5. İl ərzində törəmə müəssisənin qismən satınalınması
6. Maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatın icmalı
1. Konsolidasiya prosedurlarının icmalı
Konsolidasiya 2 prosedurdan ibarətdir:
– müəssisənin birində aktiv, digərində öhdəlik kimi görünən maddələrin ləğv edilməsi
– ləğv edilməyən bütün aktiv və öhdəliklərin sətirbəsətir toplanılması.
Ana müəssisənin hesabatlarında görünən aktiv-“törəmə müəssisəyə investisiya qoyuluşu” həmişə törəmə müəssisənin hesabatlarındakı öhdəliklə-“səhm kapitalıyla” ləğv edilir.
Konsolidasiya hesabatlarında olan səhm kapitalı yalnız ana müəssisəyə aiddir.
Konsolidasiya zamanı yaranan qudvil
Müəssisələrin birləşməsi nəticəsində yaranan qudvil konsolidə edilmiş hesabatlarda qeyri-maddi aktiv kimi tanınır.
Misal: konsolidasiya zamanı yaranan qudvil
P müəssisəsi S müəssisəsinin bütün səhm kapitalını (nominal dəyəri 1$ olan 40 000 ədəd səhm) - $60 000
məbləğində nəğd almışdır. Aşağıda P və S müəssisələrinin satınalmadan əvvəlki maliyyə vəziyyəti haqqında
hesabatları verilmişdir.
31 DEKABR 2001-Cİ İL TARİXİNƏ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT
P ko S ko
Uzunmüddətli aktivlər $’000 $’000
Torpaq, tikili və avadanlıqlar 100 40
Bank hesabındakı pul vəsaiti 60 –
Cəmi aktivlər 160 40
Kapital və öhdəliklər
Səhm Kapitalı 160 40
Cəmi kapital və öhdəliklər 160 40
Qudvil və satınalmadan əvvəlki mənfəət
Bura qədər S müəssisəsinin P müəssisəsi tərəfindən sahib olunduğu hesab etdik, buna görə də P
müəssisəsi sahiblik hüququnu almamışdan əvvələdək S müəssisəsinin mənfəətindən bəhs etmədik.