Qrup: 650. 21 Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Müəllim: Qasımova Sədaqət


Dilin təmizliyini qoruyub saxlamaq üçün aşağıdakılara əməl olunmalıdır



Yüklə 11,99 Kb.
səhifə2/2
tarix05.12.2023
ölçüsü11,99 Kb.
#173617
1   2
2 5204277718706821079

Dilin təmizliyini qoruyub saxlamaq üçün aşağıdakılara əməl olunmalıdır:
1) Nitqdə məhəlli dialektlərə, yerli şivələrə məxsus danışıq tərzinə yol
verilməməlidir: Məlumdur ki, əhalinin böyük hissəsi ədəbi dildən, müəyyən qismi isə dialekt və şivələrdən istifadə edir, ayrı-ayrı dialekt şəraitində yaşayanlar sözləri həmin yerin danışıq tərzinə uyğun işlədirlər. Çox halda bu danışıq savadlı təbəqənin – ziyalıların da nitqində özünü büruzə verir. Məsələn; əyərlərim (əgər), hasannıxnan (asanlıqla), bajı (bacı), genə (yenə), getirib (gətirib), gəlmeg (gəlmək), meytəb (məktəb), heysab (hesab), dərmən (dərman), əmeg (əmək), münasibat (münasibət), təyyin (təyin), nöş (nə üçün), olacoux (olacağıq), qərdeş (qardaş), cıqqan (lap az), mını (bunu), yanı (yəni), və s. Bu cür dialektizmlərin, şivə sözlərinin işlənməsi nitqi korlayır, danışığa xələl gətirir.
2) Əcnəbi sözlər lüzumsuz işlədilməməlidir. Bəzi hallarda natiqlər heç bir ehtiyac olmadan nitqlərini çətin, mənası çoxları üçün aydın olmayan terminlərlə doldururlar ki, nəzərdə tutulan fikir, məzmun bu terminlərin kölgəsində itib-batır, mətləb dinləyici üçün aydın olmur. Lakin bununla belə son zamanlar illərlə işlətdiyimiz, hamı tərəfindən anlaşılan sözlərin ehtiyac olmadan başqa söz və ifadələrlə əvəz edilməsinə tez-tez təsadüf olunur. Məsələn; yaşam (həyat), mesaj (sifariş), yolçu (sərnişin), yapmaq (etmək), uçaq (təyyarə), yazar (yazıçı), oba (vətən), düzənləmək (keçirmək, təşkil etmək), toplantı (yığıncaq), baş yazar (baş redaktor), mutlu (xoşbəxt), yaşam təcrübəsi (həyat təcrübəsi), tanıtım keçirmək (təqdim etmək), yazıqlar ki, (təəssüf ki), təpki (təzyiq), mentalitet (ruh), öyrənci (şagird), qərarı əngəlləmək (qərara qarşı çıxmaq), bu günlərim (bu gün), sabahlarım (sabah), salamatçılıq (salamatlıq), xoşbəxtçilik (xoşbəxtlik), piyadaçı (piyada) və s. Bu və bu qəbildən olan digər sözlərin, ifadələrin uyarlı qarşılığı olduğu halda, dilə gətirilməsi bütün hallarda məqbul sayılmamalıdır.
“Əlbəttə, biz dünya dillərindən, o sıradan qardaş xalqın dilindən söz almağın əleyhinə deyilik. Onsuz da son 10-15 il ərzində Türkiyə türkcəsindən dilimizə keçmiş çoxlu sayda sözlər var ki, bu gün onları böyük məmnuniyyətlə işlədirik. “Öncə”, “öncül”, “öndər”, “özəl”, “özəllik”, “özəlləşdirmək”, “dönəm”, “çağdaş”, “yüzillik” kimi sözlər artıq dilimizdə vətəndaşlıq hüququ qazanmışdır. Lakin dildə mövcud olan sözü zorla başqa bir sözlə əvəz etmək bu dildən istifadə edənin arzusu və təşəbbüsü ilə başa gəlmir. Dil dəniz kimidir. Zaman keçdikcə o, öz-özünü təmizləyir, işləklik dairəsi daralmış sözləri arxaik fonda keçirir, yenilərini qəbul edir. Bu proses əksər hallarda köhnəlmiş və yeni sözlərin bir müddət dildə paralel işlənməsindən sonra baş verir
Televiziya verilişlərində yarı Azərbaycan, yarı rusca danışanlara tez-tez təsadüf olunur. Restoranların, şadlıq evlərinin, mağazaların adları, reklamlar əcnəbi dildə yazılır. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası prezidentinin 2 yanvar 2003-cü il tarixli fərmanında göstərilir ki, zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və s.) dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir Əsrlərdən, nəsillərdən bizə gəlib çıxmış dilimizi, kəlmələrimizi qoruyub saxlamalı, unudulmasına, itməsinə yol verməməliyik.
3) Tüfeyli sözlərlə bağlı qüsurlar aradan qaldırılmalıdır. Bəziləri danışıq zamanı qurmaq istədikləri cümlələri tamamlaya bilmir zəruri sözləri tapmaqda çətinlik çəkirlər. Bu səbəbdən danışan yersiz fasilələr etmək məcburiyyətində qalır, mətnlə əlaqəsi olmayan sözlər, ifadələr işlətməli olur: əsas etibarilə, deməli, məsələn, türkün məsəli, zaddı, ən azı, ona görə ki, beləliklə, adı nədir, adını sən de, hansı ki, haradasa, canım sənə desin, baxanda baxıb
görürük ki və s. Belə sözlər nitqi zibilləyir, onda qırıqlıq, uyğunsuzluq, rabitəsizlik əmələ gətirir, dinləyicilərdə xoşagəlməz bir duyğu və təəssürat yaradır.
4) Jarqon sözlərin və ifadələrin işlədilməsi (məsələn; znaçit, voobşe, tem bolli, mejdu proçim, niçeqo sebe, kakraz, toçno və s. kimi) nitqin təmizliyinə xələl gətirir, onun keyfiyyətini aşağı salır.
5) Mədəni danışıqda başqasını təhqir etmək, heysiyyətinə toxunmaq
məqsədini daşıyan söyüş və qarğışlara, ədəbsiz, təhqiramiz, qeyri-etik sözlərə, ifadələrə (anqırmaq, bağırmaq , xosunlaşmaq, donqullanmaq, qanmaq, tülkü, ayı, eşşək, heyvərə, alçaq, tupoy, qanmaz, gəbərtmək, qırıldamaq, burnunu soxmaq, çərənləmək, hırıllamaq, hürkmək, xoruzlaşmaq və s.) yer verilməməlidir. Belə sözlərlə ifadə olunan alçaldıcı ekspressiyanı ünvanlanan adamlar təhqir kimi qəbul edirlər. İctimai yerlərdə belə sözlərin işlədilməsi heç bir mənada xoş təsir bağışlamır. Təhsilin humanistləşdirilməsindən söhbət getdiyi indiki vaxtda xüsusən müəllimlərin nitqində şagird, tələbə və başqalarına qarşı vulqar xarakterli söz və ifadə işlədilməməlidir. Vulqarizmlər dili zibilləyir, onların nitqdən kənarlaşdırılması uğrunda həmişə ciddi iş aparılmalıdır
4) Nitqin düzgünlüyü : Bura qoyulan əsas tələblərdən biri də səmimiyətdir eləcə də dinləyiciyə doğru-dürüst, təhrif olunmamış məlumat çatdırılmalıdır.
5) Nitqin zənginliyi: Hər bir natiqin geniş söz ehtiyyatı olmalı və bunu hər zaman genişləndirməlidir.
6) Nitqin sadəliyi: Nitq nə qədər sadə olsa bir o qədər də məqbul olar. Nitqin sadəliyinin pozulma hallarından biri sözçülük, ağır və uzun cümlələr işlətmək, cümləpərdazlıq, yaxud ibarəpərdazlıqdır. Sözçülük, eyni fikrin təkrar-təkrar ifadəsi daha geniş yayılmış nöqsandır.
ANA DİLİNİ ÖYRƏN – MƏDƏNİYYƏTİNƏ SAHİB ÇIX!
Nitqin rabitəliliyi: . Natiq fikrini sərbəst, aydın, ardıcıl, yığcam və
təsirli ifadə edə bilmək üçün ədəbi tələffüz qaydalarını gözləmək, cümlələri düzgün qurmaq, sözləri yerli-yerində işlətməklə yanaşı, nəzərdə tutduğu məzmunu özünəmüvafiq forma ilə ifadə etməyi də bacarmalıdır. Başqa sözlə, nitq həm də rabitəli olmalıdır. Bundan başqa natiq dolğun danışmalı, hər bir mövzuya toxunmalıdır.
Hamısını ümumiləşdirərək deyə bilərik ki, mədəni nitqdə dialektlərə, şivə sözlərə, vətəndaşlığı olmayan alınma sözlərə, kobud nalaiq ifadələrə, və bu kimi yuxardıda sadalanan söz qruplarına yer verilmir.
Nitq mədəniyyətinə nə qədər əməl etsək dinləyicimizin yaddaşında o qədər gözəl qalacağıq. Gözəl natiq və yaddaqalan biri olmaq üçün gəlin nitqimizin, dilimizin tələb etdiyi hər şeyə əməl edək.
https://kayzen.az/blog/Az%C9%99rbaycan-dili/15460/nitq-m%C9%99d%C9%99niyy%C9%99ti.html
http://anl.az/el/Kitab/2014/Azf-277620.pdf
İstifadə olunmuş ədəbiyyat və internet resursları:
DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜRLƏR!
Yüklə 11,99 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin