Qilman eyvazov iNTİqam əSGƏrov



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə97/139
tarix25.12.2023
ölçüsü3,72 Kb.
#194915
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   139
quot-cagirisaqadarki-hazirliq-quot-fanni-uzra-11-ci-sinif-ucun-darslik-1671017202-190-backup

Mülki müdafiə kəşfiyyatı
Layih
ə


144

yoluxucu xəstəlik ehtimalı olan rayonlarda 
epidemik
*, 
epizootik
** və 
epi fito-
tik
*** vəziyyətə müntəzəm nəzarət etmək. 
Müharibə dövründə:
– İşlədilmiş silahın növünü, zərbənin nə vaxt və haraya endirildiyini, nüvə 
partlayışının gücünü və koordinatlarını təyin etmək;
– Radiasiyanın səviyyəsini, zəhərləyici maddənin konsentrasiyasını və 
zəhərli hava buludunun yayılma istiqamətini müəyyən etmək;
– Zədələnmə ocağının hüdudlarını müəyyənləşdirmək;
– Xilasetmə və digər işlər aparılan rayonlarda zədələnmə şəraitinin necə 
dəyişdiyini daim müşahidə etmək. 
Mülki müdafiə kəşfiyyatının təşkili və aparılması qaydaları
Kəşfiyyatı təşkil etmək bütün mülki müdafiə rəhbərlərinin, qərargahlarının 
və komandirlərinin ən vacib vəzifələrindən biridir.
Kəşfiyyatın konkret məqsədlərini, bunun üçün istifadə ediləcək qüvvələri, ilk 
növbədə, hansı məlumatların toplanmasını və müddətlərini mülki müdafiə rəh-
bəri müəyyənləşdirir.

Epidemik – 
insanlar arasında
** 
Epizootik
– heyvanlar arasında
*** 
Epi fitotik
– bitkilər arasında
Q
qayda
Kəşfiyyatın təşkil edilməsi üçün mülki müdafiə qərargahının rəisi məsuliy yət 
daşıyır. Bu işin bilavasitə təşkilatçısı isə MM qərargah rəisinin müavinidir.
Layih
ə


145
O, mülki müdafiə rəhbərinin qərarına və qərargah rəisinin konkret göstə-
rişlərinə uyğun olaraq kəşfiyyat tədbirlərini planlaşdırır, qrupları və manqaları 
fəaliyyətə hazır layır, kəşfiyyata göndərir, onlardan alınan məlumatları toplayır, 
təhlil edir və ümu mi ləşdirir.
Yaranmış vəziyyət barədəki məlumatlar dərhal mülki müdafiə rəhbərinə və 
yuxarı qərargaha təqdim edilir, tabelikdəki qərargahlara çatdırılır.
Plana obyektin sxemi əlavə edilir. Burada idarəetmə məntəqələri, mühafizə 
qurğuları və kəşfiyyat bölmələrinin yerləri, onların fəaliyyət marşrutları, vəzifə-
lərini yerinə yetirdikdən sonra qayıdacaqları toplanış məntəqələri şərti işarələrlə 
göstərilir. Mülki müdafiə qərargahının rəisi bölmə komandirlərinə kəşfiyyat apar-
maq barədə şifahi sərəncamı məhz bu sxem əsasında verir. Sərəncamda ya -
ranmış vəziyyət barədə qısa məlumat verilir, kəşfiyyatın nə məqsədlə aparıl dığı, 
konkret vəzifələri və icra müddəti, marşrutlarda fəaliyyət vaxtı rabitə yaratmaq 
və nəticələr barədə məlumat vermək qaydaları dəqiq göstərilir. 
Kəşfiyyat dəstəsi
təbii fəlakət və ya qəza nəticəsində bilavasitə obyektdə, 
habelə düşmən basqınından sonra zədələnmə ocağında və hərəkət marşrut-
larında yaranmış vəziyyəti öyrənmək məqsədilə göndərilir. Kəşfiyyat qrupu 
onun komandirindən, rabitə və bir neçə kəşfiyyat manqalarından ibarət olur. 
Hər manqa bir-birindən 500 m aralı, 800 m-dək zolaqda, yaxud şəhərin 2-3 
məhəl ləsindən ibarət sahədə kəşfiyyat aparmaq üçün nəzərdə tutulur. Kəş-
fiyyat man qası fərdi mühafizə vasitələri, radiasiya və kimya kəşfiyyatı cihazları, 
kəşfiyyat jurnalı, qələm, hədd nişanları dəsti və fərdi dozimetrlə təchiz edilir, 
fəaliyyətə baş la yarkən ona nəqliyyat və rabitə vasitələri, habelə hərəkət mar-
şru tunun sxemi, obyektdə kəşfiyyat apardıqda isə obyektin sxemi verilir.
Zədələnməni ölçdükdən sonra kəşfiyyatçı hədd nişanı qoyur və nişanda 
zəhərlənmənin növünü, səviyyəsini, ölçülmə vaxtını qeyd edir. Hədd nişanı 
yolun kənarında yaxşı görünən yerdə qoyulmalıdır. Qrup komandiri hərəkəti 
Q
qayda
Kəşfiyyat bölmələri radioaktiv zəhərlənmə ocaqlarında kəşfiyyat işlərini kəşfiy­
yat qrupunda və radiasiya­kimya müşahidəsi postlarında həyata keçirir.
Q
qayda
Zədələnmə rayonlarında kəşfiyyat aparılarkən radiasiya səviyyələri 0,5 rent­
gen­saatdan çox olan, yaxud kimyəvi zəhərlənmə aşkar edilən zonanın hüdud­
ları hədd nişanları vasitəsilə nişanlanır.
Layih
ə


146
davam etdirərək marşrutun sxemini zəhərlənmə ölçülən yeri, zəhərlənmənin 
növünü, ölçülmə vaxtını kəşfiyyat jurnalında qeyd edir və bu barədə obyektin 
mülki müdafiə qərargahına məlumat verir.
Kəşfiyyat qurtardıqdan sonra qrup qərargaha gəlir. Qrup komandiri vəzifə-
lərin ye rinə yetirilməsi haqqında məlumat verir və kəşfiyyat sxemini təq dim edir. 
Bundan sonra o, lazımi hallarda şəxsi heyətin və avtomobilin zəhər lənmə dərə-
cəsini yoxlayır, ehtiyac olduqda xüsusi sanitar təmizləmə işlərini təşkil edir, 
qrupu yeni vəzifələrin icrası üçün hazırlayır.
Radiasiya və kimya müşahidəsi postları
bütün obyektlərdə yaradılır və təh-
lükə yaranarkən bilavasitə fəaliyyətə başlayır. Onların əsas vəzifələri radio aktiv 
və kimyəvi zəhərlənmələri vaxtında aşkar etmək, müşahidə sahə sində və ziyyə-
tin dəyişməsinə fasiləsiz nəzarət etmək və qərargaha müntəzəm məlumat ver-
məkdir. Təbii fəlakət və istehsalat qəzaları vaxtı posta digər vəzifələr də tap-
şırıla bilər. Post elə yerdə qoyul ma lıdır ki, oradan hər tərəfi müşahidə etmək 
mümkün olsun və postun özü mülki müdafiə idarəetmə məntəqəsinin yaxın-
lığında yerləşsin. Müşahidəçilərin dalda lanması və növbə dən sonra dincəlməsi 
üçün burada hökmən üstüörtülü səngər düzəldilir, müşahidəçi duran yerdə 
cəhətləri göstərən nişanlar qoyulur. Postun heyəti rəisdən və iki müşahidəçidən 
ibarətdir.

Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin