196
İnfeksiya mənbəyinin ötürülmə yollarına təsir edən profilaktik tədbirlər, infek-
sion xəstəlik ocaqlarında, ictimai yerlərdə (
vağzallarda, nəqliyyatda, məktəb-
lərdə
və s.) aparılan
işlər
dezinfeksiyaya
aiddir.
Tənəffüs yollarının infeksiyaları (
qızılca, məxmərək, difteriya, skarlatina,
qrip
və s.) zamanı törədici mikrobun yoluxma yollarını aradan qaldırmaq üçün
təd birlərin aparılması bağırsaq infeksiyalarındakına nisbətən böyük çətinlik
törə dir. Tənəffüs yollarının törədici mikrobları olan, xarici mühitdə azdavamlı in-
fek siyalarda (
qızılca, suçiçəyi, məxmərək, epidemik parotit
) dezinfeksiya, de-
mək olar ki, tətbiq edilmir. Dezinfeksiya, əsasən, skarlatina və difteriya za manı
apa rılır.
Transmissiv infeksiyaların qarşısını almaq üçün törədici mikrobları
yayan
qansoran gənələrin, həşəratların məhv edilməsinə yönəldilmiş
dezinseksiya
vasitələri böyük əhəmiyyət kəsb edir. Həmçinin yoluxdurucuların dişləməsindən
və hücumundan kollektiv və fərdi qorunma tədbirləri tətbiq olunur.
Süni aktiv immunitet yaratmaq məqsədilə vaksinlə profilaktika tətbiq edilmə-
lidir. Bunun üçün immun serumlardan istifadə edirlər.
Süni aktiv immunitet vaksin yeridildikdən dərhal sonra deyil, müəyyən vaxt
keçdikdə yaranır. Bu, adətən, bir neçə həftə çəkir.
yoluxucu
xəstəlik
daşıyıcıları ilə
təmasın kəsilməsi
Sanitar-
gigiyenik
qaydalar
təmasda olduqdan
sonra
mütləq əlləri
sabunla yumaq
gigiyena
qaydalarına
ciddi riayət etmək
qoruyucu
maskalar dan
istifadə etmək
otağın havasını
tez-tez
dəyişmək
ətrafı nəm əsgi ilə
tez-tez silmək
təmiz
havada
olmaq
Layih
ə