28
Hər bir komandir Nizamnamə ilə ona verilən
hüquqlar çərçivəsində tabe-
liyində olan hərbi qulluqçuları ağlabatan təşəbbüslərinə, səylərinə, rəşadətlə-
rinə və yaxşı xidmət göstəricilərinə görə həvəsləndirməlidir.
Hərbi intizamın möhkəm olmasında manqa komandirinin rolu nədən ibarətdir?
Komandirlər tabeçiliklərində olan ayrı-ayrı hərbi
qulluqçulara və bölmənin
bütün şəxsi heyətinə həvəsləndirmələr tətbiq edə bilərlər.
Müddətli xidmət dövründə həvəsləndirmə məqsədilə əsgərlərə, matroslara
və çavuşlara bir dəfə qısamüddətli məzuniyyət verilir.
Əlaçı döş nişanı ilə yalnız iki tədris dövrü müddətində fasiləsiz əlaçı olan
əsgərlər, matroslar və çavuşlar təltif edilirlər.
Hərbi qulluqçuların həvəsləndirilməsi barədə əmrin elan olunması zamanı
onlara, adətən, mükafatlar da təqdim edilir. Həmçinin hərbi qulluqçu nun öz
hərbi borcunu nümunəvi yerinə yetirməsi barədə yaşadığı yerə, yaxud əvvəlki
iş yerinə göndərilən məktubun mətni oxunur.
Hərbi qulluqçunun adının hissə
Fəxri kitabına
yazıldığı elan edildikdə ona
bu barədə hissə komandirinin qol çəkdiyi tərifnamə təqdim edilir.
Hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir ona
vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir.
Komandir tabeçiliyində olan və nalayiq
hərəkət etmiş hərbi qulluqçuya,
onun fikrincə, daha çox tərbiyəvi təsir göstərə bilən hər hansı cəzanı verə bilər.
Əsgərlərin və matrosların
nalayiq
hərəkətləri bölüklərin, batareya la rın, ta-
borların və bunlara
müvafiq böl mə lərin
şəx si heyətlərinin yığıncaq la rında; ça
-
vuşların nalayiq hərəkətləri isə ta bor-
ların, diviziyaların
və bunlara mü vafiq
böl mələrin çavuşlarının yığın caqlarında
müzakirə edilir.
Dostları ilə paylaş: