Biz artıq bilirik ki, Araz şirkətinin $5 000 məbləğində olan kreditor borcları Kür şirkətinə
ödənilməli olan qalıqdır. Əgər biz məbləğləri sadəcə toplasaq qrupdankənar borcların ümumi məbləğini ədalətli şəkildə əks etdirmiş olmarıq. Qrupdankənar mühit üçün bu şirkətlərin bir-bir-inə nə qədər borclu olduqlarının əhəmiyyəti yoxdur, bu qrupun daxili məsələsidir.
Oxşar maddələrin ləğvi
Ədalətli təsvir verə bilmək üçün biz həm Kür şirkətinin uçotundakı $5 000 debitor
borclarını, həm də Araz şikətinin uçotundakı kreditor borclarını çıxmalıyıq
Əgər sadəcə müvafiq məbləğləri toplasaq məsələyə düzgün yanaşmış olmarıq. Araz şirkətinin
yerdə qalan səhmlərinin 20 faizinə sahib olan bir və ya bir neçə səhmdar ola bilər. Bu səhmdar-lar zavodun və ya onun işçi qüvvəsinin 20 faizinə nəzarət edə bilməzlər, buna baxmayaraq bu səhmdarların Araz şirkətinin xalis aktivlərində 20 faiz payı vardır. Bu cür hallarda həmin 20