Qrup: 689A3 Kafedra: Mühəndis riyaziyyatı və süni intellekt


CorelDraw proqramının interfeysi



Yüklə 1,35 Mb.
səhifə2/12
tarix02.01.2022
ölçüsü1,35 Mb.
#40863
1   2   3   4   5   6   7   8   9   ...   12
Multimedia s.is 1

CorelDraw proqramının interfeysi


Bu fəsildə CorelDraw redaktorunun interfeysini, əsas idarəedici elementlərini, istifadəçi interfeysini öyrənəcəyik.
    1. Welcome (Добро пожаловать) dialoq pəncərəsi


CorelDraw yükləndikdən sonra ekranda proqramın işçi pəncərəsi görünür və bu pəncərə proqramın interfeysi adlanır.

Şəkildə göründüyü kimi interfeys elementləri aktiv deyil,

Şək. 3.1.1. Proqramın dialoq pəncərəsi



çünki burada hələ heç bir əməliyyat seçilməyib. Lazım olan seçimi etdikdən sonra proqramla işə başlamaq mümkündür (şək. 3.1.1.).

Bu cür dialoq pəncərəsi proqramla iş prinsipini daha asanlaşdırır, yəni istifadəçi artıq əvvəldən öz işinin təyin etmiş olur.



Welcome (Приветствие) dialoq pəncərəsi bir neçə əlavədən ibarətdir, bu əlavələrin də qısa yolu pəncərənin sağ tərəfində yerləşib. Susma halına görə Quick Start (Быстрый запуск) əlavəsi aktiv olur. Buradan da New Blank Document (Создать пустой документ) və ya New From Template (Создать из шаблона) ilə yeni boş və ya şablon əsasında fayl yaratmaq mümkündür.

CorelDraw proqramında vizit kartları, təqvimlər, təbriknamələr və s. bu kimi şablonlar da var. Ореп Recent (Открыть последний) ilə son istifadə edilən faylları daha da tez açmaq mümkündür. Quick Start (Быстрый старт) bölməsində seçilmiş son faylların miniatürləri və onlar haqqında məlumatlar əks olunur. Bu zaman həmin faylların hər hansı birinin üzərinə gəldikdə onun şəkli və saxlanıldığı yer görünür (şək. 3.1.2.).

Şək. 3.1.2. Proqramın cəld seçim pəncərəsi

Proqramla işə yeni başlarkən Ореп Recent (Просмотр недавно использованных документов) boş olacaq.

Ореп Other (Открыть другой) əmrindən istifadə etdikdə, redaktə olunması lazım olan fayl seçilir.

What’s New (Что нового) bölməsində CorelDraw proqramının yenilikləri haqqında məlumat almaq mümkündür. Sağ aşağı küncdə isə həmin əlavəni kitab kimi “vərəqləmək” olur. CorelDraw New Features Tour (Новые возможности CorelDraw) bölməsi isə proqramın yenilikləri ilə video formatda tanış olmağa imkan verir (şək. 3.1.3.).

Şək. 3.1.3. Proqramın yeni imkanlar pəncərəsi



Learning Tools (Средства обучения) bölməsində isə proqramla işləmək üçün müxtəlif öyrədici materialları açmaq olur.

Gallery (Галерея) bölməsində vektor şəkillərin saxlandığı

qalereyalara istinadlar yerləşir.



Updates (Обновления) proqramın yeniləmələrini yükləmək üçün olan istinadların yerləşdiyi yerdir. Buradan həmçinin CorelDraw proqramının saytına da daxil olmaq mümkündür.

Əlavə bölmələrin seçimi zamanı onlar dialoq pəncərəsinin sağ tərəfinə yığılırlar. Beləliklə də, dialoq səhifəsini “vərəqləmək” mümkün olur. Welcome (Добро пожаловать) dialoq pəncərəsinin aşağı hissəsində iki bölmə var.



Make this the default Welcome screen page (Сделать эту вкладку страницей по умолчанию) punktu aktiv olarsa, cari halda aktiv olan əlavə bölmə Welcome (Добро пожаловать) dialoq pəncərəsi yüklənən zaman avtomatik olaraq açılacaq.

Always show the Welcome screen at launch (Всегда показывать диалог Добро пожаловать при запуске) aktiv olmadıqda isə proqram yüklənən zaman Welcome (Добро пожаловать) dialoq pəncərəsi görünməyəcək.

Əgər bu dialoq pəncərəsinin aktiv olması gərək olarsa, istənilən zaman proqramın Menu bar panelindən Welcome screen (Добро пожаловать) düyməsini sıxmaqla da açmaq olar.

Bu proqramla işə başlayarkən Welcome (Экран приветствия) dialoq pəncərəsi ilə başlamaq lazımdır. Bu dialoq pəncərəsini proqram yüklənərkən açılması lazım gəlməzsə, onu deaktiv etmək mümkündür. Bu zaman yeni sənədləri yaratmaq və yaddaşdakıları açmaq üçün analoji qaydada File (Файл) menyusundan istifadə edilir.


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin