“Əsgər Məmmədli. Sıraya dur” , yaxud ancaq
“Sıraya dur” komandası ilə üzü sıraya
dayanmış hərbi qulluqçu öz soyadını eşitdikdə rəisə tərəf dönərək,
“Mən” cava-
bını verir. Hərbi qulluqçu silahsız olduqda, yaxud silahı
“Arxada” vəziy yətində-
dirsə,
“Sıraya dur” komandası ilə o, əsgəri salam və
“Oldu” cavabı verir,
geriyə dönür, birinci addımla əlini aşağı salır, səfər addımları ilə (qaçaraq) ən
qısa yolla sırada öz yerini tutur. Sıraya qayıtdıqda rəisdən uzaqlaşarkən hərbi
qulluqçu sıradakı yerinə qədər qısaldılmış yolla səfər addımları ilə hərəkət edir.
Əsgərin soyadı deyilmədən
“Sıraya dur” komandası verilərsə, üzü sıraya du-
ran hərbi qulluqçu
“Mən” demədən və rəisə tərəf dönmədən sıraya qayıdır.
Hərbi qulluqçu sıradan kənarda çağırış ilə rəisə yaxınlaşarkən 2-3 addım
qalmış dayanır, ayağını saxlamaqla eyni vaxtda sağ əlin orta barmağının ucunu
sağ qaşın sağ ucuna yaxınlaşdırır və məruzə edir. Məsələn:
“Yoldaş leyte- nant, əsgər Əlibəyli əmrinizlə gəldi” . Məruzə başa çatdıqda əlini aşağı salır.
Hərbi qulluqçuya rəis icazə verdikdə o, sağ əlin orta barmağının ucunu sağ
qaşın sağ ucuna yaxınlaşdırararaq
“Oldu” cavabı verir, hərəkət istiqa mətinə
dönür, birinci addımla (sol ayağını yerə qoymaqla) əlini aşağı salır və hərəkəti
səfər addımları ilə davam etdirir.
“Çök”, “Döyüşə”, “Qalx” üsulları, sıçramalar və sürünmələr Silahla çökmək üçün
“Ç ÖK” koman-
dası verilir. Bu komanda ilə silahı sağ ələ
götürüb
“Azad” vəziyyəti almalı, sol ayağı
bir addım irəli atmalı, silahı sol ayağın
topuğu bərabərinə dik vəziyyətə gətir-
məli, sağ diz üzərində çökməli, sağ əllə
silahın lüləsini sağ çiyin boşluğuna qoyub
qolu bədənə yapışdırmalı, sol əli sol dizin
üstünə qoymalı (şəkil 6).