleyhinə tədbirlər: 
X
təcili profilaktika;
X
xəstələrin və xəstələndiyi şübhə edilənlərin müəyyənləşdirilərək təcrid 
olun ması;
X
onların hospitala göndərilməsi və müalicəsi;
X
əhalinin sanitar təmizlənməsi;
X
əra zinin, nəqliyyatın, əşyaların və mənzillərin dezinfeksiyası.
Karantin qoyulan ərazidə bütün müəssisələrdə işlər, tədris ocaqlarında dərs-
lər dayandırılır, bazarlar və əhalinin kütləvi yığıldığı yerlər bağlanır. Fəhlə və 
qulluqçular profilaktik sanitariya təmizlənməsindən keçirilir. Karantin zonasına 
yalnız mülki müdafiə qərargahı rəisi tərəfindən xüsusi icazəsi olanlar buraxılır. 
İşini davam etdirən obyektlər xüsusi rejimə keçirilir, işçiləri kiçik qruplara bö -
lünür, onlar arasında əlaqə azaldılır. Qidalanmaq və istirahət üçün xüsusi otaq lar 
ayrılır. Əhaliyə evlərindən çıxmamaq tövsiyə olunur. Ərzaq və su lazım gəl dikdə 
xüsusi dəstələr vasitəsilə evlərə çatdırılır. Karantin müddəti axırıncı xəstənin 
təcridindən, şəxsi heyətin tam sanitar təmizlənməsi və yolux muş obyektlərin 
dezinfeksiyası başa çatdıqdan sonra ləğv edilir. 
Layih
ə


162
Observasiya
epidemiya oca
-
ğında yoluxucu xəstəliklərin qar
-
şısını almaq məqsədilə həyata 
keçirilən təcridetmə – məhdud
-
laşdırma və müalicə-profilaktik 
tədbirlər sisteminə deyilir.
Observasiya zamanı görülən işlərə aşağıdakılar daxildir:
X
Giriş-çıxışın məhdudlaşdırılması;
X
İnfeksion xəstələrin müəyyənləşdirilməsi, təcrid edilməsi və hos-
pitallaşdı rılması, əhalinin sanitar təmizlənməsi;
X
Təcili profilaktik tədbirlərin görülməsi, sanitar-gigiyenik və epidemiya 
əley hinə tədbirlərin gücləndirilməsi.
Observasiya zamanı bütün müalicə-profilaktika tədbirləri olduğu kimi apa-
rılır, yalnız təcridetmə tədbirləri yüngülləşdirilir. İnfeksion zədələnmə ocağında 
əhali tibb xidmətinin qoydugu bütün tədbirlərə ciddi riayət etməlidir. Profilaktik 
peyvəndlərin keçirilməsindən və dərman qəbulundan heç kim imtina etməməli-
dir. Observasiya müddəti son xəstə təcrid olunduqdan, dezinfeksiya işləri başa 
çatdıqdan sonra aradan qaldırılır. Müşahidə olunan şəxslər bu məq sədlə yara-
dılmış observasiya məntəqələrində yerləşdirilir, daimi nəzarət altında saxlanılır. 
Bəzən müşahidə zamanı profilaktik peyvəndlər aparılır. Müşahidə olunan şəxs-
lər arasında xəstələr aşkar edilərsə, onlar təcrid edilir, digərləri yenidən sanitar 
təmizləmədən keçirilir, otaqlar dezinfeksiya olunur, observasiya müddəti uzadılır. 
Bu müddət başa çatdıqdan sonra müşahidə olunan şəxslər karantin zonasını 
tərk edir və onlara əmək qabiliyyətini itirmə vərəqəsi verilir, observasiya məntə-
qələrində son dezinfeksiya işləri aparılır. Karantin və observasiya zonalarında 
əhali profilaktik olaraq antibiotik və digər preparatlar qəbul edir. Karantin və 
observasiya təyin olunduqdan sonra həmin ərazidə dezinfeksiya, dezinseksiya 
və deratizasiya həyata keçirilir.

Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin