Qlobal problem anlayış,əsas əlamətləri və onların quruplaşdırılması Problemin mahiyyəti



Yüklə 19,74 Kb.
səhifə4/4
tarix02.01.2022
ölçüsü19,74 Kb.
#38661
1   2   3   4
movzu1 qlobal problemlerin mahiyyeti

Müasir dövürdə qlobal problemlər

Müasir qlobal problemlərin müəyyən qismi təbiət-cəmiyyət, təbiət-insan qarşılıqlı münasibətlərindəki tarazlıq qanunauyğunluqlarının pozulması, təbiəti daha çox istismar etmək sahəsində günbəgün güclənən insan fəaliyyəti nəticəsində baş vermişdir. Məhz bunun nəticəsidr ki, təbiət-cəmiyyət qarşılıqlı münasibətləri sistemində yer təkindəki sərvətlərin təbii ehtiyatların tükənməsi təhlükəsi; ətraf mühitin, hava hövzəsi və okeanların çirklənməsi; əhalinin yaşayış vasitələri ilə təmin olunmasının getdikcə pisləşməsi; təbii mühitin mühafizəsinin pozulması və s.kimi kəskin problemlər meydana gəlmişdir. Bunları müasir sosial və elmi-texniki tərəqqi şəraitində meydana çıxmış “ekoloji böhran”da adlandırmaq olar; təbiət, su, torpaq getdikcə daha böyük sürətlə çirklənir, insan oz mövcudluğunu təhlükə altına alır.

Hazırda təbiət-insan münasibətlərində yeni ekoloji təfəkkür, ekoloji dünyagörüşü formalaşdırılması zərurəti meydana çıxmışdır. Təbiət-cəmiyyət qarşılıqlı münasibətləri sistemində meyana çıxan, planetar səciyyə daşıyan və həll edilməsi zəruri və təxirəsalınmaz olan qeyd etdi-yimiz kəskin və mürəkkəb, həll edilməsi çox çətin olan ziddiyyətlərin məcmusu qlobal ekoloji problemlər adlanır. Qlobal ekoloji problemlərlə, xüsusilə təbiət və insanın qarşılıqlı münasibətlərinin qanunauy-ğunluqları ilə xüsusi elm-ekologiya məşğul olur. Geniş mənada təbiət öz rəngarəngliyi ilə, forma müxtəlifliyi ilə insanı əhatə edən bütün dünyadır, mövcudatdır. Bu mənada təbiət materiya,varlıq, kainat anlayışları ilə eyniləşir. Müəyyən mənada isə, təbiət-təbətşünaslıq elm-lərinin öyrəndiyi tədqiqat obyektidir.

Təbiət-bəşər cəmiyətinin mövcudluğu və inkişafını şərtləndirən təbii şəraitin məcmusu, ilkin əsası kimi çıxış edir. Məhz bu baxımdan tarixi inkişaf prosesində təbiət və cəmiyyət qarşılıqlı vəhdətdə bişləşir, təbiətə insanın münasibəti formalaşır, insan təbiəti öz məqsədlərinə uyğun istiqamətləndirməyə çalışır. Deməli, insanla təbiət arasındakı qarşılıqlı münasibətlər əbədi bir zəruriətdir. Belə bir zəruri qanunauyğunluq, insanla təbiət arasındakı daimi maddələr mübadiləsi – ictimai istehsalı tənzim edən mühüm qanundur; belə bir mübadilə olmadan insan həyatının özündə mövcud ola bilməzdi, cəmiyyət yaşaya bilməzdi. Əlbəttə insanla təbiət arasındakı maddələr mübadiləsinə girmək prosesi heç vaxt ziddiyətlərsiz, problemlərsiz olmamış düz xətt üzrə getməmişdir. Təbiət və cəmiyyət arasında real qarşılıqlı əlaqə və münasibətlik əsasında isə insan fəaliyyəti durur.

Dialektik materialist sosial fəlsəfə təbiət-insan münasibətlərinin ağlauyğun, məqsədli, elmi təşkilinə həmişə xüsusi əhəmiyyət vermişdir. F.Engels, “Təbiətin dialektikası” əsərində dəfələrlə qeyd edirdi ki, insa-nın böyüklüyü ondadır ki, o təbiət qanunauyğunluqlarını öyrənir, təbiəti öz məqsədlərinə tabe olmağa məcbur edir.

Bəşər tarixində təbiət və cəmiyyət arasındakı qarşılıqlı münasibət-ləri, maddi istehsal, xüsusilə də istehsal vasitələri və əmək alətlərinin inkişaf səviyyəsinə uyğun olaraq, özünəməxsus keyfiyyətləri ilə fərqlənən bir sıra mərhələlərlə bölmək olar. Bu cəhətdən məhsuldar qüvvələr və istehsal münasibətlərinin inkişaf yetkinliyi ilə bir-birindən ciddi surətdə fərqlənən üç mərhələni qeyd etmək olar.

Birinci mərhələ- istehsalın, xüsusilə məhsuldar qüvvələrin inkişaf səviyyəsi ilə şərtlənən, əsasən təbiətin hazır məhsullarının mənimsənilməsi ilə səciyyəvidir. Bu mərhələ bəşər tarixinin ilkin ibtidai dövrlərindən, insanların ovçuluq, balıqçılıqla məşğul olduqları dövrdən başlanır. Bu mərhələdə hələ ibtidai insan təbiətə xüsusi təsir göstərə bilmirdi. Hətta çox halllarda özü təbiətdən asılı idi, ona sitayiş edirdi.

İkinci mərhələ- əkinçilik və maldarlığın meydana çıxması başlanır. İndi iqtisadi inkişaf ancaq təbiətdə mövcud olanı yığıb- toplamağa deyil, istehsal etməyə əsaslanır. Alətlər təkminləşir, neolit inqilabı baş verir. İnsanın həyat tərzi dəyişir, sinfi cəmiyyətdə keçid dövrü başlanır, dəmir alətlər, yeni-yeni istehsal vasitələri meydana çıxır, hətta uzun əsrlər boyu, quldarlıq və feodalizm cəmiyyətlərində də əkinçilik əsas istehsal növü olaraq qalır.

Üçüncü mərhələ- qüdrətli məhsuldar qüvvələrin yaradılmasına gətirib çıxaran sənaye çevirilişləri ilə başlanır. Bu dövrdən insanın təbiətə təsiri sənaye istehsalı vasitəsi ilə, yeni-yeni qüdrətli məhsuldar qüvvələrin yaradılması yolu ilə həyata keçirilir. İnsanı mənafeinə uyğun ətraf mühütin yenidən dəyişdirilməsinə başlanır.

Dördüncü mərhələ- hesab edilən bir sıra tədqiqatçılar təbiət-cəmiyyət münasibətlərinin tarixi mərhələlərindən bəhs edərkən, XX əsrin orta-larından sonrakı dövrü, xüsusilə ETİ-nin yaratdığı zaman texniki vasitələrin meydana çıxması və onların vasitəsi ilə insanın təbiətə daha dağıdıcı təsir etməsi imkanlarıdır. Hazırda insan yaratdığı zaman texniki vasitələrlə təbiəti özünə tabe edir, onun verdiyini mənimsəməklə qalmır, ondan istədiyini almağa çalışır. Nəticədə, hazırda insan fəaliyyəti təbiəti də, özünü də bir anda məhv etmək iqtidarına gəlib çatmışdır.



XX əsir, elmi – texniki inqilab isə insana yeni, daha qüdrətli məhsuldar qüvvələr vermişdir. Bu yolla da təbiətin istismarı çıxılmaz nöqtəyə gəlib çatmışdır: həm miqyasca, həm kəmiyətcə, həm də daxili sərvətlərin mənimsənilməsi cəhətdən təbiətin istismarı ən kəskin, ehtiraslı, dağıdıcı hal almışdır. Müasir dünyada həmin qlobal problemlərin hansı yollarla həll edilməsi bəşəri idrakın ümdə məsələlərindən biridir. Bu barədə keçmişdədə, indidə çox saylı mövqelər, baxışlar olmuş və indidə vardır. Qlobal problemlərin həlli bütün millətlərin sülh və əminamanlıq, yaradıcılıq səylərini birləşdirilməsi yolu ilə, təsirli beynəlxalq tənzim etmə yolu ilə nüfuzlu beynəlxalq nəzarət qoyulması yolu ilə nizama salına bilər. Bunlardan başqa, müasir xarici ölkələrin fəlsəfəsində, sosiologiyasında və iqtisadi elmində insan-təbiət münasibətlərini, “ekoloji problemləri” həll etmək ətrafında çoxsaylı ideoloji cərəyanlar, məktəblər, konsepsiyalar və baxışlar mövcuddur.
Yüklə 19,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin