Qrup: 689A3 Kafedra: Mühəndis riyaziyyatı və süni intellekt


İstifadə olunan klaviş cütlüyü



Yüklə 1,35 Mb.
səhifə12/12
tarix02.01.2022
ölçüsü1,35 Mb.
#40863
1   ...   4   5   6   7   8   9   10   11   12
Multimedia s.is 1

İstifadə olunan klaviş cütlüyü




Klaviş cütlüyü

Əməliyyatın adı

B

Seçilmiş obyektləri lap aşağıda yerləşdirir

E

Seçilmiş obyektlərin mərkəzlərinin üfüqi olaraq yerləşdirilməsi

С

Seçilmiş obyektlərin mərkəzlərinin şaquli olaraq yerləşdirilməsi

L

Seçilmiş obyektlərin sol tərəfə doğru nizamlanması

R

Seçilmiş obyektlərin sağ tərəfə doğru nizamlanması

Alt + F12

Mətni əsas xətt üzrə nizamlayır.

Т

Qeyd olunmuş obyektlərin yerini başlanğıca görə tənzimləyir.

Z

Miqyası dəyişir.

Ctrl + PgDn

Obyektlər qrupunda qeyd olunanı alt hissədə yerləşdirir.

Ctrl + K


Obyekti ayırmağa imkan verir. Əsasən mətnlər üçün istifadə etmək daha əlverişlidir.

Ctrl + B

Obyektin rənginin işıqlılıq və rəng dərəcələrini dəyişir.

Klaviş cütlüyü

Əməliyyatın adı

Р

Qeyd olunmuş bütün obyektləri mərkəzdə cəmləyir.

Ctrl + T

Obyektin formatını haqqında məlumat

Ctrl + Shift + B

Rəng balansı

Ctrl + L

Qeyd olunmuş obyektləri birləşdirir.

Ctrl + F9

Qeyd olunmuş obyektin konturu haqqında dialoq pəncərəsi yükləyir.

Ctrl + F8

Mətnlərlə iş üçün lazım olur.

Ctrl + Shift + Q

Obyektin sxemini çıxarır.

Ctrl + Q

Obyekti əyriyə çevirir.

Ctrl + C

Nüsxə çıxarır və onu mübadilə buferinə daxil edir.

Ctrl + Insert

Nüsxə çıxarır və onu mübadilə buferinə daxil edir.

Ctrl + X

Seçimi kəsir və onu mübadilə buferinə daxil edir.

Shift + Delete

Seçimi kəsir və onu mübadilə buferinə daxil edir.

Delete

Ləğv edir.

Shift + B

Qeyd olunmuş obyektləri lap aşağı hissəyə yayır.



Klaviş cütlüyü

Əməliyyatın adı

Shift + E

Qeyd olunmuş obyektlərin mərkəzlərini üfüqi olaraq təyin edir.

Shift + C

Qeyd olunmuş obyektlərin mərkəzlərini şaquli olaraq təyin edir.

Shift + L

Seçilmiş obyektləri sola doğru yayır

Shift + R

Seçilmiş obyektləri sağa doğru yayır

Shift + P

Qeyd olunmuş obyektlərin arasında üfüqi boşluğu eyniləşdirir.

Shift + T

Seçilmiş obyektləri başlanğıca doğru yayır.

Ctrl + D

Obyektin nüsxəsini müəyyən məsafədə yaradır.

+

Obyektin nüsxəsini olduğu yerdə çıxarır.

Alt + Shift + D

Dinamik istiqamətləndiriciləri aktiv- deaktiv edir.

Ctrl + Shift + T

Mətn yazdıqdan sonra onun redaktəsi üçün lazım olan dialoq pəncərəsi açılır.

F7

Ellips çəkir.

Ctrl + F7

Envelope (Оболочка) dialoq

pəncərəsini açır.



X

Obyekti iki ədəd qapalı hissəyə bölür.



Klaviş cütlüyü

Əməliyyatın adı

Alt + F4

Proqramdan çıxış

Ctrl + E

Mətn və ya obyektləri başqa formata

çevirir.


Ctrl + NumPad2

Şriftin ölçüsünü bir vahid kiçildir.

Ctrl + NumPad8

Şriftin ölçüsünü bir vahid böyüdür.

Ctrl + NumPad6

Şriftin ölçüsünü on vahid böyüdür.

Ctrl + NumPad4

Şriftin ölçüsünü on vahid kiçildir.

Ctrl + PgUp

Obyektlər qrupunda qeyd olunanı digərlərindən üstə çıxarır.

F11

Obyektin qradiyentlə doldurulması

F5

Freehand Тооl (Свободная форма)

açır.


F9

Tam ekran rejiminə keçir.

D

Graph paper (Разлинованная бумага) açır.

Ctrl + F5

Obyektlərin stili adlı dialoq pəncərəsini açır.

Ctrl + G

Seçilmiş obyektləri qruplaşdırır.

Н

Hand (Рука) alətini açır.

Ctrl +,

Şaquli formada yazılmış mətni üfüqi

formaya çevirir.



Və s. Klaviş cütlükləri var


    1. Təsvirə baxış üsulları


CorelDraw proqramında işləyərkən kiçik detalları daha dəqiq və ya iri həcmli şəkilləri tam görmək üçün tez-tez miqyası böyütmək və ya kiçiltmək lazım olur. Bunun üçün isə bir neçə üsul var.

Təsvirin miqyasının dəyişdirilməsinin ən sadə üsulu Standard (Стандартная) panelindəki siyahıdan istifadə etməkdir. Həmin siyahını açarkən orada bir neçə bölmələrin olduğunu görmək olar. Rəqəmlər miqyasın faizlərlə dəyişdirilməsini göstərir. Bundan başqa aşağıdakı üsullardan da istifadə etmək olur (şək. 3.7.1.).



Şək. 3.7.1. Miqyasın dəyidirilmə üsulları



То Page (На страницу) səhifəni tam miqyasda göstərir.

ТоWidth (Страница по ширине) səhifənin miqyasını eninə görə tənzimləyir.

То Height (Страница по высоте) səhifənin miqyasını hündürlüyünə görə tənzimləyir.

То Selected (По выделенному) seçilmiş obyektlərin ekranda rahat görünməsi üçün lazım olan miqyası tənzimləyir.

То Fit (Уместить всю) bütün obyektlərin ekranda tam görünməsi üçün lazım olan miqyası tənzimləyir.

Xüsusi olaraq yeni miqyas təyin etmək lazım olarsa, açılan siyahıya sadəcə olaraq lazım olan qiymət yazılır.

Miqyası dəyişmək üçün həm də Zoom Tool (Масштаб) alətindən də istifadə edilir. Bu aləti klaviaturadan Z hərfinin köməyilə də açmaq olar. Bu zaman xüsusiyyətlər panelində miqyası dəyişdirən alət görünəcək. Bundan sonra

manipulyatorun göstəricisi görkəmini almış olacaq. Buradakı + (-) işarəsi təsviri böyütmə (kiçiltmə) imkanını göstərir. Təsviri kiçiltmək lazım olarsa, həmin əməliyyatı Shift cütlüyü ilə birgə yerinə yetirmək lazımdır. Hər dəfə bu imkandan istifadə edərkən miqyas iki dəfə artır-azalır. Bundan əlavə bu əməliyyatı yerinə yetirmək üçün manipulyatorun orta düyməsindən də istifadə etmək olar.

Zoom То Page Width (Масштабировать по ширине страницы) bölməsi То Width (Страница по ширине) kimi işləyir. Baxış sahəsini hərəkət etdirmək üçün Zoom Tool (Масштаб) alətinin altında yerləşən Hand (Панорама) və ya H hərfindən istifadə edilir. Bu zaman manipulyatorun göstəricisi kimi olur. Daha sonra göstəricini işçi sahənin yerləşdirib, manipulyatorunun düyməsini sıxılı saxlamaqla göstəricinin yerini dəyişmək lazımdır. Bundan sonra təsvir manipulyatorun göstəricisinin ardınca hərəkət edir. Sürüngəcin

üfüqi və şaquli kəsişməsində lupa forması olan düymə

var. Göstəricini onun üzərində saxlayıb manipulyatorun sol düyməsini sıxanda hətta işçi sahədən kənarda yerləşən obyektlərin hamısının əks olunduğu kiçik bir pəncərə açılmış olacaq (şək.3.7.2.).



Şək. 3.7.2. İşçi sahədən kənardakı obyektlərin görünməsi




Çoxsəhifəli sənədlə işləyərkən onları yanaşı yerləşdirmək mümkün olur. Bu hal müxtəlif buklet və kitabçaların hazırlanması üçün çox rahatdır (şək. 3.7.3.).

Şək. 3.7.3. Çoxsəhifəli sənədlə iş rejimi



İki səhifəni yanaşı yerləşdirmək üçün Layout – Page Setup (Макет – Настройка страницы) əmrindən istifadə edilir. Açılan Options – (Свойства) dialoq pəncərəsindən Layout (Макет) kateqoriyasından Facing page (Показыватъ разворот) bölməsini aktivləşdirmək lazımdır. Əgər bu zaman Start оn (Начать с) açılan siyahıdan Left side (Right side) (Левая сторона (Правой сторона)) seçilərsə, ancaq sol və ya sağ tərəfdəki səhifəni görmək olar (şək. 3.7.4).

Şək. 3.7.4. Səhifələrin ekranda göstərilməsi

Susma halına görə səhifələr Page 1 (Страница 1), Page 2 (Страница 2) və s. adlandırılırlar (şək. 3.7.5.).

Şək. 3.7.5. Səhifələrin adları



Proqramın interfeysinin aşağı sol hissəsində səhifələrin adı üzərində manipulyatorun sağ düyməsindən istifadə etdikdə açılan kontekst menyudan yeni səhifə əlavə etmək, ləğv etmək və s. bu kimi əmrləri yerinə yetirmək mümkün olur (şək. 3.7.6.).

Şək. 3.7.6. Yeni səhifənin əlavəsi, ləğvi və s.

Bununla belə hər bir səhifəyə istənilən adı vermək olar. Bunun üçün isə səhifənin adı üzərində manipulyatorun sağ düyməsini sıxan zaman açılan kontekst menyudan Rename Page (Переименовать страницу) əmrini seçmək lazımdır (Şək. 3.7.6.).

    1. Sənədlər pəncərəsinin idarə olunması


Window (Окно) menyusunun əmrləri eyni zamanda bir neçə sənədləri ayrı-ayrı pəncərələrdə açmaqla onları redaktə etməyə imkan verir. Bu menyunun bütün əmrləri pəncərələrin seçimini və onların yerdəyişməsi üçün nəzərdə tutulub.

Bu proqramla işləyərkən yeni şəkil yaradarkən və ya cari şəkillər yükləyərkən onlarla eyni zamanda işləmək lazım gəlir. Bunun üçün Tile Horizontally (Сверху вниз) və ya Tile Vertically (Слева направо) əmrlərindən istifadə edilir. Bundan əlavə Cascade (Каскадом) əmrindən də yararlanmaq olur ki, bu halda başlıq üzərində dayanmaqla lazımi pəncərəni seçmək olar.



Arrange Icons (Упорядочить значки) əmri CorelDraw proqramının işçi sahəsində aşağı salınmış pəncərələrin yerdəyişməsini tənzimləmək üçün nəzərdə tutulub.

New Window (Создать окно) cari şəklin yeni nüsxəsini çıxarmağa imkan verir.
  1. Obyektləri çəkmək üsulları


Artıq CorelDraw proqramının iş prinsipi ilə tanış olduqdan sonra bu bölmədə sadə obyektlərin yaradılması və təsvirlər üzərində müxtəlif redaktə üsulları öyrəniləcək.
    1. Sadə obyektlərin yaradılması


İlk olaraq düzbucaqlı, kvadrat, dairə, ellips, düz xətt, müxtəlif əyrilər və s. bu kimi kiçik həndəsi fiqurların yaradılması ilə tanış olaq.
    1. Xətlərin çəkilməsi


CorelDraw proqramının alətlər panelinin aşağı sağ küncündə manipulyatoru davamlı olaraq sıxdıqda, paneldə olmayan alətlər haqqında kontekst menyu açılır.


Freehand Тооl (Свободная форма) aləti üzərində manipulyatoru sıxılı saxlasaq, bu zaman aşağıdakı kimi şəkil açılır (şək. 4.2.1.).

Şək. 4.2.1. Freehand Тооl (Свободная форма) aləti

Kontekst menyudan lazım olan əmr seçildikdən sonra paneldə yeni seçilmiş alət əks olunacaq. Bu qayda ilə aləti panelə bərpa edərək yerləşdirmək də mümkündür.

CorelDraw proqramında düz xətt və əyriləri çəkmək üçün aşağıdakılardan istifadə edilir:



Freehand (Свободная форма); Bezier (Безье).

Freehand Тооl (Свободная форма) istənilən əyrini çəkməyə imkan verir. Bu zaman əyrilərin birləşməsində olan çıxıntılar hamarlaşır. Bezier (Безье) rejimində əyrinin başlanğıc və son nöqtələrini qoyduqdan sonra əyri avtomatik olaraq birləşmiş olur. İkinci rejim daha hamar əyriləri çəkməyə imkan verməsinə baxmayaraq birinci rejimdə işləmək daha rahat olur. CorelDraw proqramının köməyilə başlanğıc və son nöqtələri təyin etməklə düz xətt çəkmək mümkündür.

Freehand Тооl (Свободная форма) ilə tanış olaq.

Alətlər panelində Freehand (Свободная форма)

alətini seçdikdən sonra göstəricini işçi sahədə yerləşdirdikdə

formanı alır. Manipulyatorun düyməsini sıxılı saxlamaqla hərəkət etdirdikdə göstəricinin hərəkət trayektoriyasını cızan xətt çəkiləcək. Bundan sonra manipulyatordan əlimizi çəkən kimi ekranda əyrinin çəkildiyinin şahidi olmaq olar.

İndi isə düz xətt çəkək.

Bunun üçün göstəricini işçi sahənin boş hissəsində yerləşdirək və manipulyatordan əlimizi çəkək. Daha sonra göstəricini düz xəttin son nöqtəsinin yerini təyin etdikdən göstəricinin ardınca düz xətt çəkilmiş olacaq. Yenidən manipulyatoru aktivləşdirsək, işçi sahədə başlanğıc və son nöqtələri təyin olunmuş düz xətt alınacaq.

Şaquli və ya üfüqi formada tam düz xətt çəkmək lazım

olarsa, Ctrl sıxılı olmalıdır (şək. 4.2.2.).



Şək. 4.2.2. Xətlərdən ibarət fiqur

İndi isə Bezye əyriləri vasitəsilə obyektlərin çəkilməsi ilə tanış olaq.

Bezier (Безье) alətini seçdikdən sonra manipulyatoru işçi sahədə yerləşdirdikdə formanı almış olur. Manipulyatorun düyməsini sıxılı saxlayaraq göstəricini lazımi hissəyə yerləşdirmək lazımdır. Bu zaman manipulyatorun hərəkəti ilə uzunluğu və istiqaməti dəyişən qırıq xətlər çəkiləcək. Bu qırıq xətlər əyrinin istiqamətini göstərən idarəedici adlanır. Bundan sonra manipulyatordan əlimizi çəkirik. Yenidən göstəricini yerləşdirdikdən sonra manipulyatorun düyməsini sıxılı saxlayaraq ikinci qırıq xətti çəkək. Manipulyatorun düyməsini sıxılı saxlayaraq hərəkət etdirdikcə qırıq xəttin istiqamətinin və ölçüsünün dəyişməsindən asılı olaraq əyrinin görünüşü dəyişir. Əyrinin tamamlanması üçün manipulyatorun düyməsini iki dəfə sıxmaq lazımdır.

Düyün nöqtələrində əyrinin idarəedicisini dəyişmədikdə düz xətt çəkilmiş olar (şək. 4.2.3.).

Şək. 4.2.3. Bezier (Безье) alətininin istifadəsinə nümunə



Bezye əyrilərinin xüsusiyyətlərini açıqlayaq.

Başlanğıc və son nöqtələrdən başqa onun görünüşü əyrinin düyün nöqtələri arasındakı forması ilə təyin olunur.

Əyrilik əyrinin hər nöqtədə iki parametri ilə müəyyənləşdirilir. Birinci parametr əyrinin başlandığı nöqtədir. Əyrinin idarəedicisinin əyilmə bucağı əyrinin əyilmə bucağını göstərir. İkinci parametr isə əyrilik dərəcəsidir. Əyrilik dərəcəsi əyrinin idarəedicisinin uzunluğu ilə təyin edilir. Beləliklə də, düyün nöqtələrinin koordinatları, əyrinin idarəedicisinin uzunluğu və bucağı Bezye əyrisinin xarici görünüşünü müəyyənləşdirir. Bezye metodu başlanğıc və son nöqtələrini təyin etməklə hamar əyriləri çəkməyə və əyrinin idarəedicisinin uzunluğunu dəyişməyə imkan verir.

    1. İxtiyari formalı obyektlər


Freehand Tool (Свободная форма) alətinin köməyilə qırıq xətt, qapalı çoxbucaqlı və s. bu kimi ixtiyari formalar çəkmək mümkündür.

Qeyd etmək lazımdır ki, hər hansı bir fiquru çəkərkən manipulyatorla işləmə vərdişlərinə yiyələnmək lazımdır, əks təqdirdə alınan fiqur o qədər də ürəkaçan olmayacaq.

İxtiyari bir obyekt çəkmək üçün Freehand Tool (Свободная форма) aləti seçilir. İşçi sahənin boş hissəsində manipulyatorun göstəricisini yerləşdirərək, manipulyatoru sıxılı formada hərəkət etdirmək lazımdır. Aşağıdakı şəkildəki obyekti çəkmək üçün ardıcıllığı davamlı deyil, bir hissəni çəkdikdən sonra dayanıb, növbəti hissəni çəkmək lazımdır (şək. 4.3.1.).

Şək. 4.3.1. İxtiyari formalı obyekt

Axırıncı düyün nöqtəsini birincidə yerləşdirdikdə, CorelDraw proqramı onları bir yerə toplayaraq bir ədəd qapalı fiqur yaradır.

Hər ardıcıl sahəni çəkib yekunlaşdırdıqdan sonra manipulyatorun düyməsini bir dəfə, axırıncı sahədən sonra isə manipulyatorun düyməsini iki dəfə sıxmaq lazımdır. Hər düyün nöqtəsində seqmentlərin əyriliyini düzəltmək üçün əyri idarəedicisini tənzimləmək lazımdır. Bu üsulla Bezye əyriləri vasitəsilə sadə olmayan obyektlər düzəltmək mümkündür.


    1. Pero alətinin istifadəsi


CorelDraw proqramında qalın xətləri çəkmək üçün

Artistic Media (Художественное оформление) alətindən istifadə edilir. Freehand Тооl (Свободная форма) alətinin


altında gizlənən alət istənilən qalınlıqda müxtəlif əyrilər çəkilməsinə imkan verir. Bu zaman çəkilən əyri və xətlər plakatların tərtibatı üçün istifadə edilən pero ilə işlənməni xatırladır (şək. 4.4.1.).

Şək. 4.4.1. Peronun növləri



Bu aləti seçərkən xüsusiyyətlər panelində Media (Художественное оформление) xüsusiyyətlərini tənzimləmək üçün idarəedici olduğunu görmək mümkündür.

Artistic alətinin elementlərin

Xüsusiyyətlər panelinin sol tərəfində xətlərin seçimi üçün müxtəlif simgələr yerləşir. Bu zaman Brush (Кисть), Sprayer (Распылитель), Calligraphic (Каллиграфия), Pressure (Нажим) alətlərindən hər hansı birini seçmək olar. Alətlərin adından da çəkiləcək xətlərin görünüşünün necə olacağı aydın olur. Brush (Кисть) seçsək, fırçanın kağız üzərində saldığı izi xatırladan xətt çəkmiş olarıq. Sprayer

(Распылитель) aləti seçilmiş əraziyə rəngi bütünlüklə tökmür, sadəcə olaraq həmin ərazini “naxış” formasında bəzəyir.

Beləliklə, görmək olur ki, xüsusiyyətlər panelində seçilmiş alətdən asılı olaraq idarəedici elementlər dəyişir. Məsələn, Brush (Кисть) seçilərsə, bu zaman əyrinin hamarlıq dərəcəsi, fırçanın izinin eni, həmçinin teksturanı da təyin etmək olar. Calligraphic (Каллиграфия) üçün peronun enini və əyilmə bucağını, həm də əyrinin hamarlıq dərəcəsini müəyyənləşdirmək olar.

Bütün bu əməliyyatları praktiki olaraq sınaqdan keçirdikdə, nəticəni daha yaxşı görmək mümkündür.

Artistic Media (Художественное оформление) alətlər qrupunun köməyilə xətləri istənilən rəng və ya qradiyentlə rəngləmək olar. Bu əməliyyat zamanı rəng seçilməzsə, ancaq xəttin konturları görünür. Lazım olan rəng isə rəng palitrasından seçilir. İç rəngi üçün rəng nümunəsi üzərində manipulyatorun sol, çərçivə (haşiyə) üçün isə sağ düyməsindən istifadə edilir.

Bir çox alətlər üçün xüsusiyyətlər panelinin orta hissəsindən açılan siyahıdan şablon seçmək mümkündür. Bu siyahıda fırçanın izi, teksturası və müxtəlif bəzəklər var.









Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin