Baxmayaraq ki, S müəssisəsi birləşmədən bir qədər sonra alınmışdır və satınalmadan əvvəlki dövrdə
$8 000 dollar mənfəət qazanmışdır.
Əgər indi P müəssisəsi S müəssisəsinin bütün səhmlərini satınalsa, bu halda dəyəri $48 000 olan xalis aktivləri
$60 000 məbləğində əldə edəcək. Daha aydın olaraq, bu halda S müəssisəsinin qeyri-maddi aktivləri (qudvil),
$12 000 məbləğində dəyərləndiriləcək.
Əgər yuxarıda yazılanları qarışdırırsınızsa, bu məsələni qrup ehtiyatları nöqteyi nəzərindən düşünün.Yalnız
qrupun qazandığı mənfəət konsolidə edilməlidir. Törəmə müəssisənin qrup daxilinə qoşulmamışdan öncə
qazandığı mənfəət qrup mənfəəti deyil.
Satınalma tarixində xalis aktivlərin ədalətli dəyəri
Törəmə müəssisəyə məxsus torpaq və tikilinin dəyəri satınalma tarixində balans dəyərindən
daha artıq ola bilər. Bu halda maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatda
aşağıdakılar nəzərə alınmalıdır:
Törəmə müəssisəyə məxsus torpaq və tikili maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatda ədalətli dəyər ilə qiymətləndirilməlidir.
(b) Qudvilin hesablanmasında törəmə müəssisəyə məxsus torpaq və tikilinin ədalətli dəyəri ilə onların balans dəyəri arasındakı fərq nəzərə alınmalıdır.
Nəzarət edilə bilməyən iştirak payları
Nəzarət edilə bilməyən iştirak payları digər tərəflərin sahib olduğu və qrupun idarə etdiyi xalis aktivləri əks etdirir.
İmtahanda satınalma tarixində nəzarət edilə bilməyən iştirak paylarının ədalətli dəyəri bir neçə cür verilə bilər:
(1) Sualda sadəcə rəqəm verilir
(2) Törəmə müəssisənin satınalmadan öncə səhm qiyməti verilir. Bu halda nəzarət edilə
bilməyən iştirak paylarında olan səhmin qiymətini səhm sayına vurmaq lazımdır.
Misal
1) P şirkəti S şirkətinin 90% hissəsini $10 000 000 məbləğinə satınaldı. Bu tarixdə S şirkətinin xalis aktivlərinin ədalətli dəyəri $8 000 000 və nəzarət edilə bilməyən iştirak paylarının ədalətli dəyəri $1 000 000 məbləğindədir.