Qilman eyvazov iNTİqam əSGƏrov


Hər kəs bilməli və bacarmalıdır!



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə84/139
tarix25.12.2023
ölçüsü3,72 Kb.
#194915
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   139
quot-cagirisaqadarki-hazirliq-quot-fanni-uzra-11-ci-sinif-ucun-darslik-1671017202-190-backup

Hər kəs bilməli və bacarmalıdır!
X
Müasir silahların zədələyici təsirini;
X
Yaşadığı rayon üçün səciyyəvi olan təbii fəlakətlərin xarakterini və ehti-
mal edilən nəticələrini, belə şəraitdə dəqiq davranmağı;
X
Yaşadığı rayondakı müəssisələrdə, magistral yollarda nəqliyyat qəza-
ları zamanı yarana biləcək təhlükəni, ətrafa güclü təsiri olan zəhərli 
maddə lər yayılarsa, onlardan mühafizə olunmağı;
X
Kollektiv və fərdi mühafizə vasitələrini;
X
Köçürülmə zamanı davranış qaydalarını;
X
Mülki müdafiənin xəbərdarlıq siqnalları verilərkən fəaliyyət göstərməyi;
X
Düşmən basqını, təbii fəlakət və istehsalat qəzalarının nəticələrinin ara-
dan qaldırılması üzrə işlərdə iştirak etməyi.
Layih
ə


127
Əhalini mühafizə etmək üçün mülki müdafiənin gördüyü tədbirlər
Əhalinin müasir qırğın silahla rından, güclü istehsalat qəzaları və təbii fəla-
kətlərin nəticələrindən mühafizəyə hazırlanması olduqca vacibdir. Bunun üçün 
lazım olan bilik və əməli vərdişlər ümumi hazırlıqdan başlanır. Əhalinin müha-
fizəsi məqsədilə mülki müdafiənin gördüyü tədbir lərdə bütün vətəndaşlar fəal 
və bacarıqla iştirak etdikdə müsbət nəticələr əldə edilir. Beləliklə, mülki müda-
fiəni öyrətməkdə məqsəd – düşmən basqını təhlükəsi yaranarkən xəbərdarlıq 
siqnalları üzrə zədələnmə ocaqlarında, təbii fəlakət və qəza rayonlarında 
adamları inamla fəaliyyət göstərməyə hazırlamaqdan ibarətdir. Hazırlığın əsa-
sını müəssisə lərdə, təşkilatlarda mülki müdafiənin rəhbər heyətinin bütün iş
-
ləyən əhali ilə hər il apardığı məşğələlər və təlimlər təşkil edir.
Mülki müdafiə biliklərini öyrənmək üçün ölkənin bütün əhalisi şərti olaraq 
aşa ğıdakı qruplara ayrılır:
X
Mülki müdafiənin rəhbər və komandir-rəis heyəti;
X
Mülki müdafiənin hərbiləşməmiş dəstələrinin heyəti;
X
Mülki müdafiə manqalarına cəlb olunmamış fəhlə və qulluqçular
X
İstehsalatda və xidmət sahəsində işləməyən əhali;
X
Məktəbli gənclər (ali məktəb və kolleclərin tələbələri, texniki peşə və 
ümum təhsil məktəblərinin şagirdləri).
Layih
ə


128
Bu manqaların hər biri üçün müvafiq tədris proqramları hazırlanmış, tədrisin 
əsas məqsəd və üsulları müəyyən edilmişdir.
Mülki müdafiə manqalarının üzvləri manqa tərkibində xüsusi vəzifələrin ic
-
rası qaydalarını öyrənir, rəhbər-komandirlər heyəti isə xüsusi proqramlar üzrə 
hazırlıq keçirlər.
İstehsalatda və xidmət sahələrində işləməyən əhaliyə mühafizə biliklərinin 
öyrədilməsini şəhər mülki müdafiə qərargahları yaşayış yerlərində – mənzil-is
-
tismar sahələri, ev idarələri və s. üzrə təşkil edir.
Orta ümumtəhsil və texniki peşə məktəblərinin şagirdləri, ali məktəb və kol-
lec lərin tələbələri mülki müdafiəyə müvafiq proqramlar əsasında, oxuduqları 
tədris müəssisəsində hazırlanırlar.
Əhalinin mühafizəyə hazırlanması baxımından mülki müdafiə təbliğatının 
əhəmiy yəti olduqca böyükdür. Əhalinin bu sahədə biliklərini artırmaq, onun 
mənəvi-psixoloji hazırlığını təmin etmək təbliğatın əsas vəzifələrinə daxildir. Bu 
iş yerli icra hakimiyyəti orqanlarının rəhbərliyi altında yerinə yetirilir. Bu məq-
sədlə “Mülki müdafiə günləri” təşkil etmək, manqaların məşqlərini, yarışmalarını 
və digər kütləvi tədbirlər keçirmək lazımdır.
M
maraqlı
Ümumdünya Mülki Müdafiə Günü 1 mart 1972­ci ildə Beynəlxalq Mülki Müdafiə 
Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi gündür. Azərbaycan bu nü­
fuzlu beynəlxalq təşkilatın tərkibinə 1993­cü ildə daxil olub. Beynəlxalq Mülki Mü­
dafiə Günü hər il konkret bir problemə həsr edilir.

Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin