Qlobal problem anlayış,əsas əlamətləri və onların quruplaşdırılması Problemin mahiyyəti


Qlobal problemlərin qruplaşdırılması



Yüklə 19,74 Kb.
səhifə3/4
tarix02.01.2022
ölçüsü19,74 Kb.
#38661
1   2   3   4
movzu1 qlobal problemlerin mahiyyeti

3.Qlobal problemlərin qruplaşdırılması

Göründüyü kimi problemlər çoxdur. Dünya iqtisadiyyatında onların rolunu, yerini və həlli yollarını düzgün təyin etmək üçün qlobal problemləri üç qrup şəklində öyrənmək məqsədyönlüdür. Birinci qrup problemləröz mahiyyətlərinə görə ictimai-siyasi xarakter daşıyır və dövrümüzün hazırkı pilləsinin siyasi reallıqları ilə şərtləşirlər.Belə problemlərə müharibə sülh, etnik çəkişmələr, tərksilah uğrunda mübarizə,hərbi texnikanın gündəlik tələbat məhsulları istehsalına uyğunlaşdırılması, müxtəlif növ əsarətlərdən azad olmuş ölkələrin iqtisadi və elmi-texniki gerilik problemi və müəyyən mənada demoqrafik problemlər daxildir.

İkinci qrup problemlərcəmiyyətlə təbiət arasında baş verən münasibətlərdən doğur və elmi-texniki inqilabların təsiri altında kəskinləşirlər. Mineral-xammal və enerji problemləri,ətraf mühitin qorunması,kosmosun və Dünya okeanı resurslarının mənimsənilməsi, qlobal istiləşmə bu qəbilədən olan problemlərdir.

Ücüncü qrupproblemlərin meydana çıxma fazası şəxsiyyət və

cəmiyyət arasındakı qrşılıqlı münasibətlərdir. Belə problemlərə ilk növbədə aclıq və xəstəliklərlə mübarizə, sosial tərəqqi naminə elm və texnikanın tərəqqəsinə nail olmaq, ondan hərtərəfli və səmərəli istifadə etmək, təhsilin və kadr hazırlığının yaxşılaşdırması kimi problemlər daxildir. Göründüyü kimi qrupa aid olunan problemlərin səbəblərinin kökündə dövlətlər və bu dövlətlərdə yaşayan insanların münasibəti durur. Öz xalqının gələcəyi haqqnda düşünən dövlət xadimləri olan ölkələrdə bu qrup problemlərin meydana çıxması ehtimalı da azalır.Korrupsiyaya, rüşvətxorluğa qurşanmış dövlətlərdə isə əksinə, bu problemlər yaranır, kəskinləşir, qloballaşır, cəmiyyəti iflic edir. XXI əsrin əvvəlində dünya təsərrüfatı yarımsistemləri və bütövlükdə dünya iqtisadiyyatı inkişafının yollarına və ümumiyyətlə, iqtisadi fəaliyyətə daha çox yaradıcılıqla yanaşmaq zərurəti mydana gəlmişdir. Planetar miqyasda ictimai inkişaf konsepsiyası işlənib hazırlanmalı və iqtisadi inkişaf isə ancaq bu konsepsiya çərçivəsində aparılmalıdır. Qlobal problemlərin meydana gəlməsi, sürətlənməsi,

zəifləməsi, nə dərəcədə əhəmiyyət kəsb etməsi,onların prioritetliyi məsələlərinə də çox ehtiyatla yanaşmaq tələb olunur.Keçən əsrin 70-ci, 80-cı və xüsusən 90-cı illərində elmdə, texnikada,istehsalda baş verən inqilabi dəyişiliklər qlobal problemlərin prioritetliyinə güclü təsir göstərə bildi. Məsələn 60-cı illərdə nüvə müharibəsinin qarşısının alınması ən prioritet qlobal hesab edilirdisə, indiki dövrdə ekoloji, demoqrafik aclıq, zəif inkişaf etmiş ölkələrin olması, qlobal istiləşmə problemləri ön plana çəkilir.




Yüklə 19,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin