189
Profilaktika və ilk tibbi yardım göstərən zaman öncə görüləcək tədbir yaraya
steril sarğının qoyulmasıdır.
Bu məqsədlə, içərisində sarğı
vasitələri olan ev
üçün dərman qutusunun olması zəruridir.
Ümumiyyətlə, içərisində bütün hallarda istifadə
oluna biləcək dərman və
vasitələrin olduğu dərman qutusunu komplektləşdirmək mümkünsüzdür. Sa-
dəcə ailə üzvlərində olan xəstəlikləri, rayonun, şəhərin sanitar-epidemioloji vəziy-
yə tini nəzərə alıb optimal tərkib yaratmaq olar. Ev üçün dərman qutusunda ilk
tibbi yardım üçün lazım olan minimum vasitələr olmalıdır. Onun təqribi tərkibi
aşağıdakı kimidir:
X
Validol həbləri
ürək nahiyəsində olan kəskin ağrılarda istifadə edilir.
X
Nitroqliserin
stenokardiya tutmalarında istifadə edilir.
X
Korvalol, valokordin
ürək ağrısı, ürək döyünməsi zamanı istifadə edilir.
X
Aspirin
soyuqdəymə zamanı, qızdırmalı vəziyyətlərdə
iltihab əleyhinə
va sitə.
X
Analgin həbləri
ağrıkəsici, iltihab əleyhinə, hərarətsalan kimi istifadə edi-
lir.
X
Baralgin, pentalgin həbləri
ağrıkəsicidir.
X
Aktivləşdirilmiş kömür həbləri
mədə-bağırsaq sistemində köp olduqda is-
ti fadə edilir.
X
Besalol
qarın boşluğu orqanlarının xəstəliklərində ağrıkəsici effekti verir.
X
Natrium hidrokarbonat tozu
mədə qıcqırmaları zamanı və ağız boşlu ğunu
qarqara etmək üçündür.
X
Kalium permanqanat məhlulu
suda həll edilərək yaraların yuyulma sın da
və boğazı qarqara etmək üçün istifadə edilir.
X
Bakteriosid leykoplastır
sıyrıntılarda, kəsilmiş kiçik yaraların müalicəsi üçün
istifadə edilir.
X
Adi leykoplastır
sarğıların bərkidilməsində istifadə edilir.
X
Yodun spirtdə 5%-li məhlulu
antiseptik vasitə kimi xaricə təyin edilir.
X
Ammonyak məhlulu (naşatır spirti)
dəm qazı ilə zəhərlənmələrdə, hu şunu
itirmə zamanı tənəffüsün bərpa edilməsi məqsədilə istifadə edilir.
X
Öskürək əleyhinə həblər
yuxarı tənəffüs yollarının iltihabi xəstəlik lərində
təyin edilir.
X
Qansaxlayıcı turna
qanaxmaların müvəqqəti olaraq dayandırılmasında
istifadə edilir. Adətən, zədə nahiyəsindən yuxarıda qoyulur.
X
Sintomisin emulsiyası
yanıqlar və donvurmalar zamanı xaricə təyin edilir.
X
Termometr.
Layih
ə