Bəzi saitlərin uzun tələffüzü
Dilimizdə, əsasən, ərəb mənşəli bir sıra sözlər var ki, onlarda bəzi saitlər bir qədər uzun tələffüz olunur.
Məsələn: Arif, alim, Sabir, şikayət, əfsanə sözlərindəki [a:] səsi; Etibar, elan, nemət sözlərindəki [e:] səsi; möcüzə,, şölə, mötəbər sözlərindəki [ö:] səsi; məna, bəzi, tətil sözlərindəki [ə:] səsi uzun tələffüz olunur. Goründüyü kimi, [e], [e], [ö] saitlərinin uzun tələffüz edildiyini bildirmək üçün yazıda çox vaxt bu saitlərdən sonra apostrof(çixarılıb) isarəsi qoyulur.
Bezi sözlərdə [i], [u] və [o] saitləri də uzun tələffüz olunur. Məsələn: vəsiqə, həqiqət, zinət sözlərində [i] saiti; Füzuli, musiqi, xüsusi sözlərində [u] saiti uzun tələffüz olunur. Dovşan, sonra, dovğa, lovğa və s. kimi sözlərdə [o] saiti uzun tələffüz olunur. belə sözlərdə o hərfindən sonra gələn v samiti (bəzən də n samiti) tələffüzdə düşür [do:vşan], [so:ra], [lo:ğa] Eyni hal tövbə, lövbər, bənövşə və s. kimi sözlərin tələffüzündə də baş verir: [tö:bə], [l:.bər], [bə:növşə].
Dilimizdəki [1] və [ü] saitləri isə uzun tələffüz olunmur.
Qoşasaitli sözlərin yazılışı və tələffüzü
Dilimizdə bəzi sözlər var ki, onlarda iki sait səsi ifadə edən hərflər yanaşı gəlir. Belə sözlər qoşasaitli sözlər adlanır. Qoşasaitli sözlərin çoxunun yazılışı və tələffüzü fərqlənir. Bu aşağıdakı qaydada olur
1. Eynicinsli qoşa saitləri ifadə edən iki hərf bir uzun sait kimi tələffüz olunur. Məsələn: saat — [sa:t], maaş- [ma:ş], camaat — [cama:t], təəssüf — [tə:ssüf], mətbəə — [mətbə:], bədii- [bədi:], təbii — [təbi:] və s.
2. Tərkibində ai, ei, ie, (bəzən də io, ia, eə, ea) hərf birləşmələri olan sözlər bu saitlər arasına y samiti əlavə olunmaqla tələffüz edilir. Məsələn: ailə [ayilə], daima — [dayima], zəif — [zəyif], Səidə — [Səyidə], təbiət — [təbiyət], müdafiə — [müdafiyə], radio — [radiyo], dialoq — [diyaloq], iaşə — [iyaşə], maneə — [maniyə].
3. Tərkibində əa, üa, üə hərf birləşmələri olan sözlərdə birinci sait dəyişilir, ikincisi isə bir qədər uzun tələffüz edilir. Məsələn: səadət — [saadət], fəaliyyat — [fa:liyət], müavin [mavi], müalicə — [malicə], müəyyən — [məyyən], müəllim — [məllim] və s.
Qeyd 1: Əliağa, əmioğlu əliaçıq, bacıoğlu, dayıoğlu, xalaoğlu, başıaçıq və s. kimi qoşasaitli mürəkkəb sözlərin tələffüzündə də yanaşı gələn saitlərdən birincisi deyilmir, lakin ikincisi uzun tələffüz olunmur:Əliağa — [Əlağa, əmioğlu — [əmoğlu], əliaçıq — [əlaçıx], bacioğlu — [bacioğlu], xalaoğlu — [xaloğlu] və s.
Qeyd 2: Şüar, şücaət, məcmuə, sual, mətbuat, seans, bəraət, şüəra, riayət və s. kimi qoşasaitli sözlərdə bunlarin heç biri baş vermir.
Dostları ilə paylaş: |