İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə urbanizasiya fərqli xüsusiyyətlərə malikdir. Belə ki, inkişaf etrmiş ölkələrdə urbanizasiya prosesi sənayeləşmə ilə qovuşmuşdur. Sənaye urbanizasiyanı doğurmuşdur. İnkişaf edən və ya az inkişaf etmiş ölkələrdə isə bunun əksinə sənayeləşmədən daha sürətli urbanizasiya prosesi sezilir. Birinci qrup ölkələrdə, yəni urbanizasiyanın sənayeləşmənin nəticəsi olduğu ölkələrdə cərəyan edən urbanizasiya prosesi tarazlı, ikinci qrupdaki urbanizasiya isə nataraz urbanizasiya adlanır. Dünya ölkələrində urbanizasiya prosesinin tənzimlənməsi və idarə olunması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də göydələnlərin tikilməsidir.