Qrup: Bi1701 Fənn: Beynəlxalq biznes


Qiymətəmələgəlmədə dünya bazarının xüsusiyyətləri



Yüklə 132,58 Kb.
səhifə4/4
tarix02.01.2022
ölçüsü132,58 Kb.
#44865
1   2   3   4
1 Beynəlxalq biznesdə qiymət əmələgəlməsi

4. Qiymətəmələgəlmədə dünya bazarının xüsusiyyətləri

Hal-hazırdakı dövrdə demək olar ki, bütün dövlətlər, o cümlədən Rusiya, beynəlxalq ticarətdə iştirak edirlər. Xarakterik bir haldır ki, beynəlxalq ticarətlə ölkə vahid olaraq bötüvlükdə deyil, həm də ayrı-ayrı müəssisələr də iştirak edir. Belə hesab edilir ki, fəaliyyət göstərən struktura yaxınlaşan dünya bazar qiymətləri XX əsrin əvvəlləri üçün formalaşmışdır. Müasir anlayışda dünya bazar qiymətləri elə bir vəziyyətdədir ki, əmtəə emalının axtarışı daxili milli bazar çərçivəsindən kənara çıxır. Bu adətən özünü təkcə daxili təlabatda deyil, həm də xarici tələb və təklifin təsirinə uyğun olaraq ölkələr arasında məhsul yerdəyişməsində əks olunur. Əmtəə məhsulları kimi belə yerdəyişməsi istehsal resurslarından istifadənin optimallaşdırılmasına gətirib çıxarır. Beləliklə də tam şəkildə təyin etmək olar ki, istehsal resursları hansı sahə və regionlarda daha yüksək səmərəliliklə istifadə oluna bilər. Bundan başqa dünya bazarı bu və ya digər məhsullar və alıcı istehsalçıları əgər qiymətlər, keyfiyyət və faydalılıq arasındakı münasibətlər beynəlxalq normalara uyğunlaşmırsa, onda bu məhsul beynəlxalq mübadilədə kənarda qalırlar. Beləliklə də, dünya bazarı beynəlxalq pul-əmtəə münasibətlərinin sahələrini təmsil edir, yəni bütün dünya ölkələrinin xarici ticarət əməliyyatlarını özündə əks etdirir. Beynəlxalq ticarət idxal və ixrac əmtəə axınını özündə cəmləyir. İdxal – ixrac əməliyyatı yalnız o zaman başa çatdırılmış hesab edilir ki, hər hansısa çatdırılacağı ölkənin gömrük məntəqəsindən yoxlanılıb keçmiş olsun. Bu keçid məhsulun mülkiyyətçisi tərəfindən nəzarət oluna və olunmaya da bilər. Dünya bazarında ixrac olunan məhsullar üçün tələb və təklifin balanslandırılması təmin edilir. Hər hansı bir ölkədə ixracın həcmi həmin ölkədə bu məhsulun artıq təklifi ilə təyin edilir.

Hər-hansı bir ölkəyə ixracın həcmi isə həmin ölkədə bu məhsula olan artıq təlabatla təyin edilir. Ölkə daxilində artıq təklifin və ya tələbin olması daxili bazarlarda təyin edilmiş tarazlıq qiymətlərinin və həmin məhsullara digər ölkələrdə təyin edilmiş qiymətlərin müqaviləsi, nəticəsində təyin edlir. Beynəlxalq biznesin həyata keçirildiyi qiymətlər həmin məhsul üçün təyin edilmiş minimum və maksimum daxili qiymətlər arasında olur. Beləliklə, müəssisə dünya bazarına daxil olması əmək daxili bazarda onun üçün imkanların zəifləməsi nəticəsində olduğu kimi, həm də digər ölkələrdə onun üçün perspektivlərin açılması nəticəsində də ola bilər. Bundan başqa, istehsalçıların dünya bazarına çıxması dövlət tərəfindən də stimullaşdırıla bilər, belə ki, bu hal xarici valyutanı dövlətə axınını artırar və xarici ticarət çatışmazlığının aradan qaldırır. Dövlətin xarici iqtisadi fəaliyyətə qarışması müsbət olduğu kimi, həm də dünya bazarına mənfi təsir göstərə bilər. Bu hər şeydən əvvəl gömrük rüsumları və ya gömrük tarifləri formasında, yəni dövlətin ixrac edilən məhsullar üçün təyin etdiyi pul vergiləri formasında əks etdirilir.

Gömrük tarifləri təyin edilərkən nəzərdə tutulmuş məqsədlərdən asılı olaraq onun 2 müxtəlif cəhəti fərqləndirilir:

1) fiskal tarif - əmtəə istehsalına əsaslanır.

2) proteksionist tarif – istehsalçının müdafiəsi məqsədi ilə əmtəə ixracını məhdudlaşdırar. Dövlət uyğun pul vergilərini təyin etməklə yanaşı beynəlxalq ticarət prosesində istehsalçının müdaifəsi və müxtəlif növ kvotaların həyata keçirilməsi yolu ilə məşğulluğun sabitlədirilməsi və ya yüksəldilməsi kimi daxili sosial məsələləri dünya bazarı həll edə bilər. Kvota hər hansı bir məhsulun başqa ölkəyə daşınması üçün təyin dilmiş kəmiyyət həddi deməkdir. Müstəsna hallarda kvota üçün embarqo qoyulur, yəni hər hansı bir məhslunu tamamilə qadağan edilir (sıfır hədli kvota). Qeyri-tarif gömrük hədlərinə həmçinin hər hansı bir məhsulun diskriminasiyası da aid edlir. Məhsula olan tələb və təklifin balanslaşdırılması nəticəsində tənzimləyici qiymətlərin yarandığı – qapalı daxili bazardan fərqli olaraq beynəlxalq ticarətdə tənzimləyici qiymətlər qarşlıqlı tələb və qarşlıqlı təklifin balanslaşdırılması nəticəsində təyin edilir. Qarşılıqlı tələb – məhsulun elə həcmidir ki, onu bütövlükdə mövcud olan qiymətlər səviyyəsində nəql etmək mümkündür. Qeyd etmək lazımdır ki, qarşılıqlı tələb yerli istehlakçılar tərəfindən tələbat demək deyildir. O, xaricdən xarici istehlakçılar tərəfindən o cümlədən, ölkə daxilində investisiyaları həyata keçirən istehlakçılar tərəfindən təqdim edilən tələbatdır. Qarşılıqlı təklif – bu məhsulun elə bir həcmidir ki, burda mövcud qiymətlər səviyyəsində həmin məhsulun bütün istehsalçıları öz məhsullarını bötüvlükdə təklif edirlər. Qarşılıqlı təklif məhsulu yerli istehsaldan onun ixracına gətirib çıxarır. Bütün Dünya miqyasında keçid mərhələsi bitdikdən sonra (hansı ki, bunu həmişə tam sona yetmiş hesab etmək olmaz) qarşılıqlı tələb qarşılıqlı təkliflə bərabərləşməlidir. Amma ayrı-ayrı regionların və ya qrup ölkələrin miqyasında hətta keçid mərhələsi sona yetişdikdən sonra, yəni tam təyin edilmiş rejimə çatmasına baxmayaraq bu və ya digər məhsul növü üçün balans olmaya bilər. Daxili bazardan fərqli olaraq xarici bazarın bu və ya digər məhsul və ya xidmət növü üçün müəyyənləşdirilmiş hətta ən minimal məbləği belə ödəməyə hazır olduğuna arxayın olmaq olmaz.



Ədəbiyyat siyahısı

1. «Müasir Ekonomiks», «Biznesə giriş» Jeck Harvey. Bakı 2001.

2. Международный Бизнес. Джон Д.Дениелс; Ли Х Радеба Москва 1998.

3. M.N.Mahmudov, A.İ.Mirheydərova «Beynəlxalq iqtisadi əlaqələr». 1995.



4. A. V. Abbasov «Biznesin əsasları», Bak ı- 2005.

5. Əliyev T.N. Biznesin idarə edilməsinin əsasları. Bakı, Elm, 1994
Yüklə 132,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin