Qrup: db21 Müəllim: Zaur Rəsulov Fənn


Kreativ düşüncənin inkişaf etdirilməsi



Yüklə 24,22 Kb.
səhifə3/3
tarix07.04.2022
ölçüsü24,22 Kb.
#54856
1   2   3
Mehmanə Püstə Ziya başqaları Kreativ düşüncə

3. Kreativ düşüncənin inkişaf etdirilməsi

Kreativlik istedaddir, yoxsa inkişaf etdirilə bilən bacarıq?

Kreativ düşüncə beynimizdən əlaqəsiz görünən fikirler arasında əlaqə yaratmağı tələb edir. Bəs kreativ düşünmək doğuşdan gələn, yoxsa təcrübə ilə inkişaf etdirilə bilen bir bacarıqdır?

Bu cavab tapmaq üçün bir araşdırmaya nəzər salaq. 1960-cı illərdə George Land adlı bir tədqiqatçı 5 yaşında olan və 98%-i "çox kreativ" olaraq qiymətləndirilən 1600 uşaq arasında tədqiqat apardı. Dr.Land bu tədqiqatı 5 ildən bir yeniden sınaqdan keçirdi. Eyni uşaqlar 10 yaşında olanda onlardan yalnız 30%-i yüksək kreativlik bacarığına sahib idi. Bu say 15 yaşda 12%-0, 25 yaşda isə 2%-a düşdü. Uşaqlar böyüdükcə, kreativlik qabiliyyətlərini itirdilər. Dr.Land-in sözləri ila desək “Onlar kreativ olmayan davranışı Öyrəndilər. Bənzər tendensiyalar digər tədqiqatçilar tərəfindən aşkar edilmişdir..

Məsələn, 272599 tələbə üzərində aparilan bir araşdirmada tələbələrin IQ dərəcələri 1990-ci ildən bəri yüksəlməsinə baxmayaraq, kreativ düşüncə dərəcələri azalmağa doğru gedib. Bu kreativliyin 100% öyrənila bilən olması demək deyil. Genetika da rol oynayır. Psixologiya professoru Barbara Kerra görə, kreativlik 22% genlərdən asılıdır. Bu nəticeə əkizlər arasındakı yaradıci düşüncə fərqlərini öyrənərək əldə edilmişdir.

Bütün bunlar, “Man kreativ biri deyiləm” deya iddia etmək, yaradıcı düşüncədən qaçmaq üçün olduqca zəif bir bəhanədir. Şübhəsiz ki, bəzi. İnsanlar digərlərinden daha kreativdirlar. Bununla birlikdə, demək olar ki, hər bir insan müəyyən dərəcədə kreativ düşüncə qabiliyyəti ilə dünyaya gəlir. Artıq kreativliyin inkişaf etdirilə bilen bir bacarıq olduğunu bildiyiniz üçün hansı addımları atmalı olduğunuza baxaq:

I addım. Yeni məlumatlara ac olun.

Daha əvvəl heç görmədiyiniz bir şeye sahib olmaq istəyirsinizsə, əvvəllər heç etmədiyiniz bir şeyi etməlisiniz. Özünüzə və ya iş yerinize yeni şeyler qatmaq üçün daim axtarışda olun, oxuyun, öyrənin. Məsələn, həftənin bir gününü hər dəfə etdiyiniz şeyləri deyil, fərqli təcrübələri yaşamaq üçün ayırın (bazar günü və ya günün hansısa hissəsi ola bilər). Bu həm işinizə, həm də mənəvi sağlamlığınıza yaxşı təsir edəcək. Ən asası, “Boş vaxtım yoxdur” deməyin. Boş vaxt anlayışı nədir ki? Ayrılmayan və bəzən ayrıla bilməyən zaman var. 20 dəqiqə də olsa, özümüz üçün vaxt ayıra bilərik.

Mütaliani də öyrənmək olar? Elədir ki, var. Kitab oxumasanız, kitab oxumaği sevməyəcəksiniz. Ona görə də ən birincisi xoşladığınız mövzuda kitab seçin və gündə sadəcə 5 səhifə ilə başlayın. Zamanla alışacaqsınız və səhifə sayını artıracaqsiniz. Unutmayın ki, oxuduğunuz, izlədiyiniz hər şey sizin düçüncə tərzinizə təsir edir. Robert Qrin: “Gələcək daha çox bacarıq öyrənən və bunları yaradıcı metodlaria birləşdirənlərə aiddir”.

II addım. Özünüz olun.

Koko Şanel (Coco Chanel) deyir: “Əvəzolunmaz olmaq üçün hər zaman fərqli olmaq lazımdır”.

“Stiv Cobs kimi düşün”, “Bill Qeyts kimi ol” kitablari BESTSELLER adı ilə satılır, hər kəs də alır oxuyur. Oxumaq, uğur qazanmış məşhur şəxslərdən öyrənmək lazımdır. Amma həqiqət budur ki, heç kim bu kitablari oxuyub Stiv Cobs olmayıb, olmayacaq da. Hər kəsin yolu eyni deyil. Digər tərəfdən, niyə kiməsə bənzəmək istənilir? Özünüz kimi olun. O kitablari oxuyub nəticə çıxarın və öz yolunuza gedin. Etdiyiniz işdə yaxşısınızsa, davam edin, deyilsinizsə, daha yaxşısı olmağa çalışın. Özünüz ilə yarışın.

III addım. İstehsal edin.

“Zehin paraşüt kimidir, yalnız açıldığında işləyir”.

Nə üçün isə istehsal deyəndə çox insan fiziki əşya, məhsul düşünür. Amma söhbət sadəcə bundan getmir. Məsələn, biz hər hansı bir məqale yazırıqsa, biz müəyyən fikir, ideya istehsal etmiş oluruq.

Kiminsə işlərini yerli-yersiz tənqid etmək çox asandır. Türklərin lüğətində buna aid çox gözəl sözlər var: yapıcı eleştiri, yıkıcı eleştiri. Adi təndiq edərkən belə istehsalçi olun, fikirləriniz dəyər qatsın. Çalışın yıxan deyil, yaradan olun. Bu insanda istehsal disiplini yaradır.

Hər şeydən əlavə, sosial şəbəkələr, internet biza çox böyük imkanlar yaradır. Özünüzə və sahənizə uyğun platformanı seçin və kobud dillə desək, fikirlərinizi satın. Kreativlik düşünmək üçün prosesə fokuslanmalı və məşq etməlisiniz. Bu platformalar sizə kömək edəcak. Istehsal edin və paylaşın. Hqiqətən, “paylaşdıqca çoxalir” fikri doğrudur.

Bu formulu unutmayın:

Öyrən+ Fikirləş + İstehsal et + Paylaş və Zövq al

Yaradıcılıq bir prosesdir. Bu yalnız bir evrika anı deyil. Ona görə də bu bacarığı inkişaf etdirmək üçün çalışmalı, daxili bariyerlərinizi aşmalısınız.

İlk öncə bunu tətbiq edərkən özünüzü bir qədər məcbur etməli olacaqsınız, amma bir müddət sonra bu sizə zövq verəcək. Fantastik ideyalar irəli sürün, özünüzü limitləməyin. Kreativliyin en böyük düşməni qəbul etdiyimiz alışqanlıqlardır. Araşdırma aparın.

Çalışdığınız sahəyə aid araşdırmalar aparın, maraqlı faktlarla tanış olun. Gündəlik məlumatlar oxuya biləcəyiniz har hansı platformaya abunə olun. Dünyanın fərqli yerlərində sizinla eyni sahədə çalışan insanların məsələlərə yanaşma tərzini analiz edin. Bu sahənin problemləri nələrdir? Onu həll etmək üçün mütəxəssislər hansı yeni fikirləri irəli sürürlər? Siz necə edərdiniz? Bu araşdırma sizi kreativ yanaşmalara aparacaq. Müəyyən fikra sahib olmaq üçün əlinizdə kifayet qədər resurs olmalıdır. Beyniniz məlumat topladıqca yeni ideyalar istehsal etməyə başlayacaq. Özünüzə düzgün suallar verin.

Tez bir zamanda, çox düşünmədən eyni sualın 10 variantını yazın. Məsələn, klassik bir metoda yanaşaq. Özünüzə “Daha yaxşı bir siçan tələsi necə qura bilərəm?” sualı ilə bərabər “Siçanları evimdən necə çıxara bilərəm?” və yaxud “Siçan nə istəyir?”, “Bayırı siçan üçün necə cəlbedici edə bilərəm?” kimi suallar verə bilərsiniz, özünüz də şahid olacaqsınız ki, hər yeni sual bir öncəkindən daha orijinal olacaq.
ƏDƏBİYYAT:

1. Schwartz D.J. Böyük düşüncənin sehri. Bakı: Qanun nəşriyyatı, 288 səh.

2. Dobelli R. Məntiqi düşünmə sənəti. Bakı: Qanun nəşriyyatı, 2014,170 səh.

3. Nisbett R.E. Düşüncə tərzi - ağıllı düşünmə vasitələri. Bakı: Qanun nəşriyyatı, 344 səh.



4. Cadkins R. Yaradıcı düşünmə sənəti. Bakı: Teas Press Nəşriyyat evi, 2019, 272 səh.
Yüklə 24,22 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin