143
25. MÜLKİ MÜDAFİƏ KƏŞFİYYATI
Radiasiya, kimyəvi və bakterioloji kəşfiyyat mülki müdafiə qüvvələ rinin
fəaliyyətini təmin etmək üçün görülən əsas tədbirlərdən biridir.
Sizcə, radiasiya, kimyəvi və bakterioloji kəşfiyyat mülki müdafiənin təş-
kilinə necə təsir edir?
Mülki müdafiə sistemində aparılan kəşfiyyatda məqsəd güclü istehsalat
qəzası, təbii fəlakət və ya düşmən basqınından sonra yaranmış vəziyyət barədə
dəqiq məlumatlar toplamaqdır.
Mülki müdafiə kəşfiyyatının əsas vəzifələri
Sülh dövründə:
▶
ətraf mühitdə hava, su və torpağın, eləcə də maldarlıq, bitkiçilik məhsul larının
radioaktiv, kimyəvi, bakterial maddələrlə çirklənməsinə vax t aşırı müşa hidə və
laboratoriya nəzarəti aparmaq;
Yerüstü
kəşfiyyat
Havadan
kəşfiyyat
Dənizdən (çaydan)
kəşfiyyat
ən dəqiq, daha dol-
ğun kəşfiyyat növü
sayılır və bütün
mülki müdafiə qə-
rargahları tərəfindən
təşkil edilir.
zədələnmə ocaqla-
rında, təbii fəlakət
və qəza rayonların da
ümumi vəziyyəti tez
aşkar etmək üçün
təyyarə və ya heli-
kop terlərdən apa-
rılır.
sahillərdə,
limanlarda, buradakı
qurğularda vəziyyəti
öyrənmək məqsədilə
aparılır, yük sək
sürətli gəmilər və ya
katerlər vasitəsilə
icra edilir.
Dostları ilə paylaş: