136
Köçürülmə tədbirləri
sülh dövründə baş vermiş fövqəladə hallarda (təbii fəla-
kətlər, qəzalar zamanı) və müharibə dövründə (kütləvi qırğın
vasitələri tətbiq
edilərkən) əhalinin təhlükəsizliyini təmin etmək üçün həyata keçirilir.
Köçürülmənin mahiyyəti
əhalinin iri şəhərlərdən,
vacib obyektlərdən və
təhlükəli sahələrdən əvvəlcədən çıxarılıb şəhərdənkənar zonadakı az təhlükəli
rayonlarda yerləşdirilməsindən ibarətdir. Köçürülmə sayəsində iri şəhərlərin
əhalisinin sayı dəfələrlə azaldılır, şəhərlərdə qalan adamların mühafizə qurğu-
larında daldalandırılması işi yüngülləşir, müasir qırğın
vasitələrinin təsirindən
baş verə biləcək tələfatı maksimal dərəcədə azaltmaq imkanı yaranır.
Təhlükəsiz zona
düşmən basqını gözlənilən şəhərlərin və əlahiddə obyekt-
lərin ətrafında ehtimal olunan dağıntı zonalarından və digər təhlükəli rayonlar-
dan kənarda əhalinin qəbul edilməsi, yerləşdirilməsi və yaşaması üçün yararlı
olan ərazidir.
Miqyasından asılı
olaraq təhlükəli
zonadan
köçürülmə iki yerə
ayrılır:
Lokal
köçürülmə
şəhər mikrorayonları və ya
kiçik yaşayış məntəqələrində həyata keçirilir.
Bu köçürülmələrdə əhalinin sayı 1000 nəfərə
qədər ola bilər. Onlar ən yaxın yaşayış
məntəqələrində və
ya şəhərin zərər çəkməmiş
rayon larında yerləşdirilirlər.
Yerli köçürülmə
böyük şəhərlərdə və onun
ətraf rayonla rında həyata keçirilir.
Belə halda
köçürülməli əhalinin sayı bir neçə mindən
100 000ə qədər ola bilər. Köçürülənlər isə
daha uzaq şəhər və ya zonalara yerləşdirilirlər.
M
maraqlı
Bakının Bayıl
qəsəbəsində, həmçinin Şamaxı rayonunda baş vermiş sürüşmə, Sa
birabad və Salyanda yaranmış daşqınlar, eləcə də digər fövqəladə hallarla əlaqə
dar olaraq köçürülmə tədbirləri həyata keçirilmişdir.
Layih
ə