Qilman eyvazov iNTİqam əSGƏrov


Zəhərli kimyəvi maddələr əleyhinə paket



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə126/139
tarix25.12.2023
ölçüsü3,72 Kb.
#194915
növüDərs
1   ...   122   123   124   125   126   127   128   129   ...   139
quot-cagirisaqadarki-hazirliq-quot-fanni-uzra-11-ci-sinif-ucun-darslik-1671017202-190-backup

Zəhərli kimyəvi maddələr əleyhinə paket
Zəhərli kimyəvi maddələr əley hinə paketlərdən insanın palta rına, bədəninə, 
fərdi qoruyucu vasitələrə və alətlərə düşmüş damcı-maye halda olan zəhərli, 
kimyəvi-təhlükəli maddələrin zə rərsizləşdiril məsi məq sədilə isti fadə olu nur. Pa-
ketə deqa zasiyaedici vasitə və 4 pambıq-cuna tampon daxildir. Paket sello fan 
kisə cikdə yerləşdirilib.
1
2
Zəhərli kimyəvi maddələr 
əley hinə paket:
1. 125–135 ml şüşə flakon;
2. 4 pambıq-cuna tamponu
İstifadə za manı paket açılır, tamponlar dan biri flakonda olan məhlulla isla-
dılır. İsla dılmış tam ponla dəri nin açıq sahə ləri, əleyhqa zın şlem-maskası silinir. 
Yenidən isladılan tamponla paltarın yaxalığı, man jet lər təmizlənir. Maye dəriyə 
qısamüddətli, qıcıqlandırıcı təsir edir. Amma bu, iş qabiliyyətinə təsir göstərmir. 
Yadda saxlamaq lazımdır ki, paketdə olan maye zəhərlidir və gözlər üçün təh-
lükəlidir. Buna görə də gözlərin ətrafını quru tamponla silib 2%-li soda məhlulu 
ilə təmizləmək lazımdır.
S
/
T
su
al ta
p
şırıq
1. 
Fərdi tibbi qoruyucu vasitələr haqqında təqdimat hazırlayın.
2. Fərdi sarğı paketinin istifadə qaydasını şərh edin.
3. Fərdi dərman qutusunun yuvacıqlarını şərh edin.
4. Ev üçün dərman qutusu haqqında təqdimat hazırlayın.
5. Zəhərli kimyəvi maddələr əleyhinə paketin istifadə qaydalarını gös tərin.
Layih
ə


191
34. RADİOAKTİV VƏ KİMYƏVİ MADDƏLƏRDƏN 
ZƏDƏLƏNMƏLƏR
Radioaktiv və kimyəvi zədələnmə ocaqlarında fəsadları azaltmaq üçün 
ərazinin, texnikanın, avadanlıqların, üst geyiminin, həmçinin bədənin açıq his-
sə lərinin zərərsizləşdirilməsi üzrə kompleks tədbirlərin həyata keçirilməsi ol-
duqca vacibdir. Bunun üçün tam və qismən təmizləmələr tətbiq edilir.
Radioaktiv və kimyəvi zədələnmələr hansı ilkin yardımları zəruri edir?
Radiasiyalı, kimyəvi və bioloji təhlükəli obyektlərdə qəzalar baş verdikdə, 
kütləvi qırğın silahları tətbiq edildikdə insanların paltarları, texniki vasitələr və 
ərazi radioaktiv, kimyəvi və bioloji vasitələrlə zəhərlənə bilər.
Radioaktiv və damcı şək lində olan zəhərləyici maddələrin təsiri bir neçə gün 
ərzində, soyuq vaxtlarda isə bir neçə həftə davam edir. Bioloji vasitələrin təsir 
müddəti bir neçə gün və bir ay ola bilər.
İnsan zəhərləndikdə sanitariya təmizlənməsi, ərazilər, qurğular, binalar, tex-
niki vasitələr xüsusi təmizləmə keçməlidirlər. Sanitariya təmizlənməsi insanların 
bədənini və paltarlarını zəhərlənmələrdən təmizləməkdən ibarətdir.
Bu təmizləmə

Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin