Qrup: 2560a fənn: Mülki müdafiə Mövzu



Yüklə 176,49 Kb.
səhifə3/6
tarix20.12.2022
ölçüsü176,49 Kb.
#76732
1   2   3   4   5   6
A.Kazım

İkinci rejim – yüksək hazırlıq rejimidir. Bu rejimə fövqəladə hallar baş verəcəyi barədə proqnoz alınarkən, normal istehsal fəaliyyəti, radiasiya, kimyəvi şərait, epidemik və s. pisləşərkən keçilir. Belə hallarda müvafiq fövqəladə hallar komissiyaları aşağıdakı işləri görürlər:
-vəziyyətin pisləşməsi səbəbini aşkar etmək üçün operativ qruplar yaradır;
-növbətçi – dispetçer xidmətlərinin fəaliyyətini gücləndirir;
-müşahidə və nəzarəti artırır;
-fəaliyyət göstərəcək qüvvə və vasitələri hazır vəziyyətə gətirir və onların vəzifələrini konkretləşdirir, əhalinin mühafizəsi üzrə tədbirləri dəqiqləşdirirlər. Üçüncü fövqəladə rejim – sistem bu rejimə fövqəladə hallar baş verərkən və onların nəticələri aradan qaldırılarkən FHN – nin müvafiq orqanları və daimi komissiyanın qərarı ilə keçirilir.
qəzaları və təbii fəlakətlərin nəticələrini aradan qaldırarkən xilasetmə işlərinin aparılması qaydaları digər müvafiq hallarda olduğu kimidir.
Mülki müdafiə üzrə dövlət funksiyalarını Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin orqanları yerinə yetirir. Buraya bütün idarəetmə orqanları, müxtəlif mülkiyyət formalarına aid olan birliklər, müəssisələr, idarələr, təşkilarlar və digər obyektlər, onların qüvvə və vasitələri daxildir. Onlar sülh və fövqəladə hallarda respublikanın bütün ərazisində mülki müdafiə tədbirlərinin yerinə yetirilməsini təşkil edirlər.
-fövqəladə halların nəticələrindən əhalinin və təsərrüfat obyektlərinin mühafizə edilməsi;
-sülh və müharibə dövrlərində admların həyatı, sağlamlığı üçün təhlükə yarandığı barədə və belə şəraitdə davranış qaydaları haqqında əhalinin vaxtında xəbərdar edilməsi və belə şəraitdə davranış qaydaları haqqında əhalinin vaxtında xəbərdar edilməsi;
Sadalanmış vəzifələrin hamısı vacibdir və kompleks həll edilməlidir.
Mülki müdafiə ərazi-istehsalat prinsipi üzrə təşkil edilir. Bu, o deməkdir ki, mülki müdafiənin bütün tədbirləri həm icra hakimiyyəti xətti üzrə, həm də istehsalat və digər təsərrüfat fəaliyyətinə rəhbərlik edən nazirlik və idarələr xətti üzrə planlaşdırılır və yerinə yetirilir.
Mülki müdafiənin vəziyyəti üşün həmin şəxslər tam məsuliyyət daşıyırlar və bu, onların vəzifə borcuna daxildir. Onlar rəhbərliyi qərargah, xidmətlər və başqa dövlət orqanları vasitəsilə yerinə yetirilir.
Mülki müdafiə tədbirlərini planlaşdırmaq, həmin plandan irəli gələn vəzifələrin yerinə yetirilməsini təşkil etmək və onların icrasına nəzarət üçün yerlərdə mülki müdafiə qərargahları yaradılır. Mülki müdafiə sistemində təsərrüfat obyektləri(müəssisələr) mühüm yer tutur. Təsərrüfat obyektləri(müəssisələr)mülki müdafiənin təşkilində vacib rola malikdir və əsas mərhələdir.
Bütün mülki müdafiə tədbirlərinin bünövrəsi məhz burada qoyulur. Obyekt dedikdə idarə, müssisə, təhsil müəssisəsi və digər müəssisələr nəzərdə tutulur. Oyektdə (məktəblərdə, universitetlərdə) mülki müdafiənin təşkil edilməsi və vəziyyəti üçün bu obyektin rəhbəri (direktor, rektor) məsuliyyət daşıyır.
Obyektlərdə mülki müdafiə
Obyektdə mülki müdafiə - fəhlə, qulluqçu, gəncləri, tələbələri(şagirdləri) qabaqcadan müasir qırğın vasitələrindən mühafizəyə hazırlamaq, obyektin fövqəladə hallarda sabit işləməsi üçün şərait yaratmaq və vaxtında qəza – xilasetmə və digər təxirəsalınmaz işlər (QX və DTİ) görmək, təbii fəlakət və istehsalat qəzalarının nəticələrini ləğv etmək üçün yaradılır.
Obyektin mülki müdafiə rəhbərliyinin yanında mülki müdafiə qərargahı yaradılır. Qərargah mülki müdafiənin idarəetmə orqanı olub, obyektdə mülki müdafiə məsələləri üzrə bütün əməli fəaliyyətin təşkilatçısısır. Qərargah mülki müdafiə üzrə ştatlı işçilərdən və öz əsas işindən ayrılmayan vəzifəli şəxslərdən təşkil edilir.

Obyektin mülki müdafiəsinin təşkili sxemi.
Mülki müdafiənin xüsusi tədbirlərini yerinə yetirmək, bu məqsədlə qüvvə və vasitələr hazırlamaq, qəza xilasetmə və digər təxirəsalınmaz işlər aparılarkən mülki müdafiə qüvvələrinin fəaliyyətini təmin etmək üçün yerlərdə mülki müdafiə xidmətləri yaradılır.
Obyektlərdə xidmətlərin vacib rolu vardır. Onlar obyektin şöbələri, təşkilat və laboratoriyaları əsasında yaradılır. Xidmətlərin rəisləri obyektin baş mütəxəssisləri, istehsalat rəhbərlərindən təyin edilir.
Mülki müdafiənin əsas xidmətləi bunlardır: -rabitə və xəbərdarlıq; -tibbi;
-yanğından mühafizə;
-ictimai asayişi mühafizə;
-sığınacaq və daldalanacaqlar;
-mühəndis;
-avtomobil nəqliyyatı;
-maddi – texniki təchizat;
-ticarət və energetika;
-kimya və radiasiyadan mühafizə və s.
Mülki Müdafiə xidmətləri, qüvvələri, onların təyinatı və yaradılması.
Mülki müdafiə qüvvələri mülki müdafiənin qoşun hissələrindən, ştatlı qəza- xilasetmə dəstələrindən, hərbiləşməmiş mülki müdafiə dəstələrindən, həmçinin nazirliklərin, baş idarələrin və icra hakimiyyəti başçılarının tabeliyində qalmaqla xüsusi mülki müdafiənin vəzifələrinin yerinə yrtirilməsinə cəlb olunan müxtəlif dəstələrdən, təşkilatlardan və idarələrdən ibarətdir.
Mülki müdafiə qüvvələri FH-in nəticələrini aradan qaldırarkən QX və DTİ yerinə yetirmək, bu işləri təmin etmək, eləcə də mülki müdafiə üzrə başqa vəzifələri icra etmək üçündür. Mülki müdafiə qüvvələrinin əsasını hərbiləşməmiş dəstələr təşkil edir. Bunlar sülh və müharibə vaxtı yerinə yetiriləsi tədbirlərdə iştirak edən mülki müdafiə qüvvələrinin sayca ən böyük hissələridir.
Mülki müdafiə dəstələri tabeliyinə və məqsədinə görə aşağıdakı növlərə bölünür:

Yüklə 176,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin