SƏRBƏST İŞ
İxtisas : Xarici dil müəllimliyi(ingilis dili üzrə)
Qrup:125B
Kurs:1
Fənn:Azərbaycan tarixi
Müəllim:Kərimov Namiq
Tələbə:Xəlilova Səmayə
Bakı-2022
Mövzu: Ağa Məhəmməd şah Qacarın mərkəzləşdirmə siyasəti və Qafqaza yürüşləri
Qacar sülaləsi 1794-cü ildən 1925-ci ilədək İranı idarə ediblər. Qacarlar Qarabağda Əmir Teymurun Osmanlı səfərindən sonra məskunlaşmışlar. Tayfanın bir hissəsi Qoyunlu, yaxud «Aşağıbaş» qacarları, ikinci hissəsi isə «Yuxarıbaş» qacarları adını almışdır. «Aşağıbaş» qacarlarından olan Ağa Məhəmməd xan Qacar tayfasına arxalanaraq hakimiyyətini, şahlığını, habelə hökmranlığını möhkəmləndirməyə başladı. 1785-ci ildən Ağa Məhəmməd xanın Şah taxtı uğrunda
mübarizəsində dönüş başlayır. 1788-ci ildə Cənubi Azərbaycanın və iranın bir çox tayfa başçıları Ağa Məhəmməd xanın hakimiyyətini qəbul etmişdilər. 1790-cı
ildə Ağa Məhəmməd xan ordusunu Cənubi Azərbaycana yeritdi və
sərablı Sadiq xan Şəqqaqini məğlubiyyətə uğratdı. Əldə edilən bu
qələbə bir çox Azərbaycan xanlarını Qacarın hakimiyyətini qəbul
etməyə məcbur etdi.Ağa Məhəmməd xan eyni zamandazəndlər tayfasının İranın cənub vilayətlərində möhkəmlənmiş nümayəndələrinə qarşı da mübarizə aparırdı. 1790-1794-cü illərdə apardığı amansız mübarizə nəticəsində o, öz məqsədinə nail oldu.
XVIII əsrin 80-ci illərinin sonunda bütün hakimiyyəti (Xorasan istisna olmaqla) ələ alan Qacar sülaləsinin banisi Ağa Məhəmməd xan sabiq Səfəvi dövlətinin sərhədlərini bərpa etdikdən sonra tac qoymağı qərarlaşırdı. Məlum olduğu kimi, Səfəvi dövlətinin süqutunadək bütün Cənubi Qafqaz, Azərbaycan və Şərqi Gürcüstan bu dövlətin tərkibində idi. Məhz buna görə də Ağa Məhəmməd xan həmin ölkələri özünə tabe etmək fikrinə düşdü. Ağa Məhəmməd xana
münasibətdə xanlar müxtəlif mövqe tuturdular. Bir çox xanlar ilk növbədə İbrahimxəlilxəlil xan Qacara qarşı təkbaşına mübarizə aparmağın çətinliyini anlayaraq öz qüvvələrini birləşdirməyə çalışırdılar. Ağa Məhəmməd xan hərbi yürüşə başlamazdan əvvəl Cənubi və Şimali Azərbaycan xanlıqlarına, habelə Kartli-Kaxetiya çarlığına fərmanlar göndərdi və onlardan tabelik rəmzi kimi ən yaxın qohumlarından onun sarayına girov göndərməyi tələb etdi. İran sərhədlərindən uzaqda yerləşən Azərbaycan xanlıqları, habelə Kartli-Kaxetiya çarlığı Ağa Məhəmməd xanın hədə-qorxu ilə dolu fərmanını rədd etdilər. 1793-cü ildə Ağa Məhəmməd xan yenidən Azərbaycan xanlıqlarına fərmanlar göndərib onlardan tabe olmağı tələb etdi və əks təqdirdə silaha əl atacağını bildirdi. 1794-cü ildə o, dörd minlik qoşunu Qarabağ və İrəvan xanlıqlarına qarşı göndərdi. İran təhlükəsinin gücləndiyi bir şəraitdə İbrahimxəlilxəlil xanla barışmış Kartli-Kaxetiya çarı II İrakli oğlu Aleksandrın başçılığı ilə Qarabağa hərbi kömək göndərdi.Müttəfiqlərin birləşmiş qüvvələri İran ordusunu məğlubiyyətə uğradaraq Araz çayından cənuba çəkilməyə məcbur etdilər.
Azərbaycan xanlarının və eləcə də Kartli Kaxetiya çarlığının Rusiyaya müraciət etməsindən xəbər tutan Ağa Məhəmməd Ərdəbildən Şimali Azərbaycana üç istiqamətdə 100 min nəfərdən ibarət ordunun hərəkət etməsi haqqında əmr verdi. Ağa Məhəmməd xan ordunun birinci hissəsinə İrəvan, ikinci hissəsinə Muğan, üçüncü hissəsinə isə Qarabağ istiqamətində hərəkət etmək əmrini verdi. Ağa Məhəmməd xanın rəhbərlik etdiyi İran qoşunlarının əsas dəstəsi 1795-ci ilin iyun ayında Şuşa qalasını mühasirəyə aldı. İran qoşunlarının Şuşa ətrafında məğlubiyyəti, yubanmaları şahın planlarını alt-üst edə bilərdi. 33 gündən sonra Ağa Məhəmməd xan ordusuna Şuşanın mühasirəsindən əl çəkib Tiflis istiqamətində irəliləməyi əmr etdi. Tiflis şəhərini qarət və darmadağın etdikdən sonra İran qoşunları 1795-ci il sentyabrın 20-də külli miqdarda qənimət, 20 min əsirlə şəhəri tərk etdilər.
Ağa Məhəmməd xanın Cənubi Qafqaza dağıdıcı yürüşündən sonra Rusiya Cənub sərhədlərinin təhlükəsizliyini qorumaq və Xəzər dənizindəki hakim mövqeyini saxlamaq, habelə 1783-cü il Georgiyevsk müqaviləsinin şərtlərinə əməl etmək məcburiyyəti qarşısında qaldı. 1795-ci ilin noyabr ayında Mozdok şəhərindən Cənubi Qafqaza ilkin mərhələdə iki istiqamətdə rus qoşunları göndərildi. 1795-ci ilin noyabrında Qacarın ordusu Gürcüstanı tərk edərək Muğana gəldi. 1795-ci ilin sonlarında rus ordusunun Cənubi Qafqaza hücumunun başlanması xəbəri Ağa Məhəmməd xana öz planlarını həyata keçirməyə imkan vermədi. Ağa Məhəmməd xanın Azərbaycanı tərk etməsinin başlıca səbəblərindən biri də bu oldu. 1795-ci ildə Kartli-Kaxetiya çarlığını, eləcə də Tiflis Şəhərini darmadağın edən İran qoşunları Şuşada qarabağlıların qəhrəmancasına müqavimətinə rast gəlib geri çəkilməyə məcbur oldular
1796-cı il aprelin 18-də V.Zubovun başçılığı ilə rus qoşunlarının Azərbaycana yürüşü başlandı. 1796-cı il noyabrın 6-da II Yekaterinanın gözlənilməz ölümü Rusiya dövlətinin nəzərdə tutduğu tədbirlərin həyata keçirilməsini bir müddət təxirə saldı. I Pavel Rusiya qoşunlarının tezliklə Cənubi Qafqazdan geri dönməsi barədə əmr verdi. Rus qoşunları Azərbaycandan çıxıb getdikdən sonra Ağa Məhəmməd Şah 1797-ci ildə ona müqavimət göstərənlərə divan tutmaq məqsədilə Qafqaza, xüsusilə Azərbaycana ikinci yürüşə başlamağı qərara aldı. Bu dövrdə İranda daxili vəziyyət bir qədər sabitləşmiş, Ağa Məhəmməd xanın mövqeləri isə xeyli
möhkəmlənmişdi. O, yaranmış vəziyyətdən istifadə edərək 1796-cı ilin
martında təntənəli şəkildə şah titulunu qəbul etdi.
Ağa Məhəmməd şah Talış xanlığını zəbt etməyi Süleyman xana tapşırdı. Baharın əwəllərində İran ordusunun Əliqulu xanın başçılıq etdiyi
ön dəstələri Naxçıvan və İrəvan xanlıqlarına soxuldu. Naxçıvanlı Kəlbəli xan amansız şəkildə cəzalandırılıb İrana sürgün edildi. İrəvan
xanlığı isə amansız şəkildə qarət edildi və əhalisinin bir hissəsi İrana
köçürüldü. İbrahimxəlilxəlil xan Ağa Məhəmməd şahın Qarabağa ikinci dəfə hücum etmək niyyətindən əvvəlcədən xəbərdar idi və onun qarşısını almaq üçün ciddi lıazırlıq işləri görürdü. İbrahimxəlilxəlil xanın əsgərləri Qarabağa yaxşı bələd olmayan düşmən ordusu üzərinə qəfil hücumlar edir və ona ağır zərbələr vururdular.Şuşa qalasını mühasirəyə aldıqdan sonra bir sıra tədbirlər həyata keçirdi. İbrahimxəlil xan topxananın atəşlərini kəsdikdən sonra şəhərə
qayıtmaq istədi. Ancaq bütün yollar düşmən tərəfindən bağlanmışdı.
Yalnız şimal yolu açıq idi. Ona görə də xan şimala doğru çəkilməyə
məcbur oldu. İbahimxəlil xanın şəhəri tərk etməsi şuşalılar arasında ciddi
məyusluq yaratdı.Şəhər əyanlarının uzun müzakirələrindən sonra Şuşa qalası təslim oldu. Ağa Məhəmməd şah Qurana öz möhürünü vurub, Şuşada müqavimətə rast gəlməsə bir nəfərə də toxunmayacağına and içdi. O, şuşalıların 500 min əşrəfi təzminat ödəmələrini tələb etdi. Hacı Babək təzminatın miqdarınıı 200 min
əşrəfiyə endirməyə nail oldu. Şəhərə daxil olan Ağa Məhəmməd şah
Məhəmmədhəsən ağanın imarətində yerləşdi. Şah istədiyi təzminatı aldıqdan sonra Qurana and içdiyinə baxmayaraq, döyüşçülərinə şəhəri qarət etməyə icazə verdi.
Ağa Məhəmməd Şimali Azərbaycan xanlarına məktublar göndə-
rərək onun yanına gəlmələrini, yaxud ən yaxın adamlarının girov göndərilmələrini əmr etdi. Xanların əksəriyyəti şahın dəvətinə məhəl qoymadı, yaxud könülsüz yanaşdı. Yalnız Gəncəli Cavad xan şahın birinci yürüşü zamanı ona göstərdiyi xidmətlərinə güvənərək Ağa Məhəmmad şahın düşərgəsinə gəldi. Ancaq şah onu 1796-cı ildə şəhər darvazalarını rus qoşunlarına açdığına görə ittiham edib qandallatdı. 1796-cı ildə rus qoşunlarını Bakıya buraxdığına görə şah
Hüseynqulu xanı danladı, onu və ailəsini həbs edib Tehrana göndərdi,
bakılılardan təzminat alınmasını əmr etdi, Bakı xanlığının idarəsini isə
qubalı Şeyxəli xana həvalə etdi. Şəkili Səlim xan məktub göndərib şaha
itaət etdiyini bildirdi. Mustafa xan qaçdıqdan sonra Şamaxıda özünü
xan elan etmiş Qasım xan şaha zahiri itaət göstərdi. Lakin tezliklə Qasım xan Mustafa xan tərəfindən devrildi və o hakimiyyətinin bərpasına
nail olmaq məqsədilə Ağa Məhəmməd şahın sarayına qaçdı.
Sadiq xan və Məhəmməd bəy şahın onlara sərt cəza verəcəyini labüd saymış və buna görə Ağa Məhəmməd şaha qarşı sui-qəsd təşkil etmək qərarına gəlmişlər. Ağa Məhəmməd şahın Şuşada hökmranlığı uzun çəkmədi və 1797-ci il iyulun 4-də öz xidmətçiləri Səfərəli bəy və Abbas bəy təirəfındən qətlə yetirildi.Beləliklə, şahın Cənubi Qafqazı fəth etmək planları yarımçıq qaldı. Şahın öldürülməsi xəbərini eşidən qoşunlar qeyri-mütəşəkkil vəziyyətdə irana qaçmağa başladılar.
Ağa Məhəmməd şahın qətlindən sonra Bakı, Gəncə və İrəvan xanları öz şəhərlərinə qayıtdılar. Ağa Məhəmməd şahın ölümü və İranda hökm sürən hərc-mərclik nəticəsində Azərbaycan xarici müdaxilədən bir qədər yaxa qurtardı. İranda Ağa Məhəmməd Şahın qardaşı oğlu Baba xan Fətəli şah adı ilə taxta çıxdı. Elə ilk gündən yeni Şah İranda hakimiyyətini möhkəmləndirməklə məşğul oldu.İran qoşunlarının getməsi ilə ölkədə kəskin daxili feodal ara müharibələri başlandı. Cənubi Qafqazı fəth etmək fikrindən daşınmayan Rusiya dövləti artıq hərbi əməliyyatın başlanması vaxtının çatdığını bildirdi. I Pavel qoşunların Cənubi Qafqaza yeridilməsi haqqında əmr verdi. Rusiya dövlətinin tədbirlərindən xəbər tutan İran qoşunları təcili geri çəkildilər. Belə olduqda Rusiya dövləti də özünün Cənubi Qafqaza yürüşünü dayandırdı. Beləliklə, XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Cənubi Qafqaz uğrunda birinci Rusiya-İran müharibəsinin başlanması üçün zəruri şərtlər meydana çıxdı.
Dostları ilə paylaş: |