Qrup: 698 Magistrant: Salman Məmmədli Fənn



Yüklə 1,18 Mb.
səhifə3/5
tarix24.04.2023
ölçüsü1,18 Mb.
#101858
1   2   3   4   5
layihə işi tarix Salman Məmmədli

Sənayenin inkişafı

ABŞ-da sənayeləşmə prosesində maşınqayırmanın inkişafı və rolu ölkədə mövcud olan özünəməxsus ictimai və siyasi şəraitlə bağlı idi.


1785-ci ildə İngiltərə polad və dəmir sənayesində çalışan ixtisaslı şəxslərin xaricə getməsinə maşın, alət və modellərin xaricə icazəsiz aparılmasına qadağa qoyur. Bu şəraitdə Amerikada maşınlara olan tələbat tədricən yerli maşınqayırma sənayesinin yaradılması üçün zəmin yaratmışdır.
1789-cu ildə Pavtuketdə ilk tekstil maşınqayırma zavodu təşkil olunur. 1792-ci ildə İlay Vitni (ingl. Eli Withney, tərəfindən ixtira edilmiş pambıq tumu çıxaran maşın pambıq istehsalını gücləndirmişdir. İlay Vitni, ümimiyyətlə Amerika maşınqayırmasının banisi hesab edilir. Vitninin ən böyük ixtiralarından biri də frez (frez- fransızca fraise, orta əsrdə fransada gəzdirilən paltar boğazlığı mənasındadır) dəzgahı sayılır (şəkil 2.34). 1812-ci ildə ixtira edilən bu dəzgahda ilk dəfə olaraq silahların istehsalında müstəvi səthləri fırlanan alətlərin köməyi ilə yüksək keyfiyyətdə hazırlamaq mümkün olmuşdur [2.24]. Bu dəzgah dəmir ayaqlar üzərində yerləşdirilmiş ağac gövdə üzərində quraşdırılmışdır. Frez şpindeli iplə hərəkətə gətirilirdi. Dəzgahın stolu həm əl ilə, həm də mexaniki hərəkət etdirilə bilirdi.

Şəkil 2.33. Tum çıxaran maşın.


2.1 Maşınqayırma Sənayesi

ABŞ-da ilk buxar maşını hazırlayan fabriklər 1800 və 1801-ci illərdə Filadelfiya, Pittsburq və Nyu Yorkda yaradılır. Oliver Evans tərəfindən layihələndirilmiş yüksək təzyiqdə işləyən buxar maşınları təxminən 10 atmosfer gücündə idilər. Bu, o dövrdə Avropada tətbiq olunan maşınlardan (1 atm.) güclü idi. ABŞ-da buxar maşınlarının yayılması Avropaya nisbətən daha sürətlə baş verirdi. XIX əsrin əvvəlində Fulton Fransada düzəltdiyi buxar gəmisi ilə heç bir nailiyyət əldə edə bilmədikdən sonra ABŞ-a üz tutur. 1807-ci ildə o Nyu-Yorkda ilk buxar gəmisi “Klermont”-u hazırlayaraq uğurla sınaqdan keçirir (şəkil 2.35). Gəmi Nyu-Yorkda və Albanz arasında 8,3 km/saat sürəti ilə axının əksi istiqamətində üzərək buxar maşınlarının gəmiçilikdə tətbiqinin həm texniki, həm də iqtisadi cəhətdən səmərəliliyini göstərmişdir. Bundan sonra, buxarla işləyən gəmilərin hərbdə istifadə olunması başlanır. Sənaye inqilabı ərəfəsində ABŞ-da metalkəsən dəzgahların inkişafının ilk mərhələsində dəzgah konstruksiyaları heç də ingilis nümunələrindən ciddi fərqlənmirdilər. Onlarda cüzi dəyişikliklər edilərək istehsal olunurdu. 1830-cu ildə Gaz Silver Co. firması ilk ABŞ üstyonuş dəzgahını düzəldir. Bu dəzgahın gövdəsi qranitdən, yönəldiciləri dəmirdən və ötürməsi zəncirdən ibarət idi



Şəkil 2.35. Klermont gəmisinin işçi hissəsi.

Bu texniki yeniliklərə baxmayaraq, XIX əsrin əvvəlində ABŞ-da maşınqayırmanın güclü inkişafından danışmaq olmazdı. Ölkədə baş verən iqtisadi canlanmaya baxmayaraq, ABŞ hələ də aqrar dövlət olaraq qalırdı. Ucsuz-bucaqsız əkin sahələri getdikcə qərb tərəfə genişlənərək immiqrantlara əlverişli yaşamaq imkanı verirdi. 1831-ci ilə qədər immiqrantların sayı aşağı səviyyədə idi. 1847-ci ildən sonra isə immiqranların ABŞ-a kütləvi şəkildə axını başlayır və 10 ildə 10 milyonu keçir.


ABŞ-da baş verən texniki inkişaf nəticəsində, dəzgahqayırma tamamilə öz ilkin nümunəsi sayılan İngilis dəzgahqayırmasından meyillənməyə başlayır. Bu dövrdə İngiltərə daha çox dağ-mədən, gəmi və lokomotiv hazırlanması üzrə ixtisaslaşmış ağır maşınqayırmanı inkişaf etdirdiyi halda, ABŞ-da gündəlik tələbatdan irəli gələn yüngül maşın, alət və məişət maşınları ön planda dururdu.
XIX əsrin ortalarında ABŞ üçün tipik olan frez maşınlarının istehsalına başlanır. Frezləmə əməliyyatının texnoloji üstünlükləri ilə bərabər, ABŞ-da istehsal olunan çuqunların nisbətən “yumşaq” olması, bu üsulun maşınqayırmada geniş tətbiq olunmasını daha da gücləndirmişdir. 1850-ci ildə ABŞ-da istehsal olunan frez dəzgahları, hətta İngiltərəyə gətirilməyə başlayır. Amerika dəzgahlarının Avropada tanınması sahəsində 1843-cü ildə yaradılmış Robbins&Lavrence firmasının xidmətləri böyük idi [2.27]. Onlar frez dəzgahları ilə bərabər silah istehsalı üçün xüsusi dəzgahların istehsalı ilə də məşğul idilər. 1855-ci ildə bu firma İngiltərənin Einfeld şəhərində yaradılan silah istehsal edən firmanın təşkilində yaxından iştirak edir və böyük miqdarda sifariş alır. Robbins&Lavrence firmasında revolver torna dəzgahı hazırlayan mühəndis Stoun (ingl. Stone) və frez dəzgahı üzrə mühəndis Houv (ingl. Hove) çalışırdılar. Bu frimanın bazasında sonralar bir neçə silah və tikiş maşınları istehsal edən müəssisələr yaranır. 1897-ci ildə yaradılan Winsdor Machine&Co. revolver torna dəzgahlarının istehsalı ilə məşğul olur. Frez dəzgahlarının hazırlanmasında böyük rol oynayan Levi Lincoln Hartford fabriki 1834- cü ildə yaradılmışdır. Bu firma sonralar Geo Lincoln&Co. adı altında fəaliyyət göstərir və onun məhsulları Lincoln frez dəzgahları kimi şöhrət qazanır. Bu fabrikdə Pratt, Vitni (ingl. Pratt, Witney) kimi tanınmış mühəndislər çalışırdılar. 1854-55-ci illərdə Samyol Kolt (ingl. Samuel Colt) tərəfindən yaradılmış silah fabriki, amerika istehsal üsulunun təkmilləşdirilib yayılması ilə bərabər, bir çox görkəmli mühəndislərin yetişməsi üçün məktəb rolunu oynamışdır (şəkil 2.36). Bu şəxslər arasında Pratt, Vitni, Eymos, Billings, Slate, Rut və Spenser vardır. Bu firmanın İgiltərədə açılan filialı sonralar ABŞ dəzgahlarının Avropada tanınması üçün önəmli rol oynamışdır.
1861-1865-ci illərdə baş vermiş vətəndaş müharibəsi nəticəsində ölkədə silah sənayesinə olan tələbat artaraq dəzgahqayırmanın genişləndirilməsinə maliyyə cəhətdən müsbət təsir göstərmişdir.




  1. Yüklə 1,18 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin