Qlobal problem anlayış,əsas əlamətləri və onların quruplaşdırılması Problemin mahiyyəti


Qlobal problemlərin meydana çıxma səbəbləri



Yüklə 19,74 Kb.
səhifə2/4
tarix02.01.2022
ölçüsü19,74 Kb.
#38661
1   2   3   4
movzu1 qlobal problemlerin mahiyyeti

2.Qlobal problemlərin meydana çıxma səbəbləri

Dünya iqtisadiyyatının müasir dövrünün xarakterik xüsusiyyətlərindən ən başlıcası keyfiyyətcə yeni və bir-birilə sıx əlaqədə olan qlobal problemlərin meydana gəlməsi və kəskinləşməsidir. Onların ortaya çıxması da dünya ictimaiyyətinin və bütün ölkələrin diqqətini cəlb etməsi, istehsalın maddi əsasının genişlənməsi və dünya əhalisinin durmadan artması kimi obyektiv proseslə bağlıdır. Kəskinləşməsinin səbəbi isə yüksək templə sürətlənən elmi texniki inqiıabdır. Onu da almaq lazımdır ki,elmi texniki inqilab bütün ölkələrdə eyni templə,eyni səviyyədə inkişaf etmir.Bundan başqa, ölkələrin bu məsələyə münasibəti də müxtəlifdir.Elmi-texniki nailiyyətlərdən istehsalda istifadə edərkən problemlərə kompleks münasibətin olmması və yaxud da imkanlı ölkənin digər ölkələrdə məhsuldar qüvvələrin inkişaf etdirliməsi şüarı altında əks nəticələri nəzərə almadan elmi-texniki inqilabın nailiyyətlərini tətbiq etməsi son nəticədə onları dünyada qlobal problemlərin meydana gəlməsi və kəskinləşməsi müəllidlərinə çevirir.

Deməli, bir və bir qrup ölkənin texniki və elmi nailiyyətlərdən düzgün istifadə etməməsi bütün bəşəriyyət üçün problemlər yarada bilər. Bu və digər səbəblər üzündən dünyada yaranmış qlobal problemlərə xammal-mineral və enerji,ətraf mühitin qorunması, aclıqla və ən qorxulu xəstəliklərlə nübarizə, səmərəli demoqrafik siyasətin işlənib hazırlanması, kosmosun və dünya okeanının mənimsənilməsi, yeni meydana gəlmiş dövlətlərin iqtisadi və elmi-texniki gərginliyinin aradan qaldırılınası, sülhün və beynəlxalq əməkdaşlığın bərqərar olub möhkəmlənməsi, sivilizasiyasını məhv etməyə qadir qızğın silahlanmanın dayandırılması,urbanizasiya prosesinin idarə olunması, planetin qlobal istilənməsi kimi digər problemlər daxildir.


Yüklə 19,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin