27
3. ÜMUMQOŞUN NİZAMNAMƏLƏRİNİN ÜMUMİ MÜDDƏALARI
1994-cü il 23 sentyabr tarixində Azərbaycan Respublikasının
qanunu ilə təsdiq
olunmuş İntizam,
Qarnizon və Qarovul Xidməti, Daxili Xidmət
və Mü dafiə nazirinin
24 dekabr 2014-cü il tarixli qərarı ilə qüvvəyə minmiş Sıra Nizamnamələri
Azərbaycan Respub li kası Silahlı Qüvvələrinin ümumi fəaliyyə ti nin təmin olunması
üçün əsas rəhbəredici sənəddir.
Daxili qayda-qanunun saxlanılması, bölmənin silahlarının, döyüş sur sa tının,
binalarının və əmlakının mühafizə edilməsi üçün sutkalıq naryad təyin edilir.
Bölmələrdə səliqə-sahmanın saxlanılması dedikdə nə başa düşürsünüz?
Daxili Xidmət Nizamnaməsi
Hərbi qulluqçular arasında növbəti naryadların sayı mümkün qədər bərabər
bölüşdürülür. Sutkalıq naryada təyin olunanlar təyin olunduqları
gündən qa-
baqkı gecə bütün məşğələlərdən və işlərdən azad edilirlər. Naryada başla maz-
dan əvvəl hazırlaşmaq və istirahət etmək (yatmaq) üçün üç saatdan az olma-
yaraq vaxt verilir. Sutkalıq naryaddan çıxanlar həmin gün işdən və məş ğələlərdən
azad dırlar.
Bölüyün sutkalıq naryadına bölük növbətçisi
və bölüyün gün növbətçiləri
təyin olunurlar.
Bölük növbətçisi çavuşlardan və müstəsna hallarda daha hazırlıqlı əsgərlər-
dən təyin olunur. O, bölükdə daxili qayda-qanuna əməl olunmasına və günün
nizam qaydalarının dəqiq yerinə yetirilməsinə, silahların, bölük əmlakının, əs gər-
lərin və çavuşların şəxsi əşyalarının qorunub saxlanmasına, gün növbətçilə rinin
düzgün xidmət etmələrinə cavabdehdir. Bölük növbətçisi hərbi hissə növbətçi-
sinə və onun köməkçisinə, bölükdə daxili xidmət qaydasında isə bölük koman-
dirinə və bölük baş çavuşuna tabedir. Bölüyün gün növbətçiləri isə bir başa ona
tabedirlər.
Dostları ilə paylaş: