Biz artıq bilirik ki, Araz şirkətinin $5 000 məbləğində olan kreditor borcları Kür şirkətinə
ödənilməli olan qalıqdır. Əgər biz məbləğləri sadəcə toplasaq qrupdankənar borcların ümumi məbləğini ədalətli şəkildə əks etdirmiş olmarıq. Qrupdankənar mühit üçün bu şirkətlərin bir-bir-inə nə qədər borclu olduqlarının əhəmiyyəti yoxdur, bu qrupun daxili məsələsidir.
Oxşar maddələrin ləğvi
Ədalətli təsvir verə bilmək üçün biz həm Kür şirkətinin uçotundakı $5 000 debitor
borclarını, həm də Araz şikətinin uçotundakı kreditor borclarını çıxmalıyıq
Hər şeyə sahib olduğunuz kimi konsolidə edin, ancaq sahib olmadığınız hissəni göstərin
Müəyyən etdik ki, konsolidasiya qrupdaxili çıxılmayan bütün maddələrin toplanması deməkdir.
Lakin əvvəlki nümunədə görürük ki, Kür şirkəti Araz şirkətinin yalnız 80 faizinə sahibdir.
Belə olan təqdirdə Kür şirkətinin aktiv və öhdəliklərini Araz şirkətinin 80 faizinə əlavə
etməyimiz düzgündürmü?
Hər şeyə sahib olduğunuz kimi konsolidə edin
Cavab – xeyr. Kür şirkəti Araz şirkətinə, törəmə müəssisəyə, nəzarət edir. Kür
Şirkətinin direktorları Araz şirkətinin mülkiyyətində olan zavodun yalnız 80 faizinə deyil, 100
faizinə nəzarət edirlər. Buna görə də konsolidə edilmiş torpaq və binalar üçün məbləğ
$100 000 üstəgəl $80 000 olaraq hesablanır.
Sahib olmadığınız hissəni göstərin
Əgər sadəcə müvafiq məbləğləri toplasaq məsələyə düzgün yanaşmış olmarıq. Araz şirkətinin
yerdə qalan səhmlərinin 20 faizinə sahib olan bir və ya bir neçə səhmdar ola bilər. Bu səhmdar-lar zavodun və ya onun işçi qüvvəsinin 20 faizinə nəzarət edə bilməzlər, buna baxmayaraq bu səhmdarların Araz şirkətinin xalis aktivlərində 20 faiz payı vardır. Bu cür hallarda həmin 20