Psixologiya t
əfəkkürü konkret subyektin real psixi fəaliyyəti kimi, təfəkkürün necə
inkişaf etməsini, necə yaranmasını, onun strukturunu, digər fəaliyyət növləri ilə
qarşılıqlı əlaqələrini öyrənir. Təfəkkürün təbiətini açan A. N. Leontyev qeyd edirdi ki,
t
əfəkkürün quruluşu praktik fəaliyyətin quruluşuna yaxınlığı ilə prinsipial xarakter
daşıyır. Təfəkkürün motivi tez-tez fəaliyyətin motivi ilə üst-üstə düşür. Fikri fəaliyyət
praktik f
əaliyyətdən fərqli olaraq özünün spesifik xüsusiyyətinə malikdir. O daxilidir,
qısaldılmışdır və avtomatlaşmışdır. Təfəkkür insanın təlim, əmək, oyun fəaliyyətində
v
ə tinkişafında, şəxsiyyətə çevrilməsində xüsusi rol oynayır. Peşə fəaliyyətində əsas
m
əzmun komponentini təfəkkür təşkil edir və o Bu iş tamamilə pedaqoji fəaliyyətə də
aid edilir.
Duyğu və qavrayış səviyyəsində cisim və hadisələrin mahiyyətinə var-maq, onlar
arasındakı ən ümumi, vacib və zəruri cəhətləri əks etdirmək mümkün olmur. Yaxud
əksər hallarda bu cür əməliyyat aparmaq əlverişli olmur. Ona görə də cisim və
hadis
ələrin mahiyyətinə varmaq, onlar arasındakı ümumi, zəruri əlaqələri tapmaq,
əməliyyat aparmaq başqa bir psixi prosesin yaranmasına səbəb olur. Bu isə təfəkkür
prosesidir.
Dostları ilə paylaş: