Sığınacaqda davranış qaydaları . Sığınacağa ev heyvanları, iri əşyalar,
tezalışan maddələr gətirmək, burada lüzumsuz olaraq gəzmək, papiros çək mək,
səs salmaq, elektrik lampasını yandırıb-söndürmək, aqreqat və şəbəkələri, qapı-
ları özbaşına açıb-bağlamaq, şam yandırmaq, buradakı alətləri icazə olma dan
işlətmək, ərzaq qalıqlarını, tullantıları hara gəldi atmaq, xüsusi göstəriş veril mə-
yincə sığınacaqdan çıxmaq olmaz.
İnsanlar sığınacaqda növbə ilə, ilk növbədə, uşaqlar, qocalar və əlillər
istirahət etməlidirlər. Sığınacaq zədələnərkən dərhal əleyhqaz geyinmək və
qəza hallarının aradan qaldırılmasına kömək etmək lazımdır. İnsanların sığına-
caqda qalması müddəti yaranmış vəziyyətdən asılı olaraq mülki müdafiə qərar-
gahları tərəfindən müəyyən edilir. Bütün hallarda sığına caqda olanlar ancaq
xidmət manqası komandirinin göstərişi ilə oranı tərk edə bilərlər.
Sığınacağın təchizatı. Sığınacaqda ərzaq və su ehtiyatları (bir nəfər üçün
gündə 2 litr, sanitariya-gigiyena üçün 5 litr), dərmanlar və s. olur. Bunlardan
başqa, yanğınsöndürmə avadanlığı, müxtəlif alətlər, radiasiya, kimya kəşfiyyatı
cihazları və digər lazım olan ləvazimatlar saxlanılır. Sığınacaqda elektrik, kana-
lizasiya, istilik sistemləri, radio və telefon olur.
Binadan ayrı tikilən sığınacaqlar tamamilə və ya qismən yerin altında,
möhkəm inşaat materiallarından inşa edilir. Onların üstü və yanları torpaqla
örtülür. Girişdə və çıxış qapısında sığınacağın nömrəsi, kimə (hansı zavoda,
sexə, idarəyə) mənsub olduğu, açarların harada və kimdə saxlanıldığı (məsul
şəxsin vəzifəsi və telefon nömrəsi) gözəçarpan iri hərflərlə yazılır.
Sığınacaqlar insanlar işləyən (yaşayan) yerdən, ən uzağı, 400 m məsafədə,
su basmayan sahələrdə tikilir. Onun yaxınlığında yanğın və partlayış qorxusu
törədən maddələrin yerləşdirilməsinə yol verilmir.
Sığınacaqlardan sülh dövründə təsərrüfat ehtiyatları üçün, müharibə döv-
ründə isə insanların daldalanıb mühafizə olunması məqsədilə istifadə edilir.
Q qayda
Qəza yolunun çıxışı ən yaxındakı binanın hündürlüyünün yarısından
3 metrdən artıq olan məsafədə yerləşdirilir.
Layih
ə