Qrup : tar1901 Fənn : Tibb Tyutor


Qeyri-bərabər şüalanma zamanı baş verən kəskin şüa xəstəliyi



Yüklə 347,5 Kb.
səhifə6/6
tarix30.12.2021
ölçüsü347,5 Kb.
#49279
1   2   3   4   5   6
21Radioaktiv zəhərlənmə (çirklənmə) ocağında sanitariya təmizliyinin aparılması.

5 Qeyri-bərabər şüalanma zamanı baş verən kəskin şüa xəstəliyi.

Qeyri-bərabər şüalanmada sümük iliyinin az şüalanmış hissəsinin saxlanması nəticəsində KŞX- nin gediş dövrlərində hamarlaşma baş verir. Qranulositlərin və trombositlərin miqdarının azalması zəif olur. Amma ayrı orqan və sistemlərin zədələnmə əlamətləri ön plana çıxır. Bədənin yarasının və yarıdan az hissəsinin 6-8 Qr və daha çox dozada şüalanmaya məruz qalması belə həyat üçün təhlükə yaratmır. Baş və boyun nahiyyələrinin şüalanması zamanı ilkin reaksiyalar dövrünə məxsus simptomlar daha güclü olur : qusma, başağrıları, üzün hiperemiyası, hipertermiya və s. 5 qr dozadan çox şüalanmada orofaringial sindrom inkişaf edir: ağız və yuxarı tənəffüs yollarının zədələnməsi nəticəsində ödemin və erroziyaların əmələ gəlməsi, tüpürcək ifrazının və udma aktının pozulması. Sinə nahiyyəsinin şüalanması zamanı ilkin reaksiyalar zəif olur, lakin ürək nahiyyəsində ağrılar, ritmin pozulması, EKQ-də dəyişikliklər müşahidə olunur.

Ətrafların şüalanması xəstəliyin klinik gedişinə əsasən yerli şüalanmanın ağırlığından asılıdır. Ən ağır gedişat qarın nahiyyəsinin şüalanması zamanı qeydə alınır. 3-5 Qr şüalanmada belə şüa enteriti inkişaf edir ki, bu da qarın işləməsi, sıyığabənzər stul, bədən hərarətinin qalxması ilə özünü göstərir.

Daha çox dozalarla şüalanmada klinik əlamətlər daha kəskin olur, şüa ezofagiti və qastiriti qoşulur; 3-4 aydan sonra şüa hepatiti inkişaf edir, bu da zəif sarılıqla və hiperfermenteniya ilə müşaiyət olunur.

Qeyri-bərabər kəskin şüa xəstəliyinin ağırlaşmasına səbəb şüa qəzalarında və fəlakətlərdə daxilə nüvə bölünməsi məhsullarının düşməsi ola bilər. Sezium, rubidium bədəndə bərabər paylaşır; yod – qalxanabənzər vəzidə, stronsium, barium- sümüklərdə , böyrəklərdə - uran, polonium toplanır. Orqanizmdə ümumi dəyişikliklərlə bərabər, yerli dəyişikliklər də baş verir : konyuktivitlər, bronxitlər, bronxopnevmoniyalar.

Əlavə - Şüalanmaya xas olan zədələnmələrdən biri də şüa yanıqlarıdır. KŞX-nin əlamətləri olmadan da inkişaf edə bilər. Şüa yanıqlarının klinikasında ilkin eritema, latent (gizli) , çiçəklənmə və bərpa dövrləri ayırd olunur. Dərinin nekrotik, əsasən də dərin zədələnmələri, uzun müddətdə sağalır və ya sağalmadan xroniki şüa xoralarına keçir. Yayılmış şüa yanıqları KŞX-nin gedişini ağırlaşdırır və çox vaxt ölümə səbəbolur.




NƏTİCƏ

Radiasiya ilə zədələnmələrin patogenezi - İonlaşdırıcı şüalanmanın birbaşa təsiri altında udulan enerjinin maddədə aktiv radikallar əmələ gətirməsi ionizasiya adlanır. Bu təsirə ən çox metobolizm, toxuma təzələnməsi, enerji sintezi proseslərinin gedişində iştirak edən yüksək polimer maddələrdən olan nuklein turşuları məruz qalır. Sıx ionlaşdırıcı şüalanmaya canlılar birbaşa məruz qalır. Səbəbi DNT molekkularında ikili parçalanma nəticəsində, onun reparasiyasının (bərpasının) çətinləşməsidir. İonlaşdırıcı şüalanmanın qeyri-birbaşa təsiri bədəndəki suyun radiolizi ilə əlaqədardır. Bunun nəticəsində maddələr mübadiləsində iştirak edən müxtəlif molekulların inaktivasiyası baş verir. Toxumalar şüalanma dərəcəsinə görə aşağıdakı sıra ilə düzülür:

Radiasion şüalanma nəticəsində qan hüceyrələrinin defisiti, endokrin sistemi və MMS fəaliyyətinin pozulması meydana çıxır. Patogenezdə əsas rolu intoksikasiya oynayır və əsas simotomların ortaya gəlməsi onun dərəcəsindən asılıdır.

Xarici bərabər şüalanma zamanı baş verən kəskin şüa xəstəliyi - Bədən səthinin bir neçə saat və gün ərzində və ya bədənin böyük hissəsinin 1qr dozada keçici radiasiya ilə birdəfəlik, yaxud uzunmüddətli şüalanmasından kəskin şüa xəstəliyi, dəqiq desək sümük-beyin forması baş verir.




ƏDƏBİYYAT

  1. H.Ocaqov - “Mülki Müdafiə”;

  2. “Ümumi və xüsusi reseptura”.Professor D.Hüeynov.-Bakı-1976.

  3. “Mülki müdafiənin təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci tarixli, 193 nömrəli Qərarı;

  4. Fövqəladə hadisələr zamanı necə davranmalı;



Yüklə 347,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin