(c) Ana müəssisə direktorlar şurası (yaxud analoji idarətmə orqanı) üzvlərinin əksəriyyətini
təyin etmək və ya kənarlaşdırmaq səlahiyyətinə malikdir.
(d) Ana müəssisə direktorlar şurasının iclaslarında səs çoxluğuna malikdir.
SUAL
Araz şirkətinin hər biri $1 dəyərində 100 000 səhmi var. 1 Yanvar 20X3-cü il tarixində Kür həmin səhmlərin 45 000 ədədini əldə edib. Kür şirkəti Araz şirkətinin beş direktorundan dördünü təyin etməklə onun
fəaliyyətinə nəzarət edir.
Kür şirkətinin konsolidə edilmiş maliyyə hesabatlarında Araz şirkətinin uçotu necə aparılmalıdır?
Asılı müəssisələr
Asılı müəssisə, üzərində digər müəssisənin əhəmiyyətli təsirə malik olduğu müəssisədir. Asılı müəssisələr
qrupun konsolidə edilmiş maliyyə hesabatlarında iştirak payı metodundan istifadə etməklə uçota alınır.
Asılı müəssisə. Hüquqi şəxs yaratmadan ortaqlıq fəaliyyəti daxil olmaqla, investorun əhəmiyyətli təsirə
Əhəmiyyətli təsir müəssisənin maliyyə və əməliyyat siyasəti ilə bağlı qərarların verilməsində iştirak etmək səlahiyyətidir, lakin həmin siyasət üzərində nəzarəti və ya birgə nəzarəti təmin etmir.
İştirak payı metodu
P şirkəti 1 Yanvar 20X8-ci il tarixində A şirkətinin hər biri $1 dəyərində olan 100 000 ədəd adi səhmlərinin 25 000
ədədini $60 000 qarşılığında əldə etmişdir. A şirkətinin 31 Dekabr 20X8-ci il tarixinə qədər olan müddətdə qazandığı
vergidən sonrakı mənfəət $24 000 olub və bu mənfəətdən $6 000 dividend olaraq ödənilib.
A şirkətinin maliyyə nəticəsi P şirkətinin 31 Dekabr 20X8-ci il tarixində başa çatan hesabat ili üçün fərdi və
konsolidə edilmiş hesabatlarında necə uçota alınmalıdır?
Maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabat