İnkişaf edən ölkələrin şəhərləşmə dinamikasını inkişaf etmiş ölkələrin urbanizasiya prosesindən ayıran xüsusiyyətlərdə biri də, XX əsrin bir əhali partlayışına şahidlik etməsidir. Bunun nəticəsində inkişaf etməkdə olan ölkələrdə urbanizasiyanin sürətlənməsi demoqrafik xüsusiyyətə malik olmuşdur. II Dünya müharibəsindən sonra tibbdəki nailiyyətlərin də təsiri ilə, doğum nisbəti xeyli artmışdır. Bu nisbət inkişaf edən ölkələrdə daha yüksək olmuşdur. Başqa tərəfdən ölüm nisbətinin də kəndlərə nisbətdə şəhərlərdə daha aşağı olması şəhərlərdə təbii əhali artımının tempini yüksəltmişdir.
İEÖ-də şəhərlərdə ekoloji vəziyyətin kəskin xarakter alması nəticəsindəə suburbanizasiya prosesi yaranmışdır.
Suburbanizasiya şəhər əhalisinin bir hissəsinin şəhər ətrafına köçməsidir. Misal olaraq ABŞ-da əhalinin 65%-i şəhər ətrafında yaşayır.Suburbanizasiya prosesi əsasən İEÖ-ə xasdır. Bunun səbəbi İEÖ-də şəhər ətrafı ilə şəhər mərkəzində yaşayış səviyyəsi eynidir. Onun üçün də yerli əhali şəhər ətrafında yaşamağa üstünlük verir. Buna görədə hal-hazırda İEÖ-də şəhər əhalisinin xüsusi çəkisi artmır.
İOÖ-də şəhər əhalisinin artımı həm təbii artımın yüksək səviyyəsi, həm kəndlərdən şəhərlərə gedənlərin sayının artması ilə əlaqədardır. Bu halda şəhər iqtisadiyyatının yüksəlməsinə görə şəhərlilər artır. Odur ki, onlar işlə və digər sosial tələbatla təmin oluna bilmirlər. Nəticədə şəhərlilərin payı artsada iqtisadi həyatda onların payı heç də artmır. Buna “yalançı urbanizasiya” deyirlər. Buna görədə bəzi İOÖ-də urbanizasiyanın səviyyəsinin yüksək olması o ölkələrin inkişaf göstəricisi ola bilməz. Yalançı urbanizasiyanın mövcüd olduğu şəhərlərdə “yoxsulluq zonaları” yaranır. Belə yerlərə Braziliyada “favel”, Afrikada “bidonvil”, Türkiyədə isə “Gecəqondu” deyirlər.
Urbanizasiyaya əks proses ruralizasiya adlanır.
İOÖ-də urbanizasiyanın artmasına baxmayaraq burada urbanizasiya ümumdünya göstəricisindən aşağıdır. Latın Amerikasında isə urbanizasiya “yalançı urbanizasiya” hesabına yüksəlir. Afrikada urbanizasiyanın səviyyəsi 30%, Asiyada isə 27%-dir. İOÖ-də urbanizasiyanın səciyyəvi cəhəti əhalinin sayca az olan iri şəhərlər ətrafına toplanmasıdır.
Şəhərlər böyük, iri və milyonçu şəhərlərə bölünür. 1900-cu ildə 10, hazırda isə 400-dən çox milyonçu şəhər vardır. Milyonçu şəhərlərin sayına görə Çin, ABŞ, Hindistan və Rusiya fərqlənir. Dünyanın ən iri şəhərləri Mexiko, Tokyo, Nyu-York, Los-Angeles, London, Paris, İstanbul, Karaçı, Mumbay, Pekin, Sao Paulo, Şanxay kimi şəhərlər fərqlənir. İri şəhərlər sisteminə daxil olan və yığcam ərazidə birləşən iri şəhərlər sistemi aqlomerasiya adlanır. İEÖ-də, Latın Amerikasında, Hindistanda və Çində çoxmilyonlu aqlomerasiyalar formalaşıb. Hətta Bakını da aqlomerasiya hesab etmək olar. Paytaxt Bakı ilə bərabər regionlarının da sürətli inkişafı ölkəmizdə urbanizsiya prosesinin qarşısını alan çox önəmli faktdır.
Urbanizasiya prosesinin ən yüksək mərhələsi aqlomerasiya və şəhərlərin birləşməsi olan meqalapolislərdir. Meqalopolis yunan sözüdür mənası Meqa – nəhəng, polis – şəhər deməkdir. Bəzi böyük şəhərlər və aqlomerasiyalar bir-birinə yaxın yerləşdiyi üçün böyüyərək bir-birinə yaxınlaşırlar və meqalopolis yaradırlar. Dünyada ilk meqalopolislər Amerikada yaranmışdır. Buna səbəb şəhərlər arasında nəqliyyat əlaqələrinin inkişaf etməsi idi. Sonradan bu meqalopolislər Avropaya yayıldı. Ama Hazırda daha çox meqalopolis Asiyada mövcüddur. Dünyada çox sayda meqalopolislər vardır. Meqalopolisləri çox zaman “dərininə urbanizasiyada adlandırılar. Dünyada ən böyük meqalopolislər aşağıdakılardır :
ABŞ-da atlantik-sahili vəya BosWash – Boston, Philadelphia, New-York, Baltimore, Washington
BosWash - ABŞ-ın şimal-şərq sahilindəki aqlomerasiya regionunu əhatə edən bir meqapolyadır.
Meqapol, şimal-şərqdə Massaçusets ştatından Bostondan başlayır və cənub-şərqdə Washington DC və Virciniyaya qədər uzanır. Başda Boston, New York, Philadelphia, Baltimore və Washington D.C. olmaqla böyük şəhərləri, aqlomerasiya regionlarını, şəhərətrafı zonalar və daha kiçik şəhər mərkəzlərini özündə birləşdirir.
BosWash 2010-cu ildəki siyahıyaalma nəticələrinə görə 52.332 123 əhaliyə sahibdir və bu da ölkə əhalisinin 17% -ni əhatə edir.
ABŞ-da Göllərətrafı vəya Çipits – Çikaqo, Detroyt, Klivlend, İndiniapolis, Pitsburq;
Kaliforniya vəya San-San – San-Fransisco, Los-Angeles, San Xose, San Diego;
Dostları ilə paylaş: |