41
Şəkil 5. Hərəkətdə əsgəri salamlaşma
Silah
“Arxada”
vəziyyətində olduqda isə əsgəri salam silahsız salamlaşma
qaydası ilə yerinə yetirilir.
Sıradan çıxma və rəisə yaxınlaşma.
Hərbi qulluqçunun sıradan çıxması
üçün komanda verilir. Məsələn:
“Əsgər Məmmədli. Sıradan 1–2–3 addım
çıx”
, yaxud
“Əsgər Məmmədli. Yanıma”.
Hərbi qulluqçu öz soyadını eşitdikdə
“Mən”
, sıradan çıxmaq haqqında komandaya (çağırışa) isə
“Oldu”
cavabını
verir.
Birinci komanda ilə hərbi qulluqçu sıra addımları ilə birinci cərgədən saya-
raq deyilən addım qədər sıradan çıxır, dayanır və üzü sıraya tərəf dönür.
İkinci komandada hərbi qulluqçu birinci cərgədən iki addım
düzünə
addımlayır və hərəkəti davam etdirərək rəisə tərəf dönür, qısaldılmış yolla səfər
addımları ilə (rəislə hərbi qulluqçu arasında məsafə 15 addımdan çox olduqda
– qaçaraq) rəisə 5-6 addım qalmış sıra addımlarına keçir, rəisin 2-3 addım-
lığında dayanır və məruzə edir.
Hərbi qulluqçu ikinci cərgədən çıxdıqda o, sol əlini ön cərgədə duran hərbi
qulluqçunun çiyninə qoyur, ön cərgədə duran bir addım irəli ataraq sağ ayağı
ilə bir addım sağa çıxır, sıradan çıxan hərbi qulluqçunu buraxır
və sonra öz
yerini tutur. Hərbi qulluqçu qarşıdakı cərgədən çıxdıqda onun yerini arxasında
duran hərbi qulluqçu tutur.
Layih
ə
42
Hərbi qulluqçunun sıraya qayıtması üçün komanda verilir. Məsələn:
Dostları ilə paylaş: