31
Məlumat verdikdən sonra dəyişdi ricinin
“Əsgər Quliyev, postdan addımla
– MARŞ”
komandası ilə dəyişilmiş qarovul nəfəri növbənin arxasında dayanır.
Saatdar isə dəyişdiricidən göstəriş aldıqdan sonra postda vəzifəsini yerinə
yetirməyə başlayır.
Bundan sonra dəyişdirici
“Növbə, ardımca addımla
–
MARŞ”
komandası verir və növbəni o biri posta aparır.
Sıra Nizamnaməsi
Komandirin düzülüşqabağı və sırada vəzifələri:
▶
düzülüşün yerini, vaxtını, qaydasını, geyim formasını, silahın
növünü
və s. elan etmək;
▶
sırada
bölmənin şəxsi heyətinin, onların silahlarının və s. mövcudlu-
ğunu
bilmək və yox lamaq;
▶
hərbi geyim formasının səliqəli olmasını, saçın qısa və səliqəli qırxıl-
masını yoxlamaq;
▶
sırada nizam-intizamın saxlanmasına nəzarət etmək və şəxsi heyətdən
sırada vəzifə borclarını dəqiq yerinə
yetirmələrini tələb etmək;
▶
komanda verərkən
“Farağat”
vəziyyətini almaq;
▶
hərəkət vaxtı təyin olunmuş məsafənin saxlanılmasına
nəzarət etmək
və s.
S
/
T
su
al ta
p
şırıq
1.
Bölük növbətçisinin çavuşlardan və müstəsna hallarda daha hazır lıqlı əsgərlər
dən təyin olunmasının səbəbini izah edin.
2. Tabeliklərində olanların yanında komandirlərə intizam cəzası elan edilməsi
nəyə görə qadağandır?
3. Sizcə, xidmət vaxtı törətdikləri nalayiq hərəkətlərə görə intizam cəzaları sutka
lıq naryadın tərkibinə daxil olan
şəxslərə naryad qurtarandan, yaxud onlar də
yişdirildikdən sonra verilməsinin səbəbi nədir?
4. Manqa komandiri və taqım komandiri müavini rolunda tabeçilikdə olanlara
həvəsləndirmə və intizam cəzalarının elan edilməsini praktiki yerinə yetirin.
5. Eyni nalayiq hərəkət etmiş iki hərbi qulluqçuya müxtəlif cəza verilə bilərmi?
Fikrinizi əsaslandırın.
6. Saatdarların dəyişilməsini praktiki olaraq yerinə yetirin.
Q
qadağa
Saatdarların xidmətini posta gizlin yolla yaxınlaşmaq, saatdardan silahı
almağa
cəhd etmək və baş qa üsullarla yoxlamaq qadağandır.
Layih
ə