Qrup: F2-22 Müəllim: Dos. T. R.İsmayılova


Qeyd: Yuxarıda qeyd olunduğu kimi dilimizdəki bəzi sözlərdə uzun tələffüz olunan saitlər vardır. Məsələn: Adil, Sabir, laqeyd,həkim, memar, məna, şölə



Yüklə 179,85 Kb.
səhifə4/6
tarix26.04.2023
ölçüsü179,85 Kb.
#102841
1   2   3   4   5   6
Qeyd: Yuxarıda qeyd olunduğu kimi dilimizdəki bəzi sözlərdə uzun tələffüz olunan saitlər vardır. Məsələn: Adil, Sabir, laqeyd,həkim, memar, məna, şölə və s. Bu sözlərin hamısında vurğu sonuncu hecaya düşür. Deməli, saitin uzun tələffüz olunması heç də o demək deyil, həmin heca vurğulu olmalıdır. Nadir hallarda isə uzun saitli heca ilə vurğulu heca üst-üstə düşür. Məsələn:sonra — [so:ra], bəzi- [bə:zi] və s.
Sözlərin düzgün deyiliş qaydalarını orfoepiya, düzgün yazılış qaydalarını isə orfoqrafiya öyrənir. Orfoepiya lüğətində sözlərin düzgün tələffüz şəkilləri, orfoqrafiya lüğətində isə düzgün yazılış formaları verilir.
Ahəng qanunu. Sözdə uyğun səslərin bir-birini izləməsinə ahəng qanunu deyilir. Ahəng qanunu özünü bir qanun kimi söz kökündə, daha çox köklə şəkilçi arasında göstərir.Ahəng qanunu sözdəki səslərin həmcinsləşməsi,həmahəngləşməsi yolu ilə uyğunlaşır.
Azərbaycan dili üçün ahəng qanunu çox xarakterikdir. Ahəng qanunu dilimizdə geniş şəkildə yayılmışdır. Burada həm saitlərin, həm samtlərin, həm də uyğun saitlərlə samitlərin bir-birini izləməsi müşahidə olunur. Bütün bunlara əsasən Azərbaycan dilində ahəng qanununun üç növü olduğu müəyyənləşdirilmişdir:

  1. Saitlərin ahəngi;

  2. Samitlərin ahəngi;

  3. Saitlərlə samitlərin ahəngi.

Saitlərin ahəngi. Sözdə dilin və dodaqların vəziyyətinə görə saitlərin bir-birini izləməsinə saitlərin ahəngi deyilir. Azərbaycan ədəbi dilində dilin və dodaqların vəziyyətinə görə saitlərin ahəngi aşağıdakı formada özünü göstərir:

  1. Dilin vəziyyətinə görə saitlərin ahəngi. Dilin vəziyyətinə görə saitlərin ahəngi iki cür olur: dilönü ahəng və dilarxası ahəng. Dilönü ahəngə görə sözdə və sözə bitişən şəkilçilərdəki saitlərin hamısı dilönü sait olmalıdır; məsələn: məktəblilər, işçilər, ördəklər və s. Dilarxası ahəngə görə sözdə və sözə qoşulan şəkilçilərdəki saitlərin hamısı dilarxası sait olmalıdır; məsələn: arıçılıq, armuddan, ağırlıq və s.


  2. Yüklə 179,85 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin