İndi isə artıq Global (Общие) qrupu ilə tanış olaq. Bu bölmə aktiv olduqda proqramın interfeysinin dilini dəyişməyin mümkünlüyünü göstərən siyahı açılır. Bu zaman nəzərə almaq lazımdır ki, kompüterə yazılan proqram ancaq bir dildədirsə, onda həmin proqramın interfeys dilini dəyişmək mümkün olmayacaq (şək. 10.19.1.).
Şək. 10.19.1. Proqramın interfeys dilinin dəyişdirilməsi
Print (Печать) qrupunda sənədin çapı zamanı olan tənzimləmələrini vermək olar. Həmin tənzimləmələr cədvəl formasında göstərilib (şək. 10.20.1.).
Şək. 10.20.1. Çap əməliyyatının parametrləri
Filters (Фильтры)
Filters (Фильтры) qrupunda faylların ekspert (idxal) və import (ixrac) edilməsi üçün nəzərdə tutulan filtrləri tənzimləmək olur. Açılan hissədən Remove (Удалить) ilə lazım olmayanları silmək, Add (Добавить) ilə yenilərini əlavə etmək mümkün olur (şək. 10.21.1.).
Şək. 10.21.1. Filters (Фильтры) qrupu
Associate (Сопоставление) bölməsi Corel Draw proqramının digər qrafiki fayllarla əlaqəsini yaradır. Bu zaman hansı redaktor seçilibsə, həmin fayl o tipdə açılmış olacaq.
Ancaq bəzən susma halına görə olan tənzimləmələri dəyişmək heç də gərək olmur.
Dostları ilə paylaş: |