Qrup : tar1901 Fənn : Tibb Tyutor


Zəhərləyici maddələrlə zəhərlənmələr



Yüklə 347,5 Kb.
səhifə4/6
tarix30.12.2021
ölçüsü347,5 Kb.
#49279
1   2   3   4   5   6
21Radioaktiv zəhərlənmə (çirklənmə) ocağında sanitariya təmizliyinin aparılması.

3. Zəhərləyici maddələrlə zəhərlənmələr

İnsanlara böyük nemətlər bəxş etmiş və fayda vermiş elmi-texniki tərəqqi, eyni zamanda bir sıra ciddi problemlər yaratmışdır ki, bəşəriyyətin gələcəyi və planetimizdə həyatın özü bilavasitə bunlardan asılıdır. Bu problemlər arasında ilk öncə insanların ərzaq, enerji, xammal resurslan ilə təmin olunması və bunlarla qarşılıqlı surətdə sıx bağlı olan ekoloji problemləri göstərmək lazımdır. Yeri gəlmişkən, hazırda bəşəriyyəti ən çox narahat edən, qloballığına və ciddiliyinə görə ən ön sıralarda duran ekoloji problem çərçivəsində toksikoloji problem əsas yerlərdən birini tutur.

Birləşmiş Millətlər Təşkilatının ətraf mühitin qorunmasına dair fəaliyyət göstərən "YUNEP" proqramının və dünyada proqnozlaşdırma ilə məşğul olan digər nüfuzlu təşkilatların proqnozlarına əsasən XXI əsrin əvvəllərinə planetimizin əhalisi durmadan çoxalaraq yeddi milliard rəqəminə çatmalı idi. Tam dəqiq olmasa da, hazırda bu proqnozlar əsasən özünü doğrultmaqdadır. Bu isə, Yer kürəsinin hər bir sakininə düşən əkin sahələrinin 1982-ci il ilə müqayisədə təxminən iki dəfə azalması deməkdir. Belə ki, əgər 1982-ci ildə statistik məlumatlara görə hər adama 0,32 hektar əkin sahəsi düşürdüsə, hazırda bu göstərici təxminən iki dəfə azalmaq-dadır. Öz növbəsində, bu dünyada kifayət qədər ciddi ərzaq probleminin yaranması ilə müşayiət olunur, yəni dünya əhalisinin ərzaq məhsullarma olan fızioloji tələbatınm ödənilməsi üçün bu kifayət etmir. Bunun nəticəsində dünyada yüz milyonlarla adam ac qalır. Məsələn, BMT-nin Uşaq Fondu "YUNİSEF"-in məlumatlarına görə 1988-ci ildə dünyada 20 milyon adam ölmüşdür ki, bunlardan da 15 milyonunu uşaqlar təşkil etmişdir.

Belə şəraitdə ərzaq məhsullarının, o cümlədən onların əsas hissəsini təşkil edən kənd təsərrüfatı məhsullarmın istehsalını 3-4 dəfə artırmaq tələb olunur. Deməli, bütün dünyada, eləcə də bizim respublikada insanlarm qidalanmasının fızioloji normativlərini ödəmək üçün kənd təsərrüfatı ərzaq məhsullarının istehsalını xeyli artırmaq tələb olunur. Bunun üçün isə kənd təsərrüfatı istehsahnın hərtərəfli intensivləşdirilməsi tələb olunur ki, bunu da yalnız aqrar sektorun mexanikləşdirilməsinin təkmilləşdirilməsi, aqrotexnikanın optimallaşdınlması, geniş miqyasda kənd təsərrüfatının kimyalaşdırılması, mineral və üzvi gübrələrdən yetərincə istifadə edilməsi, bitkiləri zərərvericilərdən, xəstəliklərdən və alaq otlarından qorumaq üçün tətbiq edilən kimyəvi mühafizə vasitələrindən istifadə olunması hesabına həyata keçirmək mümkündür. Son statistik məlumatlara görə bütün dünyada zərərvericilərdən alaq otlanndan, bitkilərin xəstəlklərindən əsas bitki növlərinin məhsuldarhğına ciddi ziyan dəyir. Məsələn, düyü istehsahnda bu itki göstəricisi 47%, qarğıdalı istehsalında 35,2%, buğda istehsalında 24%, pambıq istehsa-hnda 34,2% meyvə istehsalında 30%-dək təşkil edir və s.

Eyni zamanda, heyvandarlıq sahəsini mineral yem əlavələri ilə, dezinfektantlarla, qansorucu parazit və həşəratlara, insan və heyvanlar üçün ümumi olan təhlükəli xəstəliklərin keçiriciləri rolunu oynayan gənələrə və həşəratlara qarşı işlədilən kimyəvi preparatlarla və digər kimyəvi birləşmələrlə təmin etmək zərurəti yaranır.

Kənd təsərrüfatında kimyəvi mühafızə vasitələrinin durmadan artması yuxanda göstərilən məhsul itkilərinin qarşısının alınması cəhdi ilə əlaqədardır. Bu məqsədlə dünyada kimyəvi pestisidlərin istehsalı və tətbiqi get-gedə artır. Məsələn, 1986-cı ildə dünyada 2 milyon tondan artıq pestisid tətbiq edilmişdir. Amerika Birləşmiş Ştatlarında ildə 450 min tondan çox pestisid tətbiq edilir.

Hazırda bütün dünyada pestisidlərin çeşidi 35000 müxtəlif kimyəvi və sinifiərə mənsub olan preparatları əhatə edir. Bir sözlə, müasir kənd təsərrüfatını mineral və üzvi gübrələrsiz, zərərvericilərdən bitkiləri qorumaq üçün istifadə olunan pestisidlərsiz, heyvanları qansorucu və digər təhlükəli həşəratlardan mühafizə etmək üçün tətbiq edilən kimyəvi preparatlarsız heç cür təsəvvür etmək mümkün deyil.

Öz növbəsində, belə şəraitdə heyvanların və insanların bu maddələrlə zəhərlənmə ehtimalı artır və bununla əlaqədar baytarlıq xidməti qarşısında heyvanların zəhərlənmələri zamanı müvafıq səmərəli müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması və düzgün təşkil edilməsi məsələsi ön plana çəkilir.

Ekoloji-toksikoloji durumun daha da mürəkkəbləşməsi onunla əlaqədardır ki, bu kimyəvi birləşmələrin çoxu ətraf mühiti çirkləndirməklə bərabər, eyni zamanda insanlar və kənd təsərrüfatı heyvanları üçün təhlükəli olub, onların zəhərlənmələrinə səbəb ola bilir. Ciddi təhlükə habelə onunla bağlıdır ki, bu zəhərli kimyəvi birləşmələr yem bitkilərində toplanaraq, heyvandarlıq məhsullarına "qida zənciri" adlanan sxem üzrə (torpaq—» bitki—»yemlər—»heyvanlar—»heyvandarlıq məhsulları—» insan) keçər.

Baytarlıq hesabatları üzrə statistik məlumatların təhlili göstərir ki, heyvandarlıqda baş verən xəstəliklər arasında zəhərlənmələrin xüsusi çəkisi ildən-ilə artmaqdadır. Zəhərlənmələrin səbəblərinin araşdırılması göstərir ki, bunların 50%-i aqrokimyəvi preparatlar insektisidlər, funqisidlər, herbisidlər, azotlu və digər mineral gübrələrlə zəhərlənmələrin payına düşür, 30%-ni keyfiyyətsiz və patogen göbələklərlə, mikroorqanizmlərlə çirklənmiş yemlərlə, tərkibində yol verilən səviyyədən artıq miqdarda mərgümüş, sidik cövhəri, qossipol, fiüor və digər kimyəvi birləşmələrlə zəngin olan yem əlavələri ilə heyvanların yemləndirilməsi nəticəsində baş verən zəhərlənmələr təşkil edir və nəhayət, 20%-i zəhərli bitkilərlə əlaqədar olan zəhərlənmələrin payına düşür (Q.A.Xmelnitski, V.İ.Loktionov, D.D.Poloz, 1987; V.H.Julenko, M.İ.Rabinoviç, Q.A.Talanov, 2004 və digərləri).

Azərbaycan Respublikası kimyəvi pestisidlərin kənd təsərrüfatında tətbiqinin həcminə görə öndə gedən ölkələrdəndir. Həm bitkiçilikdə, həm də heyvandarlıqda respublikada min tonlarla gübrələr, üzvi və qeyri-üzvi sintetik pestisidlər tətbiq edilir. Məsələn, pambıqçılıqda fosforüzvi, karbamatlı pestisidlər geniş miqyasda insektisid, fungisid, defoliant kimi istifadə olunur. Azərbaycan Respublikası hələ lap qədim zamanlardan üzümçülük üzrə ixtisaslaşmış bir diyar kimi məhşurdur. Bununla əlaqədar üzümlüklərin zərərvericilərinə qarşı böyük həcmdə kimyəvi pestisidlər işlətmək zərurəti yaranır. Bu məqsədlə əsasən metaltərkibli, xüsusilə, mistərkibli pestisidlərdən istifadə olunur. Hesablamalar göstərir ki, ildə Azərbaycan Respublikasında orta hesabla tətbiq edilən mistərkibli pestisidlərin həcmi 100 kq/hektar göstəricisindən də artıq ola bilir. Əgər deyilənlərə heyvandarhqda xeyli sayda insektisid və akarisid kimi istifadə olunan pestisidləri də əlavə etsək, onda respublikada ekoloqo-toksikoloji durumun nə dərəcədə mürəkkəb və kəskin olması barədə nəticə çıxarmaq çətin deyil.

Bütün deyilənlər bu problemə daha ciddi yanaşmağı, zəhərlənmələrin səbəblərinin daha ətraflı araşdınlmasını, zəhərli birləşmələrin toksikologiyasının daha dərindən öyrənilməsini, zəhərlənmələrin diaqnostika, müalicə və profilaktika üsullannın və vasitələrinin dahada təkmilləşdirilməsini tələb edir və baytarhq xidməti qarşı-sında olduqca məsuliyyətli vəzifələr qoyur.

Toksikologiya termini yunan sözlərindən ("toxicon" - zəhər və "loqos"- elm, təlim) ibarət olub, zəhərlər haqqında elm kimi qəbul olunmuşdur. Əlbəttə ki, toksikologiyanın bu qısa tərifi müasir toksi-kologiyanın tam məzmununu heç cür xarakterizə edə bilməz, çünki hazırda bu elm daha geniş məzmun daşıyır və daha geniş məsələləri əhatə edir.

Toksikologiya zəhərli maddələr və onların canh orqanizmlərə təsiri haqqında elm olmaqla, həmin maddələrin təbiətini, quruluşunu, fıziki-kimyəvi xassələrini vəbiotoksikoloji xüsusiyyətlərini, heyvanların onlara olan həssaslığını, zəhərlərin orqanizmdə dəyişməsini və orqanizmdən xaric olmasını, zəhərlənmələrin baş vermə səbəblərini, klinik əlamətlərini öyrənir və onlara qarşı səmərəli müalicə üsullarını və profilaktika tədbirlərini işləyib hazırlayır.

Toksikologiya çox geniş və çoxsahəli elm olmaqla, onun məlumatlarından ən müxtəlif məqsədlərlə ayrı-ayrı sahələrdə istifadə olunur: tibbidə, kənd təsərrüfatında, baytarlıqda, sənayedə, məhkəmə-tibb ekspertizasında, hərbidə və s. Buna müvafiq olaraq toksikologiyanın tibbi, baytarlıq, kənd təsərrüfatı, sənaye, məhkəmə-tibb, zəhərləyici döyüş maddələrinin toksikologiyası kimi növlərini ayırd edirlər.

Baytarlıq toksikologiyasına gəldikdə, onu zəhərli maddələrin xassələrini, bunların kənd təsərrüfatı heyvanlarının, quşların, balıq-ların, arıların, sənaye əhəmiyyətli vəhşi heyvanların orqanizminə təsiri, zəhərli maddələrin orqanizmdə metabolizmi, dəyişikliklərə uğraması xüsusiyyətlərini, heyvanların orqan və toxumalarında top-lanması, süd, yumurta və digər heyvandarlıq məhsulları ilə xaric olmasmı öyrənən elm kimi xarakterizə etmək daha düzgün olardı. Baytarlıq toksikologiyası habelə zəhərlənmələrin diaqnostika üsullarının işlənib hazırlanması, profilaktikası və müalicəsi, pestisidlərin və digər toksiki birləşmələrin yemlərlə və ərzaq məhsullannda yol verilən maksimal qalıq səviyyələrinin (MQS) və analiz üsullarının təyini və bunun əsasında heyvandarlıq ərzaq məhsullarının, yemlərin baytar-sanitar qiymətləndirilməsinin aparılması kimi məsələləri də əhatə edir.

Beləliklə, toksikologiya müasir dövr üçün çox vacib və əhəmiyyətli elm kimi qiymətləndirilməklə, bu fənnin öyrənilməsinə onun yaratdiğı problemlərə daha ciddi yanaşmağı tələb edir.

Kənd təsərrüfatında işlədilən bütün kimyəvi zəhərli maddələr tətbiqinə, istifadə olunma məqsədinə görə aşağıdakı qruplara bölünür.

l.Herbisidlər-bu kimyəvi maddələr alaq otlarının məhv edilməsidə işlədilir. Bunlar müxtəlif olur. Bəziləri bütün bitkiləri məhv edir. Bəziləri isə seçici təsir göstərərək, mədəni bitkiləri yox, ancaq alaq otlannı məhv edir.

2.Defoliantlar-bu kimyəvi maddələr bitkinin yalnız yarpağını tökür (məs, pambığın). Preparatı maqnezium xloriddir.

3.Desikantlar-bu kimyəvi maddələr bitkinin qurudulmasında istifadə olunur.

4.İnsektisidlər-bu kimyəvi maddələr həşəratların məhv edilməsində işlədilir (nikotin-sulfat, anabazin-sulfat, kalium- arse-nat, xlorofos və s.).

5.Lorvisitlər - həşəratların sürfələrini, ovositlər- yumurtalarını, repelentlər isə həşəratların qorxudulmasında istifadə edilir.

Akarisitlər-bu kimyəvi maddələr gənələri məhv edir (heksaxloran, heksaxlorsikloheksan, qammaizomer, tiofos, metafos və s.).


  1. Funqisidlər - bu kimyəvi maddələr patogen göbələklərin-yəni bitki, heyvan və insanların göbələk xəstəliklərinin törədicilərinin məhv edilməsində işlədilir. Bu məqsədlə mis sulfat, bordo qarışığı, xloroksidli mis, sineb TMTD, ftalan, nitrofen, qranozan, preparat AB və s. tətbiq edilir.

8.Bakterisidlər-bu maddələr xəstəlik törədən mikrobları tələf edir, bunun üçün 40% formaldehiddən, natrium və ya kalium hidroksidindən istifadə olunur.

9.Zoosidlər-bu kimyəvi maddələr gəmiricilərin məhv edilməsində işlədilir. Bu məqsədlə ən çox sink-fosfid, natrium arse-nat, dəniz soğanı, krisid tətbiq olunur.

Son illər insektisid, akarasid, zoosid, funqisid və herbisidlər bir qrupda cəmləşdirilərək pestisid adlandırılır.

Beləliklə, hazırda istifadə olunan pestisidlər kənd təsərrüfatı bitkilərinə və heyvanlara ziyan vuran amillərin məhv edilməsində müvəffəqiyyətlə tətbiq edilir.




Yüklə 347,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin