150
Zəlzələ dağ və qar uçqunlarına, sürüşmələrə,
subasmalara da səbəb ola
bilər.
M
maraqlı
X
1201ci ildə Aralıq dənizinin şərqində baş verən zəlzələ zamanı 1 milyondan
çox insan həlak olub.
X
2011ci ildə Yaponiyada baş verən zəlzələ nəticəsində Yer kürəsinin fırlanma
sürəti artıb, nəticədə gün 1,8 mikro saniyə qısalıb.
X
2015ci ildə Nepalda baş verən zəlzələ nəticəsində Everest yüksəkliyi 2,5 sm
azalıb.
Layih
ə
151
Zəlzələlər
Tikililərin zədələnmə xarakteri
zəif (3 bala qədər)
mülayim (4 bala qədər)
divarlarda çatlar, suvağın tökülməsi, tüstü bacalarının
uçması, süşələrin sınması
güclü (5–6 bal)
çox güclü (7 bal)
qeyri-seysmik binaların xarici divarlarındakı çatlar,
konstruksiyaların uçması, qapıların pərçimlənməsi
dağıdıcı (8–10 bal)
seysmik dözümlü binaların zəif dağılmaya
məruz
qalması, digərlərinin uçması
qəza (11–12 bal)
xarici konstruksiyaların uçması və binaların tam
dağılması
Vulkan püskürməsi
Vulkanlar formasına (şit və ya stratovulkanlar), aktivliyinə (fəaliyyətdə olan,
sönmüş) və yerinə görə (yerüstü, sualtı, buzaltı) təsnif olunur.
Yerin 100 km dərinliyində təxminən 1000-1300°С temperatur mövcuddur.
Bu istiliyin təsirindən ərimiş daş qarışığı maqmaya çevrilir. Təzyiq çoxaldıqca
maqma litosferə daxil olur. Bu yolla yerin üzünə çıxmış maqmaya
lava
deyilir.
Vulkan püskürməsi zamanı
təkcə közərmiş maye deyil, həm də bərk və qaz
halında olan maddələr xaricə çıxır. Püskürmədən sonra vulkanın aktivliyi ya
dayanır, ya da o, uzun müddət “mürgüləyir”. Bu zaman vulkanın
özündə və
ətrafında maqmatik özəyin soyuması ilə müşayiət olunan aktivlik davam edir.
M
maraqlı
“Vulkan” sözü qədim Roma mifologiyasına əsasən Od tanrısı olan Vulkanın adın
dan götürülmüşdür. Vulkanla məşğul olan elm vulkanologiya adlanır.
M
maraqlı
Vulkan püskürməsi nəticəsində torpaq üçün zəngin qida ele mentləri və mineral
lar ətrafa yayıldığından həmin ərazidəki torpaqlar planetin ən münbit torpaqları
hesab olunur.
Layih
ə
152
Çox güclü və böyük vulkanlar “super vulkan” adlanır. Onların nəticələri
uzunmüddətli təsirə, qlobal
iqlim dəyişikliyinə səbəb olur, təbiətdə,
heyvanlar
aləmində böyük itkilərə gətirib çıxarır.
Vulkanların püskürdüyü rayonlarda epidemioloji nəzarət təyin edilir.
Dostları ilə paylaş: