Qrup: 698 Magistrant: Salman Məmmədli Fənn


Dəzgahların Avropaya Axını



Yüklə 1,18 Mb.
səhifə4/5
tarix24.04.2023
ölçüsü1,18 Mb.
#101858
1   2   3   4   5
layihə işi tarix Salman Məmmədli

Dəzgahların Avropaya Axını

1860−70 ci illərdə ABŞ maşnqayırmasında böyük irəliləyişlər nəzərə çarpır. 1851-ci ildə Londonda keçirilən sərgidə ABŞ firmaları yalnız kənd təsərrüfatı maşınları nümayiş etdirdiyindən, onlara o qədər də, diqqət verilməmişdir. 1862-ci ildə Londonda keçirilən dünya sərgisi artıq ingilis dəzgahqayırmasının tənəzzülündən xəbər verdiyi halda, ABŞ bu sərgidə Sellersin düzəltdiyi orijinal dəzgahlarla təmsil olunmuşdur. Müharibə ilə bağlı olaraq, ABŞ bu sərgidə nisbətən az sayda maşın nümayiş etdirə bilmişdir. Amma 1867-ci ildə Parisdə keçirilən dünya sərgisi Amerika maşınqayırmasında dönüş olduğunu göstərir. Burada Sellersin üstyonuş, Brown&Sharpe firmasının universal frez və revolver-torna dəzgahını görmək olardı. Bu sərgidən sonra, ABŞ maşınaqayırması birdən-birə maraq mərkəzində durur. Bununla İngiltərənin uzun müddət aparıcı rola malik olması arxa plana keçir. Bu andan etibarən sənayesi inkişaf etməkdə olan Avropa ölkələrinə ABŞ dəzgahlarının axını başlanır. Brown&Sharpe və Pratt&Vhitney ABŞ firmaları, hətta ABŞ dəzgahqayırmasının banilərindən sayılan Sellers firmasını ötərək böyük miqdarda dəzgah və başqa maşınlar satırlar.



Şəkil 2.42. Universal pardaq dəzgahı, Brown&Sharpe firması.

60-cı illərin əvvəlində firma ölçü kalibrlərinin hazırlanması ilə məşğul olur. 1872-ci ildə firmada 300 nəfər, 1900-cu ildə isə artıq 1500 nəfər çalışırdı. Firmanın hazırladığı dəzgah və ölçü alətlərinin dəqiqliyi ona dünya şöhrəti gətirmişdir. 1861-ci ildə firmada universal frez, 1874-cü ildə universal dairəvi pardaq, 1878-ci ildə vertikal və horizontal pardaq dəzgahları və 1880-ci ildə torna-revolver avtomatı hazırlanır (şəkil 2.42). Dəzgahlardan əlavə bu firmada tikiş maşınları da istehsal olunurdu. Tikiş maşınlarının istehsalı, Brown&Sharpe firmasında frez və pardaq dəzgahlarının hazırlanmasına böyük təsir göstərmişdir. Amerikada torna dəzgahlarının avtomatlaşdırılması istiqamətində Brown&Sharpe firmasının rolu böyük olmuşdur. Amerikada ilk kosntruksiyalar XIX əsrin ortalarına təsadüf edir. 1845-ci ildə Stiven Fik (ingl. Stephen Fitch) Middlefield şəhərində ilk dəfə olaraq revolver başlığı ilə işləyən torna dəzgahını layihələndirir (şəkil 2.43). Tapançanın hazırlanması üçün çoxlu sayda vint lazım idi. 30000 tapançanın istehsalı üçün dövlətdən sifariş alan Fik onun hissələrini kütləvi şəkildə istehsal etmək üçün yeni dəzgah işləyir. Eyni əməliyyatın sabit məhsuldarlıqla bir neçə min dəfə təkrar olunması və bunun üçün ixtisası aşağı olan işçilərin tətbiqi yalnız avtomatlaşdırılmış prosesdə mümkün idi. Bu prosesi yerinə yetirmək üçün işlənmiş revolver başlıqda, tapançaların istehsalında müxtəlif səthləri pəstahın bir yerləşməsində emal etmək üçün 8 müxtəlif alət bərkidilirdi. Revolver torna dəzgahı alətin dəyişilməsi üçün lazım olan vaxtı minimuma endirərək, həm də məhsuldarlığın artırılmasına imkan yaratmışdır [2.2, 2.5, 2.25]. 1873-cü ildə başqa bir amerikalı mühəndis Kristofer Spenser (ingl. Christopher Spencer) avtomatik işləyən dəzgahı ixtira edir. Spenserin bu dəzgahı, sonralar Hartford Machine Screv Co. firmasında istehsal edilir. Spenser revolver başlığının avtomatik işləməsi üçün sərt yumrucuqlardan istifadə etmişdir.


Yumrucuqlar mərkəzlərin alt hissəsində, uzununa yerləşmiş valın köməyi ilə gedişdən asılı olaraq döndərilirdi. Alətin gedişinin sonunda başlıq sürətlə əvvəlki vəziyyətinə gətirilir və başlıq bir alət qədər dönür. Sonralar Spenser dəzgahları Pratt&Vhitney firmasında istehsal olunur. Avtomatik idarə olunan revolver torna dəzgahlarının yaranması ilə dəzgahqayırma yeni bir səviyyəyə çataraq, mexaniki emalda avtomatlaşdırmanın inkişaf etdirilərək başqa üsullara da tətbiq olunması üçün şərait yaratmışdır.
Pratt&Vhitney firması 1860-cı ildə tekstil maşınlarının hissələrini hazırlamaq üçün Eymos Vitni və Fransiz Pratt (ingl. Amos Whitney və Francis Pratt) tərəfindən yaradılmışdır. Hər iki təsisçi Kolt və Linkolnun firmalarında çalışmışdılar (şəkil 2.44). Bu firma 1869-cu ildə 350000 dollar kapitalla dəzgah və alət istehsalı üçün yenidən təşkil olunur. Firma ölçü alətlərini hazırlayaraq, dəzgahların dəqiqliyini artırmaqda böyük rol oynamışdır. Bundan əlavə, Pratt&Whitney firması silah istehsalı üçün xüsusi dəzgahlar da hazırlayır (şəkil 2.45). 1900-cu ildə bu firmada 1200 işçi çalışırdı. ABŞ dəzgahqayırmasının şöhrəti Morze tərəfindən spiral burğuların ixtirası ilə daha da güclənmişdir. Morze 1864-cü ildə Nyubedford şəhərində Tvist Drill and Machine Co. firmasını yaradır.
1873-cü ildə Vyanada keçirilən dünya sərgisində ABŞ pavilyonu çoxlu sayda dəzgah və alətlərlə dolu idi [2.25]. Sərgidə təmsil olunan firmaların sayının çox olmasına baxmayaraq, burada yeni elə bir şey nümayiş etdirilməmişdir.



Şəkil 2.45. Vertikal burğulama dəzgahları, Pratt&Whitney Co., 1865-67.

ABŞ dəzgahlarının Almaniya və Avstriyaya gətirilməsində Vyana sərgisinin rolu böyük olmuşdur. Buna səbəb, sərgidə göstərilən dəzgahların Paris sərgisindəkinə nisbətən yüksək dəqiqliyə malik olması idi. Bu sərgidən sonra, bir neçə milyon dollarlıq dəzgah alınaraq, Avropaya idxal edilir. 1876-cı ildə Filadelfiyada keçirilən sərgidə avropalıların gözlədiyi yenilik baş vermişdir (şəkil 2.46). Mütəxəssislərin fikrincə, ABŞ-ın nümayiş etdirdiyi texnikanın əsasında artıq inkişaf etmiş sənaye dururdu. Filadelfiyada başqa maşınlarla bərabər ağac emal edən dəzgahlar da eksponatlar arasında idi. Metalkəsən dəzgahlar Avropada istehsal olunan dəzgahlara nisbətən ucuz idi. Bunun səbəbini mütəxəssislər dəzgahlarda içi boş gövdələrin tətbiqi nəticəsində az metal tutumu ilə əlaqələndirirdilər. Metalkəsən dəzgahlarda konstruktiv dəyişiklər əsasında, torna və pardaq dəzgahlarının universallaşdırılmasına nail olunmuşdur. Filadelfiyada keçirilən sərgidə Avropa maşınqayıranları artıq başa düşdülər ki, onlara qarşı böyük rəqabət yaranmışdır.


Onu da qeyd etmək lazımdır ki, ABŞ-da keyfiyyətli dəzgah istehsal edən firmaların sayı o qədər də çox deyildi. Bir çox firmalar yalnız istehsal olunmuş dəzgahların üzünün köçürülməsi ilə məşğul idilər. O dövrdə ABŞ-da maşınqayırmada plagiat başqa dövlətlərə nisbətən yüksək idi [2.25]. Ona görə də, qabaqcıl firmalar daim öz məhsullarını təkmilləşdirmək məcburiyyətində idilər. ABŞ-dan Avropaya əsasən keyfiyyətli dəzgah ixrac edildiyindən, burada Amerika maşınları haqqında müsbət fikir hökm sürürdü. Orta səviyyəli ABŞ dəzgahları haqqında məlumatı, 1867-ci ildə “Scientic America” jurnalında Vatsonun məqaləsindən görmək olur.

Şəkil 2.46. Filadelfiyada dünya sərgisi.

1870-ci ildə ABŞ xammalının istismarı və immiqrantların sayı yüksək həddə çatır. Bir çox maşınqayırma müəssisələri kimi dəzgahqayırma fabrikləri də tədricən qərb tərəfə köçməyə başlayırlar və bu günkü Çinçinati mərkəzi yaranır. 70−80-ci illərdə burada aşağı iş stilinə malik olan, ancaq yüksək keyfiyyətli məhsullar meydana gəlmişdir. 1874-cü ildə Çinçinati firması burada mövcud olan Holz&Mueller firmasının bazasında təmir emalatxanası kimi yaradılmışdır. 80-ci illərdə vint, yiv burğularının hazırlanması ilə məşğul olan bu firmada öncə frez, daha sonra isə (1888) universal alətitiləyən dəzgahlar istehsal olunmağa başlayır. Əsrin sonuna qədər Çinçinati firması 4000 frez dəzgahı, 2000 pardaq dəzgahı hazırlayır. 1874-cü ildə yaradılmış The Bickford Drill and Tool Co. firması burğulama dəzgahları üzrə ixtisaslaşır. İlk müasir konstruksiyaya malik olan radial və şaquli burğu dəzgahları hazırlanır.


70-ci illərdə ABŞ-da dəzgahlar üçün sistematik təbliğat aparılırdı. ABŞ zavodlarında xaricdən gələn qonaqlar üçün sexlər açıq idi. Sellers, Brown&Sharpe bu ərəfədə öz firmalarının ədəbiyyatlarını buraxmağa başlayırlar. Avropada isə hələ belə bir şey yox idi. Texniki jurnallardan: 1845-ci ildən başlayaraq “Scientific American” və 1877-ci ildən “American Machinist” əvvəlcə ümumi texniki, sonralar isə müəssisələrdən həftəlik məlumatlar verirlər.



  1. Yüklə 1,18 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin