35
Yuxudandurma, səhər baxışı və axşam yoxlanışı
Bölük növbətçisi səhər “Qalx” siqnalına 10 dəqiqə qalmış taqım komandiri
müavinlərini və bölüyün baş çavuşunu,
“Qalx”
siqnalı ilə bütün bölüyü yuxu dan
qaldırır. Daha sonra səhər gimnastikası, otaqların
və ərazinin təmizlənməsi,
yataqların yığılması, yuyunma və səhər baxışı keçirilir.
Səhər baxışı zamanı hərbi qulluqçuların yerində olması, zahiri görkəmi və
şəxsi gigi yena qaydalarına riayət etmələri yoxlanılır.
Bölük növbətçisi tibbi
yardıma ehti yacı olanları briqada tibb məntəqəsinə göndərmək üçün “Xəstələrin
qeydiyyat kitabı”na yazır.
Ayaqların və alt paltarlarının
vəziyyəti, adətən, yatmazdan qabaq yoxlanılır.
Günün nizam qaydalarına görə müəyyən
edilmiş vaxtda axşam gəzintisi,
sonra isə axşam yoxlaması keçirilir. Bölüyün baş çavuşu
“Farağat”
komandası
verib yoxlanışı keçirir. O, yoxlanışın əvvəlində göstərdikləri qəhrəmanlığa görə
adı bölüyün siyahısına əbədi yazılanların adlarını çağırır.
Bu adlar çağırıldıqda birinci taqım komandirinin müavini məlumat verir:
“Azərbaycanın Milli Qəhrəmanı (hərbi rütbəsi və soyadı) Vətənin azadlığı uğ-
run da döyüşlərdə qəhrəmancasına həlak olmuşdur”
. Bundan sonra bölüyün baş
çavuşu şəxsi heyəti siyahı ilə yoxlayır.
Soyadı çağırılan şəxs
Dostları ilə paylaş: