Müasir ölçmə sistemlərini avtomatik yoxlama metodları Ölçmə sistemlərinin dəqiqliyi onların düzgün istismar metodikası və əvvəlcədən təyin edilmiş müddətdə metroloji yoxlamaların aparılması ilə təmin edilir. Metroloji yoxlamaların məğzi ondan ibarətdir ki, ÖS-in girişinə ölçülən kəmiyyətin nümunəvi qiymətləri verilir və çıxış kəmiyyətinin qiyməti emal nəticəsində təyin edilərək metroloji xarakteristikaları qiymətləndirilir. ÖSin çıxış kəmiyyətinin alınmış qiymətı girişə verilən nümunəvi siqnalların qiyməti və ya nümunəvi cihazın göstərişi ilə müqayisə edilir və beləliklə sistemin ölçmə kanalının xətası təyin edilir. ÖS-in metroloji xarakteristikalarının normalara uyğun olub-olmadığını müəyyənləşdirmək məqsədi ilə aparılan yoxlamalar iki metoda əsaslanır.
1. Nümunəvi siqnallar metodu
2. Nümunəvi cihazlar və ya çeviricilər metodu
Müasir avtomatlaşdırılmış yoxlama sisteminin struktur sxemi M Bu sxemdəki A1 və A2 açarlarının vəziyyətindən asılı olaraq hər iki metodu
reallaşdırmaq mümkündür. Yoxlanılan ÖS-in girişində nümunəvi siqnallar proqramla idarəolunan
gərginlik kalibratoru və yaxud RAÇ vasitəsi ilə yaradılır. Nümunəvi cihaz (rəqəmli voltmetr) və yaxud ARÇ ÖS-in girişinə verilən
siqnalları onunla paralel olaraq ölçmək üçün nəzərdə tutulur. Bu cihaz və
yaxud ARÇ-nin ölçmə nəticələri yoxlanılan ÖS-in ölçmə nəticələri ilə
mikrokontrollerdə (MK) müqayisə edilir. ÖS-in sənədlərində göstərilən MX-ların yoxlanılma nöqtələrinin minimal
sayına və ölçmə diapazonu boyunca onların yerləşməsinə uyğun qiymətli
gərginliklər MK-dan verilən koda (Z1i) uyğun olaraq RAÇ-ın çıxışında yaranır. Nümunəvi siqnallar metodundan istifadə olunduqda MK A1 açarını
qapayır və A2 açarını isə ayırır. Bu zaman RAÇ-ın verdiyi gərginliyi yoxlanılan
ÖS ölçür və onun çıxışında Z1i* kodu alınır.
MK-dan verılən kodla OS-in çıxışınndan alınan kod müqayisə edilərək Δ1i = Z1i - Z1i* fərqi hesablanır. Hesablamalardan alınan xətanın qiyməti ölçmə diapazonu boyunça heç olmazsa bir nöqtədə buraxılabilən (Δ1b.b) qiymətdən böyük olarsa, ÖS istifadəyə yararsız sayılır. Nümunəvi cihazlar və ya çeviricilər metodundan istifadə olunduqda MK A1 açarını ayırır, A2 açarını isə qapayır. Bu halda RAÇ-ın çıxışında yaranan və ÖS-in yoxlanılma nöqtələrinin minimal sayına və ölçmə diapazonu boyunca yerləşməsinə müvafiq qiymətli gərginlikləri həm yoxlanılan ÖS, həm də nümunəvi ARÇ ölçür. Bu zaman nümunəvi ARÇ-nin çıxışında Z2i kodu, yoxlanılan ÖS-in çıxışında isə Z2i* kodu alınır. ARÇ-nin çıxışında alınan kodla ÖS-in çıxışında alınan kod müqayisə edilərək Δ2i = Z2i - Z2i* fərqi hesablanır. Hesablamalardan alınan xətanın qiyməti diapazon boyunça heç olmazsa bir nöqtədə buraxılabilən (Δ2b.b) qiymətdən böyük olarsa, ÖS istifadəyə yararsız sayılır. ÖS-lərin ölçmə kanallarının MX-ları da ümumiyyətlə ölçmə vasitələrinin (ÖV) metroloji xarakteristikaları kimi normalaşdırılır və təyin edilir. ÖS-in sənədlərində MX-ların yoxlanılma nöqtələrinin sayı və ölçmə
diapazonu boyunca onların girişinə verilən kəmiyyətin qiymətləri göstərilməlıdir. Əgər ÖS-in sənədlərində MX-ların yoxlanılma nöqtələrinin sayı və ölçmə diapazonu boyunca onların qiyməti göstərilməyibsə, məlum ifadələrdən istifadə edilə bilər