Qrup: 689A3 Kafedra: Mühəndis riyaziyyatı və süni intellekt


CorelDraw proqramının pəncərəsi



Yüklə 1,35 Mb.
səhifə3/12
tarix02.01.2022
ölçüsü1,35 Mb.
#40863
1   2   3   4   5   6   7   8   9   ...   12
Multimedia s.is 1

CorelDraw proqramının pəncərəsi


Yeni fayl yaratma üsulları ilə tanış olaq.

Welcome (Экран приветствия) dialoq pəncərəsinin Quick Start (Быстрый старт) bölməsi aktiv olmalıdır.

New Blank Document (Создать новый документ) simgəsini sıxmaq lazımdır. Bu zaman belə bir görüntü alınacaq (şək. 3.2.1.).

Şək. 3.2.1. Proqramın interfeysi

Bu proqramın görünüşü də digərlərinə oxşardır. Burada da sayğac, simgələr, açılan siyahılar və s. var. Bu idarəetmə elementləri paneldə yerləşib. Həmin paneli də ekranın istənilən yerində yerləşdirmək mümkündür. Proqramın yuxarı hissəsində menyu sətri yerləşir. Menyu sətrindən aşağıda standart əmrlər toplusu olan panel yerləşib. Buradakı simgələr vasitəsilə yeni fayl yaratmaq, kompüterdəki faylı açmaq, çap etmək, mübadilə buferi ilə işləmək, hər hansı obyekti idxal və ya ixrac etmək və s. bu kimi işləri yerinə yetirmək mümkündür.

Proqramın pəncərəsinin sol tərəfində şaquli formada yerləşən alətlər panelində şəkillərlə işləmək üçün müxtəlif alətlər yerləşir. Hər alətin simgəsinin yanında açılan hissə vasitəsilə digər alətləri açmaq olur. Misal üçün Polygon Tool (Многоугольник) simgəsini manipulyatordan əlimizi çəkmədən sol düyməsini davamlı olaraq sıxılı saxlamaqla açmaq mümkündür. Bu zaman açılan hissədə çoxbucaqlı, ulduz, tor, spiral formalı fiqurları çəkə bilən alətlərin olduğunu görmək olar.


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin