Transportasiyanın rolu
Ölkədə zəif dəmir yolu şəbəkəsinin mövcud olması nəticəsində cənubda sənaye heç bir rəqabətə məruz qalmadan yerli xammalın hesabına fəaliyyət göstərirdi. 1860-cı ildə sənayedən gəlir 26-28% təşkil edirdi. Dəmir yolunun salınmasına qədər olan dövrdə ABŞ-da da torpaq yollar, çaylar və kanallar nəqliyyat üçün əsas sayılırdı. Ancaq coğrafi çətinliklər sayəsində hər bir ərazidə su kanalı çəkmək mümkün deyildi. Məsələn, Baltimor ilə Qərb arasında yerləşən Appalaçi yüksəkliyi su yolunun çəkilməsinin qarşısını almışdır. 1827-ci ildə ilk ABŞ dəmir yolu cəmiyyəti yaradılaraq, Baltimor və Ohayo arasında xəttin çəkilməsini qarşısına məqsəd qoyur.
Dəmir yolu tikintisində Avropada olduğu kimi, burada da ingilis buxar qatarı tətbiq olunurdu. İlk vaxtlarda ABŞ-a Avropadan 114 ingilis lokomotivi gətirilir. ABŞ-ın dəmir yolu tarixində ilk lokomotiv İngiltərədə hazırlanmış “Stourbridge Lion” 1829-cu ildə tətbiq olunmuş- 284 Sənaye inqilabı dur. İngilis hegemonluğu ABŞ-da uzun çəkmir. 1830-cu ildə Nyu Yorkda "The Best Friend of Charleston" (azərb. “Çarlestonun yaxın dostları”) firması yaradılaraq, orada ilk yerli lokomotiv hazırlamağa cəhd göstərilir. Ancaq 1831-ci ildə aparılan sınaq zamanı buxar qazanının partlaması nəticəsində işlər yarımçıq qalır. Yerli lokomotivlərin praktiki tətbiqi yalnız 1831-ci ildə Matias Vilyam Boldvin (ingl. Matthias William Baldwin) tərəfindən Filadelfiyada yaradılan “Baldwin Locomotive Works” zavodunda düzəldilmiş etibarlı lokomotivlərin sayəsində mümkün olur. Bu zavod 1945-ci ilə qədər dünyada ən böyük buxar lokomotivi hazırlayan müəssisə hesab olunurdu. Baldvinin nümayiş etdirdiyi qatarda iki vaqon var idi (şəkil 2.31). Bu vaqonların hərəsində 4 nəfər əyləşə bilirdi. Bundan əlavə buxar qazanını qızdırmaq üçün koks əvəzinə Amerikada çıxarılmış yerli kömürlərdən istifadə edilmişdir.
Sonrakı illərdə Amerika Birləşmiş Ştatlarında dəmir yolu güclü inkişaf edir. 1850-ci ildə artıq kiçik və böyük dəmir yolu cəmiyyətlərini özündə birləşdirən, uzunluğu 480000 km olan, böyük qatar xətti
Şəbəkəsi mövcud idi.
şəkil 2.31 Boldvinin hazırladığı lokomotiv
Müharibədən sonra dəmir yolu tikintisi yenidən canlanır. Dövlət bu sahədə çalışanlara maliyyə yardımını gücləndirir. Bu maliyyənin miqdarı çəkilən yolun uzunluğundan asılı olduğundan firmalar daha sürətlə, daha uzun yol çəkməyə cəhd göstərirlər. 1869-cu ildə firmalardan biri qərbdən şərqə, digəri isə Şərqdən Qərbə eyni zamanda qatar yolunun tikilməsinə başlayır. Onlar Böyük Salzsee ətrafında görüşərək xəttləri birləşdirmək haqqında razılığa gəlirlər. 1869-cu ildə dəmir yollarının birləşdirilməsi təntənəli şəkildə qeyd edilir. Bu xətlə qərbdən şərqə qatarla səfər 7,5 gün çəkirdi.
Dəmir yolu tikintisi ilə bərabər ABŞ mühəndisləri bu sahədə tətbiq olunan texnikanın təkmilləşdirilməsi üzərində də işləyirdilər. Belə 286 Sənaye inqilabı ki, 1868-ci ildə Qeorq Vestinqhaus (ingl. George Westinghouse) pnevmatik əyləci ixtira edir və 1872-ci ildə bunun üçün patent alır. Bundan sonra bu əyləc sistemi qatarlarda geniş istifadə edilir. 1873-cü ildə Ilay Genni (ingl. Eli Janney) onun adı ilə adlandırlan qatar ötürməsini ixtira edir. Genni ötürməsi ABŞ-dan başqa dünyanın bir çox ölkələrində tətbiq olunur. Pnevmatik əyləc və avtomatik ötürmənin qatar istehsalında tətbiqi nəticəsində onların etibarlığını və effektiv tətbiqini artırmaq mümkün olmuşdur.
Dostları ilə paylaş: |