Qilman eyvazov iNTİqam əSGƏrov


Mühafizə qurğularında yerləşmə



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə87/139
tarix25.12.2023
ölçüsü3,72 Kb.
#194915
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   139
quot-cagirisaqadarki-hazirliq-quot-fanni-uzra-11-ci-sinif-ucun-darslik-1671017202-190-backup

Mühafizə qurğularında yerləşmə
X
Şəhərlərdə və digər yaşayış məntəqələrində olan yeraltı qurğuların bir qis-
mi fövqəladə hallar zamanı əhalinin mühafizəsi üçün nəzərdə tutulur;
X
Mühafizə üçün yararlı yeraltı, yerüstü binalar, qurğular, mağaralar yoxlanılır 
və qeydə alınır;
X
Zirzəmilər və digər yeraltı tikililər daldalanacaq kimi düzəldilir;
Layih
ə


131
X
Sadə daldalanma yerləri tikilir;
X
Hökumətin qərarlarına əsasən əvvəlcədən sığınacaqlar və radiasiya dalda-
lanacaqları tikilir.
Xilasetmə və yaralılara ilk yardım
X
Zədələnmə ocaqlarında və fəlakət rayonlarında kəşfiyyat aparılır;
X
Zədələnmə ocağı məhdudlaşdırılır;
X
Axtarış və xilasetmə tədbirləri görülür;
X
Zərərçəkənlərə yardım göstərilir;
X
Təhlükəli rayonlardan əhali köçürülür;
X
Karantin-observasiya tədbirləri, xilasetmə işləri aparılan rayonlarda ictimai 
asayiş təmin edilir.
Mühafizə üsul və vasitələrindən istifadə etmək, yaralılara ilk yardım gös-
tərmək, xilasetmə və digər təxirəsalınmaz işlərdə fəal iştirak etmək bacarığı 
əha liyə müəssisələrdə, idarə və təşkilatlarda, habelə yaşayış yerlərində öyrə-
dilir. Bu zaman əhalinin lazımi məsləhət və tövsiyələr alması üçün hər cür şə-
rait yaradılır.
Yerlərdə ehtimal olunan fövqəladə hallar zamanı fəaliyyət və davranış qay-
daları qabaqcadan kütləvi informasiya vasitələri ilə əhalinin nəzərinə çatdırılır.
Sülh dövründəki fövqəladə hallarda əhalinin mühafizəsini 
təşkil etməyin xüsusiyyətləri
Sülh dövründə əhalinin mühafizəsinin əsasını aşağıdakılar təşkil edir:
X
fövqəladə halların qarşısını alan tədbirlərin görülməsi; 
X
əhalinin vaxtında xəbərdar edilməsi və təhlükəli zonadan çıxarılması; 
X
əldə olan mühafizə vasitələrindən istifadə edilməsi; 
X
fövqəladə hallar yaranan rayonlarda xilasetmə və digər təxirəsalınmaz 
Q
qadağa
Mülkiyyət formasından asılı olmayaraq bütün mövcud mülki müdafiə qurğuları 
müəyyən edilmiş qaydalar üzrə təsərrüfat, məişət və mədəni məqsədlər üçün 
istifadə edilir. Onların yenidən quraşdırılmasına icazə verilmir.
Layih
ə


132
işlər aparmaq üçün qüvvə və vasitələrin hazırlanması.
X
Bu məqsədlə:
X
Azərbaycan Respublikasının ərazisindəki müvafiq obyektlərdə işin 
təhlü kəsizliyini təmin etmək üçün vahid tələblər müəyyən edilir;
X
Təhlükə potensiallı obyektlərdə qüsurlu qovşaqları aşkar etmək məq sə-
dilə istehsalatın təhlükəsizliyi araşdırılır;
X
Qüsurların aradan qaldırılması üzrə əməli tədbirlər planı hazırlanır və 
hə yata keçirilir.
Fövqəladə hallarda mühafizə tədbirləri sülh dövrü üçün müəyyən edilmiş 
xü susi meyarlar nəzərə alınmaqla yerinə yetirilir.
Ehtimal edilən zəhərlənmə zonalarında yaşayan əhaliyə daimi istifadə üçün 
fərdi-mühafizə vasitələri hökumətin qərarına əsasən pulsuz verilə bilər. Bu 
məqsədlə müharibə dövrü üçün nəzərdə tutulmuş vasitələrin bir qismindən 
istifadə etmək olar.

Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin