2 Radiasiya şəraiti
Radiasiya şəraiti düşmənin nüvə silahını tətbiq etdikdə və AES – də qəza baş verdikdə yaranır, adamların və müxtəlif obyektlərin radioktiv maddələrlə zəhərlən-məsi ilə nəticələnir.
Radiasiya şəraitini quymətləndirərkən ərazinin, müəssisənin radioaktiv zəhərlənməsinin miqyası və dərəcəsi, həmçinin zəhərlənmənin dəstə və əhalinin fəaliyyətinə təsiri təyin edilir.
Radiasiya şəraitinin quymətləndirilməsinə, adətən, aşağıdakılar aiddir: radioaktiv zəhərlənmə zonalarının sərhədlərini və onlarda radiasiya səviyyəsinin bölünməsini təyin etmək; zəhərlənmə zonalarının müəssisələri torpaqdan istifadə planına və ya sxeminə köçürülməsi; dəstələrin şəxsi heyətinin, əhalinin, heyvanların radioaktiv şüalanma dozasının və onların arasında baş verə biləcək itkilərin təyin edilməsi; zəhərlənmiş ərazidə dəstələrin, həmçinin əhalinin təsərrüfat işlərinin aparılmasında ən məqsədəuyğun fəaliyyətinin müəyyən edilməsi.
Radioaktiv zəhərlənmə zonalarının sərhədlərini orada radiasiyanın səviyyəsini məlumat verməklə və ya radiasiya kəşfiyyatı ilə təyin edirlər.
Müəssisələrin mülki müdafiə dəstələri və qərargahları özrayonlarında ərazinin radioaktiv zəhərlənməsi haqqında məlumatı, adətən, rayonunun mülki müdafiə qərargahından alır və radiasiya kəşfiyyatı ilə dəqiqləşdirir.
Lazım gələrsə, müəssisənin mülki müdafiə qərargahlarında ərazin in, adamların, heyvanların və başqa obyektlərin zəhərlənmə dərəcəsi təxminən qabaqcadan müəyyən edilə bilər. Qabaqcadan təyin edilmənin əsasını partlayış rayonunda və radioaktiv buludun izində radioaktiv zəhərlənməsinin dərəcəsi, gözlənilən ölçüləri, hesabat və proqnoz metodları vasitəsilə hesablama təşkil edir. Qabaqcadan təyin edilmə üçün ilk məlumatlar əsasən aşağıdakılardır: partlayışın (qəzanın) gücü, növü və mərkəzin koordinatları, orta küləyin sürəti və istiqaməti. Müəssisənin MM qərargahı bu məlumatları rayonunun qərargahından alır və ya özü təyin edir.
Əgər küləyin orta sürəti (v) və istiqaməti, partlayış mərkəzindən müəssəyə qədər olan məsafə (R) məlumdursa, onda partlayışdan sonra müəssisənin ərazisinə radioaktiv maddələrin çökməsi vaxtını (t) aşağıdakı düsturla təyin edirlər.
A. Radiasiya şəraitinin proqnozlaşdırılması
Radioaktiv buludun izinin yaranması 10-20 saat davam edir. Buna görə Respublika Mülki müdafiə (MM) qərargahı, rayon, zavod və iri obyektlərin MM qərargahları radiasiya vəziyyətini qabaqcadan, radioaktiv bulud yaxınlaşana kimi proqnozlaşdırırlar.
Radiasiya şəraitinin proqnozlaşdırılması radioaktiv bulud izinin yaranmasının 90% ehtimal olunan hüdudlarında xəritə (sxem) üzrə mərkəzi bucağı 400 olan sektora görə təyin olunur. Radioaktiv bulud izi sektorun təqribən 1/3-ni təşkil edir.
Radiasiya şəraitinin proqnozlaşdırılmasında ilkin şərtlər nüvə partlayışının koordinatları, gücü, tipi, vaxtı, orta küləyin sürəti və istiqamətidir. Orta külək yer səthindən radioaktiv buludun qalxma hündürlüyünə qədər atmosfer təbəqəsində orta sürətə və istiqamətə malik küləyə deyilir. Orta küləyi təyin etmək üçün atmosfer təbəqəsini hündürlük boyunca bir neçə vahid təbəqələrə bölərək, hər birində küləyin istiqaməti və sürəti təyin olunur. Orta küləyin istiqaməti, vahid təbəqələrdə küləyin istiqaməti vektorlarının cəmi ilə eyni istiqamətdə olur. Orta küləyin istiqaməti dərəcə ilə (00-dən 3600 –dək) saat əqrəbi istiqamətində qəbul olunur. Şimaldan əsən küləyin istiqaməti azimut) 00 və ya 3600, şərqdən -900, cənubdan -1800, qərbdən -2700 -dir. Orta küləyin sürəti vahid təbəqələrdəki küləklərin sürətləri cəminin təbəqələrin sayına olan nisbətinə bərabərdir.
Radioaktiv buludun yayılma sektoru aşağıdakı ardıcıllıqla qurulur (şəkil1.) - xəritədə (sxemdə) göy rənglkə nüvə partlayışı mərkəzi qeyd olunur; nüvə partlayışı mərkəzindən orta küləyin istiqamətində göy rənglə sektorun oxu çəkilir; ehtimal olunan zədələnmə zonası göy rənglə qeyd olunur (zona radiusu cədvəl 1-dən təyin olunur); sektorun oxu ilə hər iki tərəfdən 200 əmələ gətirən xətləri çəkməklə A, B, V, O radioaktiv zəhərlənmə (çirklənmə) zonalarının sərhədləri müvafiq rənglərlə (göy, yaşıl, qəhvəyi, qara) işarə olunur. Nüvə partlayışı mərkəzinin yanında partlayışın gücü (kt), partlayışıpn tipi (y- yer üstü) vaxtı və tarixi qeyd edilir.
Şəkil 1. Radiasiya şəraitinin proqnozlaşdırılması sxemi.
1 –partlayış mərkəzi;
2 –partlayış rayonunda ehtimal radioaktiv zəhərlənmə zonası;
3 –sektorun oxu (orta küləyin istiqaməti);
4 –A zonasının uzaq sərhədi.
Xəritə və sxemlər üstündə proqnozlaşdırma radioaktiv bulud izini tam dəqiqliyi ilə vermir. Lakin proqnozlaşdırma əsasında bulud qatına qədər ehtimal olunan zəhər-lənmə zonaları təyin oluna bilər ki, bu da öz növbəsində qabaqcadan insanların, heyvanların, material vasitələrinin mühafizəsinin, obyektlərin normal fəaliyyətinin zəhərlənmə zonalarında təşkilinə, lazımolarsa işçilərin, qulluqçuların,əhalinin və mal-qaranın zəhərli zonalardan çıxardılmasına imkan yaradır.
Əhalini proqnoza görə qəbul olunmuş mühafizə tədbirləri, nəqliyyat vasitələrinin hərəkəti, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması radiasiya kəşfiyyatı qruplarının göstəricilərinə görə radioaktiv bulud izi əmələ gəldikdən sonra dəqiqləşdirilir.
Radioaktiv zəhərlənmə zonalarının sərhədlərini müəyyən etdikdə, müəssisələrin ərazilərində, zəhərlənmənin müxtəlif nöqtələrində dozimetristlər tərəfindən ölçülmüş radiasiyanın səviyyəsini hesablayır, qrafikin köməyi ilə alınmış vaxta gətirir və ya radiasiya xətkeşi ilə hesablayırlar.
Məsələn, dozimetrist kəşfiyyatçı partlayışdan bir saat sonra radiasiyanın səviy-yəsini ölçür. Bu 44 r/saata bərabər olur. Bunu partlayışdan 10 saat keçəndən sonra hesablayaq. Bunun həlli şəkildə qırıq xətlərlə, oxla göstərilmişdir. Təyin olunacaq radiasiyanın səviyyəsi saatda 3 r/saatdır. Radiasiya səviyyəsinin partlayışdan sonra 10 saatdan 1 saata hesablanması əks qaydada olur, yəni D nöqtəsindən S, V, A nöq-tələrinə hesablayırlar.
Dostları ilə paylaş: |