131
X
Sadə daldalanma yerləri tikilir;
X
Hökumətin qərarlarına əsasən əvvəlcədən sığınacaqlar və radiasiya dalda-
lanacaqları tikilir.
Xilasetmə və yaralılara ilk yardım
X
Zədələnmə ocaqlarında və fəlakət rayonlarında kəşfiyyat aparılır;
X
Zədələnmə ocağı məhdudlaşdırılır;
X
Axtarış və
xilasetmə tədbirləri görülür;
X
Zərərçəkənlərə yardım göstərilir;
X
Təhlükəli
rayonlardan əhali köçürülür;
X
Karantin-observasiya tədbirləri, xilasetmə işləri aparılan rayonlarda ictimai
asayiş təmin edilir.
Mühafizə üsul və vasitələrindən istifadə etmək, yaralılara ilk yardım gös-
tərmək, xilasetmə və digər təxirəsalınmaz işlərdə fəal iştirak etmək bacarığı
əha liyə müəssisələrdə, idarə və təşkilatlarda, habelə yaşayış yerlərində öyrə-
dilir. Bu zaman əhalinin lazımi məsləhət və tövsiyələr alması üçün hər cür şə-
rait yaradılır.
Yerlərdə ehtimal olunan fövqəladə hallar zamanı fəaliyyət və davranış qay-
daları qabaqcadan kütləvi informasiya vasitələri ilə əhalinin nəzərinə çatdırılır.
Sülh dövründəki fövqəladə hallarda əhalinin mühafizəsini
təşkil etməyin xüsusiyyətləri
Sülh dövründə əhalinin mühafizəsinin əsasını aşağıdakılar təşkil edir:
X
fövqəladə halların qarşısını
alan tədbirlərin görülməsi;
X
əhalinin vaxtında xəbərdar edilməsi və təhlükəli zonadan çıxarılması;
X
əldə olan mühafizə vasitələrindən istifadə edilməsi;
X
fövqəladə hallar yaranan rayonlarda xilasetmə və digər təxirəsalınmaz
Q
qadağa
Mülkiyyət formasından asılı olmayaraq bütün mövcud mülki müdafiə qurğuları
müəyyən edilmiş
qaydalar üzrə təsərrüfat, məişət və mədəni məqsədlər üçün
istifadə edilir. Onların yenidən quraşdırılmasına icazə verilmir.
Layih
ə
132
işlər aparmaq üçün qüvvə və vasitələrin hazırlanması.
X
Bu məqsədlə:
X
Azərbaycan Respublikasının ərazisindəki
müvafiq obyektlərdə işin
təhlü kəsizliyini təmin etmək üçün vahid tələblər müəyyən edilir;
X
Təhlükə potensiallı obyektlərdə qüsurlu qovşaqları aşkar etmək məq sə-
dilə istehsalatın təhlükəsizliyi araşdırılır;
X
Qüsurların aradan qaldırılması üzrə əməli tədbirlər planı hazırlanır və
hə yata keçirilir.
Fövqəladə hallarda mühafizə tədbirləri sülh
dövrü üçün müəyyən edilmiş
xü susi meyarlar nəzərə alınmaqla yerinə yetirilir.
Ehtimal edilən zəhərlənmə zonalarında yaşayan əhaliyə daimi istifadə üçün
fərdi-mühafizə vasitələri hökumətin qərarına əsasən pulsuz verilə bilər. Bu
məqsədlə müharibə dövrü üçün nəzərdə tutulmuş vasitələrin bir qismindən
istifadə etmək olar.
Dostları ilə paylaş: