4. DAXİLİ XİDMƏT NİZAMNAMƏSİ “Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!”
Ümummilli lider Heydər Əliyev Hərbi hissəyə yeni gələn əsgərin xidmətini necə təsəvvür edirsiniz? Hərbi hissəyə yeni gələn şəxsi heyət 14 gün ərzində ayrıca binada yerləş dirilir.
Bu müddət ərzində tibbi müayinədən keçirilir, peyvənd edilir, onlara əyinlərinə
uyğunlaşdırılmaqla geyim, ayaqqabı verilir. Şəxsi heyətlə məşğələlər keçirilir.
Hərbi qulluqçuların yerləşdirilməsi Müddətli xidmətə cəlb edilən hərbi qulluqçuları kazarmalarda yerləşdirirlər.
Hər bir bölü yün yerləşdirilməsi üçün aşa ğıdakılar nəzərdə tutulur:
X
ictimai-siyasi və mədəni-maarif işləri otağı;
X
şəxsi heyətin yataq otağı;
X
bölüyün dəftərxana otağı;
X
silahsaxlama otağı;
X
silah təmizləmə otağı (yeri);
X
bölüyün əmlakını və hərbi qulluq çu ların şəxsi əşyalarını saxlama otağı;
X
yuyunma otağı;
X
papirosçəkmə və ayaqqabı təmiz ləmə otağı (yeri);
X
məişət xidməti otağı;
X
paltar və ayaqqabı qurutma otağı (yeri).
Şəxsi heyətin yataq otaqlarında yerləşdirilməsi üçün hər bir hərbi qulluq-
çuya 2,5–4 m
2
hesabı ilə sahə ayrılır. Bununla bərabər, hər bir nəfərə düşən
havanın həcmi 9–12 m
3
-dən az olmamalıdır.
Çarpayılar divardan 50 sm aralı, düz xətt boyunca yerləşdirilməlidir. Yataq
otaqlarında çarpayıların yerləşdirilməsi bir və ya iki yaruslu ola bilər.
Çarpayının yanındakı dolabçada tualet ləvazimatları, yaxalıqlar, cib dəs-
mal ları, kitab-dəftər və digər xırda şəxsi istifadə əşyaları saxlanılır.
Kazarmada yerləşdirilən hərbi qulluqçuların yatağı adyal, döşəkağı, balış-
üzü, balış və döşəklərdən ibarət olmalıdır. Yataqlar eyni qaydada yığılmalıdır.
Q qayda
Çağırışçıların şəxsi əşyaları, paltar və ayaqqabıları qablaşdırılır, hərbi hissə tərə
findən onlar verdikləri ünvanlara poçtla pulsuz göndərilir.
Layih
ə